ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin və ABŞ Dövlət Departamentinin Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində qanunsuz "parlament seçkiləri”nin keçirilməsi ilə bağlı verdikləri bəyanatlarında "Dağlıq Qarabağ xalqı” ifadəsinin qeyd olunması düzgün deyil və bu ifadə qəbuledilməzdir.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in MQ həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunan Azərbaycan ərazilərində qanunsuz "parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarını Trend-ə şərh edərkən söyləyib.