S.Novruzov Trend-ə açıqlamasında bildirib ki, görüş daha geniş formatda keçirilsəydi, daha məqsəduyğun olardı: "Əslində gərək ölkədə olan bütün siyasi partiyalar ilə görüşlər keçirilsin və o halda bu normal hal kimi qarşılana bilər. Lakin ayrıseçkilik qoymaq, bir partiya və yaxud da ki, bir qeyri-hökumət təşkilatı ilə görüş keçirib, o biri partiyalar və QHT-lər ilə heç bir görüş keçirməmək təbii ki, şübhə doğurur”.
Qeyd edək ki, xanım Emma Beynz müxalifət Müsavat, Xalq Cəbhəsi partiyaları və REAL hərəkatı ilə görüş keçirib.