şənbə günü, 28 noyabr 2026
     

“Vatikan osmanlılara və yəhudilərə qarşı düşmənçilik siyasətini yeni aranjemanda təqdim etdi”

Image


"Roma Papası Fransiskin Vatikanda erməni katoliklərlə birlikdə keçirdiyi "erməni soyqırımı”na həsr olunmuş liturgiyanın mətni Vatikanın əvvəlki əməllərini davam etdirmək kursuna sadiq olduğunu göstərir”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Roma Papasının "erməni soyqırımı” terminini işlətməsində təəccüblü bir şey yoxdur: "O, Vatikanın və ya öz adından deyil, digər mənbələrə istinadən "erməni soyqırımı”nın olması barədə müxtəlif fikirlər səsləndirə bilərdi. Roma Papası Fransiskin "erməni soyqırımı”nı tanımaqla bağlı liturgiyasındakı moizəsinin mətni tamam fərqli tətbiq edilə bilərdi. O, ermənilərin Yaxın Şərqdə mövcud olmasında xristianlığın rolu barədə bir neçə cümlədən ibarət tezis səsləndirə bilərdi. Yenicə müqəddəs elan etdiyi Qriqor Narekatsi barədə iri tezis salına bilərdi. Bu, onun mətnini daha da ermənilərə yaxınlaşdırardı. Eləcə də katolik erməniləri roluna aid ən azı 2-3 tezis fikir liturgiyanın mətnində özünə yer tapa bilərdi. Katolik erməniləri pravoslav ermənilərlə, eləcə də Yaxın Şərqdəki xristianlarla Vatikan arasında körpü kimi təqdim edə bilərdi. Amma bütün bunların əvəzinə Roma Papası Fransiskin liturgiya zamanı çıxışının mətni siyasi məzmunla yükləndi. Liturgiyada moizənin əsas mahiyyəti bir neçə əsr bundan qabaq başlamış səlib yürüşlərinin ruhunu bu günə daşımaq idi”.

M.Əhmədoğlunun sözlərinə görə, əslində, Roma Papası Fransiskin "erməni soyqırımı” barədə səsləndirdiyi fikirlər ermənilərin arzuladığı deyil.

O bildirib ki, ermənilər osmanlıların yalnız ermənilərə qarşı "soyqırım” törətdiyini qəbul etdirmək istəyirlər: "Bu halda ermənilər özlərinin müstəsnalığını nümayiş etdirirlər. Fransisk isə Osmanlı dövründəki "erməni soyqırımı” anlayışını demək olar ki, 4 dəfə durulaşdırdı: Osmanlı imperiyasında "soyqırım”a məruz qalanlar siyahısında ermənilərlə yanaşı Suriya katolikləri, assuriyalılar və yunanların da adını çəkir. Fransisk kifayət qədər ziddiyyətli kollaj yaratdı. Erməni, assuriyalı və yunan etnosdursa, Suriya katolikləri dini kateqoriyadır. Bu, artıq 1948-ci il BMT konvensiyasının "erməni soyqırımı”na aid edilməsini hüquqi baxımdan qəlizləşdirir”.

M.Əhmədoğlu əlavə edib ki, Roma Papası Fransisk təkcə osmanlılara qarşı deyil, həm də yəhudilərə qarşı cəbhə açdı: "Müasir dövrə ekstrapolyasiya etsək, Roma Papası xristian dünyası ilə müsəlmanlar və yəhudilər arasında ədavətin davamına çağırış etdi. Roma Papasının bu bəyanatı qloballaşma dövründə, Avropanın tən ortasında verildiyi üçün təsirinə görə ən güclü bəyanatdır və bu bəyanatın təsir gücü pozitivlik deyil, neqativlikdir. Bəyanat araqarışdırandır. Qızışdırıcılığa, ədavətə səsləyir. Eləcə də təkcə osmanlılara qarşı deyil, həm də türklərə qarşı yönəlib. 150 il bundan qabaq başlamış ədavətləri müasir dövrə ekstrapolyasiya edir. Ona görə Roma Papası Fransiskin "erməni soyqırımı”na həsr olunmuş liturgiyadakı çıxışını bəşər tarixinin ən mürəkkəb, ən araqarışdıran, ən qızışdırıcı və ən ziddiyyətli bəyanatı adlandırırıq. Liturgiyadan sonra baş verən hadisələrin təhlili göstərir ki, argentinalı keşiş Berqole məhz belə bəyanat verməli imiş. Türkiyə və Azərbaycanda Fransiskdən başqa cür mövqe gözləyənlər səhv yolda imiş. Berqole Argentinada sağ və sol ideyaların kəskin çarpışması dövrünü yaşayıb. Argentinadakı hərbi diktatura üçün dini əsaslar yaradanlardan birisi olub. Hətta öz keşiş yoldaşlarını satıb. Belə mürəkkəb dini və siyasi həyat yaşamış şəxs bu bəyanatı verməli idi”.

M.Əhmədoğlu vurğulayıb ki, yəhudilərə qarşı xolokostun təşkilində Vatikanın iştirakına dair xeyli materiallar var: "Roma Papası XII Piyi hətta Hitlerin əlaltısı adlandırırdılar. Vatikandan Almaniyada törədilən xolokostla bağlı arxivlərin açılmasını indi tələb edirlər. Vatikan isə bunu rədd edir. Çünki xolokostda özünün əməlləri görünəcək. Vatikan Roma Papası XII Piyin yəhudilərə kömək edən imicini yaratmaqla məşğuldur. Hər halda yaxın onillikdə belə imic yarada bilməyəcək. Məhz buna görə də arxivlərin açılması anlayışı Vatikan üçün qəbuledilməzdir. Ona görə də Türkiyə prezidenti R.T. Ərdoğanın arxivlərin açılması ideyası Vatikanda müsbət emosiya yaratmır, əksinə qıcıq yaradır. Digər tərəfdən Vatikan özü də Osmanlı dövründə xristianların, o cümlədən ermənilərin Osmanlı imperiyasına qarşı çıxışına dəstək verənlərdən olub. Vatikanın arxivlərinin açılması 1915-ci il hadisələrində də Vatikanın qızışdırıcı rolunu aşkar edəcəkdir”.

Politoloqun sözlərinə görə, Roma Papası Fransiskin eyni bəyanatda erməni mövzusundan xeyli kənara gedib xolokostu inkar etməsini açıq şəkildə nümayiş etdirməsi, nasizm və stalinizmi "soyqırım” kimi təqdim etməsi də Vatikanın müasir dövrdə araqarışdıran missiyasına tam uyğun gəlir. Nasizm və stalinizm mahiyyətcə tam fərqli məsələlərdir: "Amma bu gün Almaniya ilə Rusiya və Türkiyənin arasında baş verənlər indi baş verənlərin I Dünya Müharibəsi dövründəkinin tam tərsinə olmasına eyham aydın görünür. Türkiyə iri geosiyasi layihələrin aparıcı iştirakçısıdır. Zaman Türkiyəni yenidən qüdrətli dövlətə çevirə bilər. Bu isə Vatikanın planları ilə üst-üstə düşmür. Ona görə həm I, həm II Dünya Müharibəsində Almaniya Rusiya və Türkiyə münasibətlər sistemini yeni mexanizmlə hərəkətə gətirməklə Türkiyənin iştirakçısı olan geosiyasi layihələrə təsirini sıfıra endirə bilər. Lakin Fransisk Türkiyəni də unutmur. Xolokost məsələsini inkar etməklə o, Vatikanla Türkiyə arasında yəhudilərə qarşı əməkdaşlığın ideoloji bünövrəsini qoymağı təklif edir. Bu niyyətini gizlətmək üçün Rusiya yəhudilərinin nümayəndələri ilə görüşə razılıq verdi. Diqqət çəkən məqam orasındadır ki, Rusiya yəhudiləri Vatikanla əlaqə qurmağa həmişə meylli olublar. Rusiya yəhudilərinin Roma Papası ilə görüş üçün rəsmi müraciət etmələri ilə bağlı ilk məlumat bu ilin yanvar ayında yayıldı. Papa Fransisk ermənilərlə bağlı liturgiyada etdiyi moizənin mahiyyətini bildiyi üçün həmin liturgiyadan iki gün keçməmiş Rusiya yəhudilərinin nümayəndə heyətini qəbul etdi. Onlara isə müsəlmanlara qarşı durmaq üçün xristianlarla yəhudilərin birliyini yaratmaq ideyasını irəli sürdü”.

M.Əhmədoğlu həmçinin vurğulayıb ki, Roma Papası Fransiskin moizəsindəki qızışdırıcılıq və konfliktogenlik potensialını təkcə Vatikanın boynuna qoymuruq: "Erməni tarixi konfliktogenlik resursuna söykənən tarixdir. Moizənin mətninin belə alınmasını da katolik ermənilərinin başçısı XIX Nersos Bedrosun və Vatikanda fəaliyyət göstərən erməni kafedrasının əməlinin nəticəsi kimi qiymətləndiririk. Diqqət çəkən məqam ondadır ki, liturgiyadan 3 gün keçməmiş Ukraynanın daxili işlər naziri, milliyyətcə erməni A.Avakov bir qrup ermənidən ibarət nümayəndə heyəti ilə Vatikana səfər etdi və katolik ermənilərin patriarxı XIX Nersos Bedrosla görüşdü. Görünür, Vatikan Ukraynada baş vermiş "Qolodomor” hadisəsini də ermənilərin təhriki ilə "soyqırım” kimi tanıyacaqdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ