şənbə günü, 28 noyabr 2026
     

Avropa Oyunlarına Dəstək Koalisiyası Qərbin ikili standartları barədə Bakıda geniş ictimai müzakirə təşkil etdi

Image


Ap­re­lin 30-da Bey­nəl­xalq Mət­bu­at Mər­kə­zin­də "Ba­kı 2015 I Av­ro­pa Oyun­la­rı­na Dəs­tək: Və­tən­daş Cə­miy­yə­ti Ko­a­li­si­ya­sı" "Qər­bin iki­li stan­dartla­rı: de­mok­ra­ti­ya və in­san hü­quq­la­rı" möv­zu­sun­da Də­yir­mi Ma­sa ke­çir­di.

Ap­re­lin 22-də tə­sis edi­lən Ko­a­li­si­ya­nın təş­kil et­di­yi Də­yir­mi Ma­sa­ya mil­lət və­kil­lə­ri, QHT rəh­bər­lə­ri, ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri, me­dia ka­pi­tan­la­rı və di­gər qo­naq­lar qa­tıl­mış­dı. Bey­nəl­xalq Mü­na­si­bət­lə­rin Araş­dı­rıl­ma­sı Mər­kə­zi­nin rəh­bə­ri Ru­fiz Qo­na­qov Də­yir­mi Ma­sa­nı aça­raq bil­dir­di ki, təd­bir­də 4 mə­ru­zə­çi­nin çı­xı­şı din­lə­nə­cək və çı­xış­lar ət­ra­fın­da fi­kir mü­ba­di­lə­lə­ri apa­rı­la­caq, ye­ni tək­lif­lər eşi­di­lə­cək­dir. R.Qo­na­qov qeyd et­di ki, Bi­rin­ci Av­ro­pa Oyun­la­rı ya­xın­laş­dıq­ca öl­kə­mi­zə qar­şı qa­ra­yax­ma kam­pa­ni­ya­sı da­ha da güc­lə­nir və on­lar Azər­bay­ca­nın nü­fu­zu­na zər­bə vur­ma­ğa ça­lı­şır­lar. Ko­a­li­si­ya­nın ko­or­di­na­to­ru xa­tır­lat­dı ki, ABŞ döv­lət ka­ti­bi Con Ker­ri­nin Azər­bay­ca­na qar­şı pla­nı ilə bağ­lı APA İn­for­ma­si­ya Agentli­yi sə­nəd ya­yıb və bu sə­nəd­də onun məkrli niy­yət­lə­ri açıq-aş­kar gös­tə­ri­lir. Sə­nəd­də çox cid­di faktla­rın yer al­dı­ğı­nı de­yən R.Qo­na­qo­vun fik­rin­cə, bü­tün bun­lar Qər­bin iki­li stan­dartla­rın­dan irə­li gə­lir: "Dü­şü­nü­rük ki, öl­kə­mi­zə qar­şı apa­rı­lan bu çir­kin kam­pa­ni­ya, əv­vəl­lər də ol­du­ğu ki­mi, bu də­fə də bir nə­ti­cə ver­mə­yə­cək".

Son­ra R.Qo­na­qov "Müs­tə­qil döv­lət­lər­də ke­çi­ri­lən bey­nəl­xalq id­man və mə­də­niy­yət təd­bir­lə­ri­ni si­ya­si­ləş­dir­mək cəhdlə­ri: Azər­bay­can nü­mu­nə­si" möv­zu­sun­da mə­ru­zə ha­zır­la­yan mil­lət və­ki­li Za­hid Oru­ca söz ver­di.


"ABŞ Azər­bay­can­da öz tə­rəf­dar­la­rı­nı itir­mək­də­dir"

Demokratiya dəyərlərin ixracından daha çox iqtisadi-siyasi maraqların alətinə dönəndə təhlükəyə çevrilir. Bunu hazırki hərbi toqquşmalarla yanaşı,yaxın keçmişimizin acı təcrübələri də sübut edir.
70 il ərzində Sovetlər Birliyinə qarşı aparılan təxribatların və diversiyaların əsas hərəkətverici qüvvəsi olan Amerika Mərkəzi Kəşfiyyat İdarəsi ötən əsrin sonlarına doğru-əslində imperiyanın çöküşünə az qalmış prezident Ronald Reyqandan belə bir tapşırıq alır:”düşmənin- yəni,kommunistlərin cəbhəsində ən təsirli zərbə üçün baza hazırlamaq və onun gerçəkləşdirilməsinə gərəkən maliyyə resurslarını ayırmaq tələb olunur! Beləcə Amerika rəhbərinin "şər qüvvə” adlandırdığı güclü rəqibinin iflasını doğuracaq və Leninin təbiri ilə desək, onun qəbir qazanına çevriləcək vətəndaş cəmiyyətləri institutları kütləvi mübarizənin ön cəbhəsinə çıxır. Yəqin, "Solidarnost”, Xartiya-77 və digər təşkilatlar haqqındakı əsatirlərin də məhz o zamana düşdüyünü xatırlatmaq yerinə düşərdi.

Dünyaya səs salmış DTK-nın arxa bağçasında yaradılan belə təsisatlar qısa bir zaman kəsiyində gözə görünməyən cəbhənin əldə etdiyi uğurlardan daha böyük nəticələr qazanırlar. Özü də xəfiyyə strukturlarının pozuculuq fəaliyyətinin ifşa olunduğu şəraitdə razılaşaq ki, belə açıq, hamının gözü qarşısındakı casusuluq xidməti, azadlıq üçün canından keçməyə hazır olan mücahidlərin- demokratiya eskadronlarının həyata keçirdiyi inqilablar 20-ci əsrin yekun siyasi mənzərəsini dəyişməyə bilməzdi.

Artiq "hədəf ölkə”yə hərbi qüvvələrini yeritməklə deyil, ondan qat-qat ucuz başa gələn layihələrlə istənilən asi siyasi rejimi yerində oturtmağa,daha doğrusu, onu taxt-tacdan salaraq itaətkar biriləri ilə əvəzləməyə nail olurdular. Beləcə demokratiyanın 4-cü dalğası Panamaya, Qvatelamaya, yaxud da bütün tarix boyu sabit dövlətçilik axtarışlarında olan ərəb ölkələrinə tanklardan və toplardan qabaq yetişdi. NED, MDİ, Fredoom Hous və sair kimi cazibədar abreviaturalar arxasında irəliləyən insan haqları və siyasi hüquqların genişlənməsi nəzəriyyələri indi az qala MKİ-nin özünü meydandan sıxışdırıb çıxarmaq gücündədir. Halbuki təkcə avtoritar hakimiyyətlər üçün deyil, eləcə də Avropada müstəqil qərar verməyi bacaran Orbanı, Berluskonini, yaxud rusların atom enerjisindən bəhrələnmək istəyən bolqar liderini qorxudan kabus-demokratiya fondları kəşfiyyat strukturlarının ayrılmaz bir qoludur və bunu 2004-cü ildə etiraf edən Corc Buş Konqresə müraciətində hərbi xərclərdən daha çox 3-cü sektora yetərli maliyyə yardımı istəmişdi.Ona görə dövlətin gizli və aşkar fəaliyyətinin harda başlayıb-qurtardığını ən qatı konspiroloqlar da faş edə bilmir.Bir də axı necə pisləyəsən-məgər bütün informasiya məkanı onların işğalı altında deyil?

180 min hərbi qüvvəni ağır coğrafi relyeflərə, Hindiquş dağlarının ətəyinə göndərməkdənsə, istənilən dövlətinin idaəretmə institutlarını sındırmaq və məhv etmək orduların qoruduğu millətləri başsız qoymağın daha əlverişli yolu deyilmi?

Cənubi Qafqazın geopolitikasının çoxdan dəyişib. Ənənəvi qüvvələrin sıxışdırıb çıxarılmasının hansı üsullarla baş verdiyini isə Vaşinqton və Bakıda yaxşı bilirlər.

Əslində 90-cı illərdə Rusiyanın tarixi gücünün sarsıdılmasına çox da böyük qüvvə sərf etməyə ehtiyac qalmadı. Zəif dövlətçiliyə və Qərbdən gələn texnoloji-maliyyə asılılığına görə müstəqil ölkələrin hamısı, o cümlədən, Sovetlər Bilriyinin son varisi təkcə nəhəng hərbi resurslara və nüvə arsenalına deyil, həmçinin böyük bir coğrafiyada ən azı 200 ilin cinayətlərinin cavabdehliyinə məruz qaldı. O vaxtlar Azərbaycan üçün əldə olunmuş müstəqiliyyin itirilməsinə real təhlükələr olmasaydı belə, ruslardan tarixin hesabını soracaq milyonlarla millətçi azərbaycanlı meydana çıxmışdı. Keçmişi ilə üzləşmək bu dəfə də ruslara baha başa gəldi. Regionda möhkəmlənmək istəyən qüvvələr fürsəti əldən vermədilər.

Beləliklə, ABŞ mühüm bir Qafqaz ökəsində güclü neft platformalarından qabaq insanlarına qafasında,keçmişi ilə gələcəyi arasında seçim edən toplumların məfkurəsində möhkəmləndi. Lakin 2008-ci ilə qədər bütün ziddiyyətlərə və çirkli məqsədlərlə maraqlarını sürdürmək tendensiyalarına baxmayaraq, bölgədə simpatiya alternativsiz olaraq Vaşinqtonun tərəfində idi.Barak Obamanın "xaricdə yaxşı oynayan” Buş hakimiyyətini əvəzləməsi ona miras qalan uğurlu tərəfdaşlıq və iqtisadi-siyasi ortaqlıq xəttindən də geri çəkilməklə yekunlaşdı.

”Demokratlar” qafqazlardan Saakaşvli ilə barəbər çıxdılar və əllərində olan yüksəklikləri təhvil verərək yeni qitələrə-Obamanı özününkü sayan müsəlman aləminə yönəldilər. Amma assimetrik müharibələr həqiqətən çətin olurmuş. Bir neçə cəbhədə vuruşmaq 610 milyard dollarlıq hərbi büdcəyə malik Birləşmiş Ştatlar üçün gerçəkdən asan olmadı.
İndi mötəbər sosioloji sorğuların nəticələrində hətta ən yetkin siyasi vətəndaş belə Amerikanı Yaxın Şərqdəki xaosla eyni assosiasiyada dərk edir.Tərəfdarlarının itirilməsinin nəticəsi və antiamerikanizm əhvalının genişlənməsi öz növbəsində bölgədə revanş götürmək istəyənlərin işinə daha çox yarayır.
Gündəlik medianın manşetlərində antiQərb çağırışlarının yer alması da dediklərimizə sübutdur.Qafqazda yenidən qüvvələr nisbətinin dəyişməsi prosesi gedir.

Azərbaycan insanı üçün Qarabağı Ermənistana birləşdirmək istəyən sovet rəhbərləri ilə müasir amerikalı hakim sinfinin bir çox təmsilçilərinin elə bir fərqi yoxdur. Ona görə iki xalqın qovğasında tərəfsizliyə iddia edən hər bir Amerika siyasətçisi Qafqazda siyasətinin irəliləməsində ən əhəmiyyətli unutmamalıdırlar. Təməl prinsipi çox sadədəir-Qarabağ məsələsinə münasibətini göstər,deyim sən kimsən!

Razılaşın ki, Con Kerrinin 45 illik siyasi tərcümeyi-halının kiçik bir hissəsini təşkil edən məlum petisiyalar,sovet Baş katibinə bəlkə də Birləşmiş Ştatların təkbaşına ağalığı üçün,sırf vahid liderlik duyğusundan irəli gəlib. Lakin 4 aydır dövriyyədə olan bu tarixçəyə Departamentin hətta növbətçi sözçüsü tərəfindən belə əsaslı reaksiya verilməyib. Elə isə qəddar yaddaşı işə salmağa nə ehtiyac var-qarşındakı liderlər Qorbaçovdan fərqlənmək istəmirsə, onda Ermənistan-Azərbaycan prezidentlərini danışıqlar masasına oturmağa təkid etməklə münaqişəni inhisarına ala, regionda sülhün təminatçısı statusunu qazana bilməzsən!

Avropaya gedən siyasilər tez-tez rus casuslarının neft-qaz mənsəblərində-bəzən İtaliyada, yaxud Yunanıstanda əleyhimizə güclü təbliğat apardıqlarını deyirlər. Yəni, vaxtilə alman faşistlərinin mundirini geyinmiş və Xatını törətmiş milli canilər kimi.Ona görə bəzən Deutçe Villedən,sonra Afinada köhnə müqavilələri pozan SİRİZA hökumətinin kabinetlərindən "doğma uniformalı” çekistlərin çıxdığını deyəndə qətiyyən adama təəccüblü gəlmir. Bu maraqları təmin etmək sənətinin pozulmaz qanunudur.

Amerika dövlətinin ikinci şəxsinin adı ilə yayılan sənədi Edvard Snoudenin deşifrə etdiyini və burada bizim aramızı vurub siyasi elitaları dalaşdırmağa çalışdığını söyləməyə elə bir əsasımız yoxdur. Müstəqillik illərində gördüyümüz müxtəlif işğal siyasətlərindən,maraq zonaları uğrundakı savaşlardan fərqli olaraq indiki sənəd dövlətin, onun kəşfiyyat strukturlarının birgə süzgəcindən keçərək icraya yönəldilmiş "kiçik Marşal planı”na bənzəyir. Onun cəmiyyət üçün açıq olan paraqrafları ilə yanaşı, populizmdən uzaq olan bir mühüm dövlət adamının dediyi kimi, "bilsəniz,dəhşətə gələrsiniz ” hissəli qovluqları da mövcuddur. Görünür, Azərbaycan dövlətinin müxtəlif diplomatik kommunikasiyaları məsələni bağlı qapılar arxasında həll edə bilmədiyindən,problem ictimai xarakter alıb və xalqı böyük siyasi təlatümlər barəsində xəbərdar etmək son varianta çevrilib. Belədə sadə vətəndaş hansı nəticəni çıxarmalıdır?

Əlbəttə, söhbət terror və ya inqilab hazırlıqlarından getmir. İstənilən Qərb ölkəsində strateji layihələndirməyə, yaxud, praqmatik mənafeləri gerçəkləşdirməyə cavadeh olan siyasətlçilər,beyin mərkəzləri və ideya mühəndisləri Azərbaycanda hazırkı hakimiyyətin alternativinin məhz xaos olduğunu yaxşı bilirlər.
Elə isə, demokratların son illər rəsmi Bakıya dair qəzəbli qərarına səbəb nə olmuşdur?

Burada geopolitikanın izlərini axtarmaq lüzumsuzdur. Çünki Rusiyanın əleyhinə ittifaqda yer almamaq nə Ukraynanın, nə də Qərbin taleyinin bu tandemdə həll olunması üçün bizdən gözlənilən dəstəyin itirilməsi anlamına gələ bilməz.

Ancaq deyəsən,vaxtilə Jak Jirakın uzaqgörənliklə söylədikləri təkrar olunur-Amerikanın milli-əslində transmilli fondlarını ölkəsindən qovan hakimiyyətlər dinc qoyula bilməz! Hökm aydındır-səfirlərin arzuolunmaz şəxsə çevrilməsindən daha təhlükəlisi qara siyahıya saldığın inqilab fondlarıdır ki, indi Azərbaycan bunun hesabını artıqlaması ilə ödəyir.

Ukraynanın hansı kursu seçməli olduğunu maraqla və həm də öz dərilərində hiss edərək yaşayan keçmiş sovet xalqlarının hamısı o qənaətə gəlib ki,Baltikyanı ölkələri çıxmaq şərtilə başqalarını birmənalı seçimə vadar etmək cinayətdir.Bunu Latviyanın keçmiş prezidenti Vayra Freyberqa da iki gün öncə Bakıda səmimiyyətlə etiraf etdi. Müxtəlif resurslara, coğrafiyalara, milli-etnik quruluşlara malik olan dövlətlərə vahid xarici siyasət hədəfi göstərmək çox yanlışdır.Əks halda,faciə qaçılmaz olacaq.
Balanslı siyasətə məhkum olsa da coğrafiyası ilə toqquşmaya qərar vermş slavyan qardaşları ilə müqayisədə tarazlıq kursunu çox çətinliklə qoruyan Azərbaycan təhlükəsizliyinin yeganə zəmanətini əldən vermək istəmir. Elə isə Amerika demokratları regional dayaqlarından özlərini məhrum edib gələcək prezidentlərə hansı mirası qoyub gedib gedirlər?

Uzun müddət bütün fəlakətlərdən çıxmağın yeganə açarı kimi təklif olunan Qərb siyasi modeli,üsul-idarəsi və dövlət-vətəndaş münasibətləri ixrac üçün xüsusi imtiyaz qazanmışdı. Ancaq əhalisinin 2 milyon nəfərini itirmiş İrak üçün demokratiya xaosun necə alternativi kimi çıxış edə bilər? Ona görə bir ovuc imtiyazlı kasta üzərində siyasət qurub milllətlərə və onların təhlükəsizliyinə istinad etməmək Vaşinqtonda, Brüsseldə və Berlində qərar qəbul edən məmurların başlıca səhvidir. 1.5 milyona qədər köçkünü Türkiyəyə sığınmış bir ölkədən qaçan azsaylı qaçqınlarını gəmilərdə batırmaq qərarını vermək,yaxud vaxtilə baraklarda saxlanan yaponların gününə qoymaq istənilən inqilaba namizəd ölkə üçün mühüm siqnaldır. Halbuki miqrantlar diktatorlardan deyil, xaosdan başlarını götürüb qaçırlar.

Oyun sözü azərbaycanlıların dilində ikimənalıdır.Avropa yarışlarına qarşı Amerika oyunları necə də olmasa çoxlarını diksindirir. Sizcə sovet keçmişi ilə vidalaşmağa çalışan, bütün kommunistlərin mirasını çox asanlıqla ayaqları altına atanların zəkalarını,qələmlərini və bütün yaradıcı qüvvələrini verdikləri amerikapərəstliyin indi Qafqazda daralan meydanı sizcə "Ukrayna maydanı” ilə müqayisədə çoxmu əhəmiyyətsizdir? Yəni,Rusiyanı məğlub etmək üçün Qafqazı atıb getmək və ona Qara dənizdən zərbə vurmaq istəyənlərin bir gün Xəzərdə Putinlə görüşməyəcəyinə heç kəs zəmanət verə bilməz.

Amerika regiondan səssiz-səmirsiz çıxıb gedir. Yoxsa, Azərbaycanı itirməyə başqa nə ad qoymaq olar? Əks halda diplomatik kanallar adekvat işlək qabiliyyətlərini itirməyibsə,məhşur Vikiliksdəki xüsusi təsvirləri bir kənara buraxıb,kanonlarla düşünməyə deyil, gerçək informasiyaları rəhbərlərinə çatdırmağı düşünməlidirlər.Yəqin,son sətirləri təbəssümlə qarşılayanlar da olacaq. Yəni, Kerrinin masası üzərində minlərlə kəşfiyyat məlumatı yoxdurmu? Olsun. Lakin təəssüf, axırıncı dəfə "qızılgül inqilabı” ilə Gürcüstanı fəth edən və gürcü havasına ingiliscə oynayan Corc Buşdan fərqli olaraq Obamanın komandası regionu yaxşı tanımır.Xanım Klintonun o zamankı gəlişini cəbhədə atəşkəsi pozmaqla qarşılayanların isə nə demək isdədikləri hamıya bəllidir.Heç kəs Qafqazda Amerika prezidentini gözləmir. Çünki dünyada indi o qədər qlobal problem var ki.

Bununla bərabər, Azərbaycanın iki xristian qonşusundan fərqli olaraq regionun taleyində həlledici rol oynadığını unutmaq olmaz. Hər halda bahalı dövlət olmağın hesabı hamı üçün ağırdır.

Bizim meydanda gedən yarışların qalibi kimi pyedestalın birinci pilləsinə çıxmağa yalnız bir şərt tələb olunur-ədalətlə oynamaq,qaydaları tanımaq və müttəfiqlik prisiplərinə əməl etmək.Yoxsa,milyonların cəsədləri üzərindəki liderlik ölüm səltənətlərinin şahlığna çevriləcək!


Son­ra "Ba­kı-Xə­bər" qə­ze­ti­nin baş re­dak­to­ru, Ko­a­li­si­ya­nın ko­or­di­na­to­ru Ay­dın Qu­li­yev mə­ru­zə ilə çı­xış et­di:

"Hör­mət­li Ko­a­li­si­ya üzvlə­ri, xa­nım­lar və cə­nab­lar!

Ay­rı-ay­rı öl­kə­lər­də de­mok­ra­tik in­ki­şaf yol­la­rı­nın müx­tə­lif­li­yi öz­lü­yün­də mü­a­sir dün­ya­nın bə­şə­ri sər­vət­lə­rin­dən ol­sa da, "de­mok­ra­ti­ya­nın va­hid mo­de­li" de­yi­lən pa­rıl­tı­lı bir ide­ya­nın köl­gə­si al­tın­da, tə­əs­süf ki, de­di­yi­miz sər­və­ti də­yər­siz­ləş­dir­mək is­tə­yən­lər, bir öl­kə­nin mo­de­li­ni baş­qa­la­rı­na ide­al ki­mi qə­bul et­dir­mək cəh­di ilə on­la­rın da­xi­li iş­lə­ri­nə mü­da­xi­lə edən­lər var. De­sək ki, dün­ya­nın əsas qar­şı­dur­ma səh­nə­lə­rin­dən bi­ri özü­nü klas­sik de­mok­ra­ti­ya mo­de­li sa­yan öl­kə­lər­lə mil­li de­mok­ra­tik mo­del qu­ran öl­kə­lər ara­sın­da toq­quş­ma­lar­dan iba­rət­dir, yə­qin ya­nıl­ma­rıq.

Özü­nü klas­sik de­mok­ra­ti­ya­nın be­şi­yi sa­yan Bö­yük Bri­ta­ni­ya, ABŞ ki­mi öl­kə­lər özü­nə­məx­sus de­mok­ra­tik in­ki­şaf mo­de­li olan öl­kə­lə­rin seç­ki de­mok­ra­ti­ya­sı, par­la­men­ta­rizm prak­ti­ka­sı, sər­bəst top­laş­maq, söz və mət­bu­at azad­lı­ğı, şəx­si hə­ya­tın to­xu­nul­maz­lı­ğı sa­hə­lə­rin­də say­sız nöq­san­lar ax­ta­rır, öz­lə­ri hər za­man haq­lı imiş ki­mi on­la­rı is­lah et­mə­yə ça­lı­şır­lar. Əs­lin­də isə on­lar öz­lə­rin­də­ki əyin­ti­lə­ri gör­məz­li­yə vu­ra­raq, fak­ti­ki, iki­li stan­dart da­şı­yı­cı­sı­na çev­ri­lir­lər.

Gə­lin faktla­ra ba­xaq! Həm də Bö­yük Bri­ta­ni­ya­nın son 120 il­lik ta­ri­xin­də Af­ri­ka­nın "bur" xal­qı­na qan ud­dur­ma­sı­nı, hind xal­qı­nın yad­da­şın­da hə­lə də ya­şa­yan Am­rit­sar qır­ğı­nı­nı yox, ABŞ-ın öyün­dü­yü 240 il­lik de­mok­ra­ti­ya ta­ri­xi ilə təx­mi­nən həm­ya­şıd olan hin­du xal­qı­nın aman­sız­ca­sı­na qı­rıl­ma­sı­nı, Af­ri­ka zən­ci­lə­ri­nin qul ki­mi küt­lə­vi sa­tıl­ma­sı­nı yox, qa­ra­də­ri­li fə­al­la­rın məh­kə­mə­siz linçlən­mə­si­ni yox, lap son il­lər­də ya­şa­nan faktla­rı nə­zər­dən ke­çi­rək.

Hör­mət­li təd­bir iş­ti­rak­çı­la­rı!

Qa­ra­də­ri­li ye­ni­yet­mə Fred­di Qre­yin po­lis tə­rə­fin­dən qət­lə ye­ti­ril­mə­si­nə qar­şı ABŞ-ın Bal­ti­mor şə­hə­rin­də bu gün­lər­də kü­çə­lə­rə çı­xan min­lər­lə in­sa­nın təh­lü­kə­siz­lik qüv­və­lə­ri tə­rə­fin­dən zo­ra­kı təz­yiq­lə­rə mə­ruz qal­ma­sı, gül­lə­lən­mə­si, ABŞ fe­de­ral kəş­fiy­yat xid­mə­ti tə­rə­fin­dən Al­ma­ni­ya kəş­fiy­ya­tı­nın ica­zə­si ilə dip­lo­mat­la­rın, ta­nın­mış biz­nes­men­lə­rin iz­lən­mə­si ba­rə­də "Şpi­gel" jur­na­lı­nın faş et­di­yi faktlar bu klas­sik de­mok­ra­ti­ya da­şı­yı­cı­sı de­yi­lən öl­kə­də sər­bəst top­laş­maq azad­lı­ğı və şəx­si hə­ya­tın to­xu­nul­maz­lı­ğı ba­rə­də səs­lən­di­ri­lən pa­fos­lu fi­kir­lə­ri xey­li mü­ba­hi­sə­li gös­tə­rir.

2014-cü il av­qus­tun 9-da Mis­su­ri şta­tı­nın Ferqyu­son şə­hə­rin­də po­lis tə­rə­fin­dən öl­dü­rül­müş 18 yaş­lı gənc Maykl Bra­u­nun xa­ti­rə­si ilə həm­rəy­lik nü­ma­yiş et­dir­mək is­tə­yən eti­raz­çı­la­rın da­ğı­dıl­ma­sı, həb­si bu öl­kə­nin fun­da­men­tal in­san haq­la­rın­dan sa­yı­lan sər­bəst top­laş­maq azad­lı­ğı­na heç də hə­mi­şə mö­tə­bər ya­na­şıl­ma­dı­ğı­nın sü­bu­tu­dur.

Bu gün Nyu-York və Va­şinqto­nun kü­çə və mey­dan­la­rın­da tez-tez pey­da olan "Mən nə­fəs ala bil­mi­rəm" pla­kat­lı eti­raz­çı­lar ya­şa­maq azad­lı­ğı üçün bi­a­bır­çı sa­yı­lan bir ha­di­sə­nin az qa­la rəm­zi­nə çev­ril­mək­də­dir. 43 yaş­lı Af­ri­ka mən­şə­li Ame­ri­ka və­tən­da­şı Erik Har­ne­rin po­li­sin qol­la­rı ara­sın­da bo­ğu­lar­kən hay­qır­dı­ğı "Mən bo­ğu­lu­ram" söz­lə­ri onun son kəl­mə­lə­ri ol­maq­la, in­di bir çox eti­raz­çı­lar üçün mü­ba­ri­zə şü­a­rı­na çev­ri­lib.

Se­na­tın kəş­fiy­yat ko­mi­tə­si­nin 6 min sə­hi­fə­lik he­sa­ba­tın­dan açıq­lan­mış 500 sə­hi­fə həbsxa­na di­var­la­rı ar­xa­sın­da dus­taq­la­rın mə­ruz qal­dı­ğı dəh­şət­li iş­gən­cə­lə­ri aç­maq­la in­san haq­la­rı­nın bu va­cib is­ti­qa­mə­ti üz­rə acı mən­zə­rə­ni təq­dim edir.

Əf­qa­nıs­tan­da mü­ha­ri­bə­nin qız­ğın vax­tın­da Ko­a­li­si­ya əs­gər­lə­ri­nin mül­ki əf­qan­lar üzə­rin­də mi­sil­siz iş­gən­cə və təh­qir­lə­ri­nin fo­to və vi­deo gö­rün­tü­lə­ri­ni ic­ti­ma­iy­yə­tə aç­dı­ğı­na gö­rə məş­hur Ame­ri­ka jur­na­lis­ti Say­mon Her­sə ci­na­yət işi­nin açıl­ma­sı bu öl­kə­də mət­bu­at və söz azad­lı­ğı­nın heç də yük­sək ol­ma­dı­ğı­nın ba­riz sü­bu­tu­dur.

BMT-nin in­san haq­la­rı ko­mi­tə­si­nin səd­ri, bri­ta­ni­ya­lı pro­fes­sor Nay­çel Rod­li rəs­mi Va­şiq­to­nun so­si­al şə­bə­kə­lər üzə­rin­də qa­nun­suz nə­za­rə­ti­ni sərt it­ti­ham et­mək­lə bu­nu in­san­la­rın hə­ya­tı­na bir­ba­şa mü­da­xi­lə ki­mi də­yər­lən­dir­miş­di.

Ötən il ABŞ-ın 38 pe­şə­kar jur­na­list təş­ki­la­tı rəh­bə­ri­nin Oba­ma­ya mü­ra­ci­ə­tin­də ABŞ hö­ku­mə­ti­nin me­di­a­dan in­for­ma­si­ya­la­rı giz­lət­mə­si­nin yük­sək həd­də çat­dı­ğı bil­di­ri­lir­di. Mək­tub mü­əl­lif­lə­ri döv­lət rəs­mi­lə­ri­nin me­dia ilə ün­siy­yə­ti­nin get­dik­cə məh­dud­laş­dı­rıl­dı­ğı­nı və bu­nun hə­qi­qi mə­na­da sen­zu­ra ol­du­ğu­nu vur­ğu­la­yır­dı­lar. Bu mək­tub­la Oba­ma­nın qar­şı­sın­da qo­yul­muş üç tə­ləb ABŞ-da mə­lu­mat al­maq azad­lı­ğı­nın han­sı sə­viy­yə­də ol­du­ğu­nu ay­dın gös­tə­rir: jur­na­listlə­rin giz­li tə­qi­bi­nin da­yan­dı­rıl­ma­sı, öl­kə hü­dud­la­rın­da jur­na­listlər­lə bağ­lı tə­ca­vüz­kar si­ya­sə­tə son qo­yul­ma­sı və jur­na­listlə­rin xü­su­si xid­mət­lər üçün ca­sus­lu­ğa cəlb edil­mə­si hal­la­rı­na son qo­yul­ma­sı.

Baş­qa fakt. 2013-cü ilin ap­re­lin­də jur­na­list və ic­ti­mai xa­dim Da­ni­el Mak­ko­u­en mət­bu­at­da təc­rid­xa­na­lar üz­rə bü­ro­nu tən­qid et­di­yi üçün həbs olun­muş­du.

"Wall strit"i iş­ğal et" hə­rə­ka­tı za­ma­nı ABŞ-da 90 jur­na­lis­tin həbs olun­ma­sı bu öl­kə­də in­san haq­la­rı­nın du­ru­mu ilə bağ­lı da­ha bir mən­fi rəy ya­ra­dan ha­di­sə­dir. 2011-2012-ci il­lər­də ABŞ-ın 12 şə­hə­rin­də ke­çi­ri­lən eti­raz ak­si­ya­la­rı­nı işıq­lan­dı­ran me­dia təm­sil­çi­lə­ri­nin fi­zi­ki zo­ra mə­ruz qal­ma­sı da azad me­dia prin­sip­lə­ri­nə uyuş­ma­yan faktlar ki­mi ta­rix­də qa­la­caq.

Elə Mər­kə­zi Kəş­fiy­yat İda­rə­si­nin keç­miş əmək­da­şı E.Sno­u­de­nin 2013-cü ilin iyu­nun­da dün­ya­nın müx­tə­lif öl­kə və­tən­daş­la­rı­nın ABŞ kəş­fiy­ya­tı tə­rə­fin­dən iz­lən­mə­si ba­rə­də mə­lu­mat­la­rı me­di­a­ya açıq­la­yan­dan son­ra han­sı tə­qib­lə­rə mə­ruz qal­ma­sı da çox şey de­yir. Və ya məş­hur "Wi­ki­le­aks" say­tı­nın ya­ra­dı­cı­sı As­san­jın hə­lə bu gü­nə qə­dər da­vam edən tə­qib pro­se­si, hət­ta onun ABŞ-ın "döv­lət düş­mə­ni" elan edil­mə­si, "Wi­ki­le­aks"ə gi­ri­şin məh­dud­laş­dı­rıl­ma­sı azad me­dia sö­zü­nün bo­ğul­ma­sı­na ba­riz nü­mu­nə­dir. Da­vam edi­rik.

2013-cü il­də Cor­ci­ya şta­tın­da­kı şüb­hə­li hər­bi tə­lim mər­kə­zi­nə qar­şı yö­nəl­miş ak­si­ya­nı len­tə alan jur­na­listlə­rin 32 sa­at təc­rid­xa­na­da sax­lan­ma­sı da bu möv­zu­da gö­zar­dı edil­mə­si müm­kün ol­ma­yan da­ha bir cid­di faktdır.

Bü­tün bun­lar ABŞ-ın məş­hur Prinston uni­ver­si­te­ti alim­lə­ri­nin dün­ya­nı şo­ka sal­mış təd­qi­qat­la­rı­nın çə­ki­si­ni ar­tı­rır. Alim­lər bə­yan edib ki, ABŞ-da ar­tıq de­mok­ra­ti­ya yox­dur və bu öl­kə heç də, il­lər bo­yu de­yil­di­yi ki­mi, de­mok­ra­tik də­yər­lə­rin ic­ra nü­mu­nə­si sa­yı­la bil­məz.

Bö­yük Bri­ta­ni­ya təc­rü­bə­si­nə ba­xaq. 2013-cü il oktyab­rın 30-da Bri­ta­ni­ya kra­li­ça­sı II Eli­za­be­tin im­za­la­dı­ğı kral xar­ti­ya­sın­da küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin etik nor­ma­lar üzə­rin­də xü­su­si döv­lət nə­za­rət or­qa­nı ya­ra­dıl­ma­sı­nın nə­zər­də tu­tul­ma­sı bu öl­kə­də də mət­bu­at azad­lı­ğı­nın han­sı də­rə­cə­də ol­ma­sı ba­rə­də tə­səv­vür ya­ra­da bi­lir.

2011-ci il­də Bö­yük Bri­ta­ni­ya­da mə­lum iğ­ti­şaş­lar za­ma­nı "Fa­ce­bo­ok" və "Tvit­ter" so­si­al şə­bə­kə­lə­ri­nə gi­ri­şin məh­dud­laş­dı­rıl­ma­sı da azad sö­zün im­kan­la­rı­nın o qə­dər də ge­niş ol­ma­dı­ğı­nı gös­tə­rir. Lon­don­da məş­hur rus mil­yon­çu­su, ban­kir, Pu­ti­nin düş­mə­ni Qor­buntso­vun gül­lə­lən­mə­si­nin yer­li me­di­a­dan giz­lə­dil­mə­si fak­tı elə in­gi­lis me­di­a­sı­nın özü tə­rə­fin­dən söz və in­for­ma­si­ya əl­də et­mək azad­lı­ğı­na bö­yük zər­bə ki­mi də­yər­lən­di­ril­di. Rəs­mi rə­qəm­lə­rə gö­rə, Bri­ta­ni­ya­da 2012-ci il­də 1,2 min nə­fər in­san al­ve­ri­nin qur­ba­nı olub. Öl­kə­nin özü­nün "So­si­al Əda­lət Mər­kə­zi" ad­lı QHT-nin Bri­ta­ni­ya rəh­bər­li­yi­ni in­san al­ve­ri ilə la­zı­mi sə­viy­yə­də mü­ba­ri­zə apa­ra bil­mə­mək­də suç­la­ma­sı in­san­la­rın nə­in­ki hü­quq­la­rı­nın, hət­ta hə­yat­la­rı­nın la­zı­mi sə­viy­yə­də qo­run­ma­dı­ğı­nı gös­tə­rir.

2013-cü ilin oktyab­rın­da Bri­ta­ni­ya­nın Yarl Vid miq­rant mər­kə­zi­nin iki əmək­da­şı­nın bir qa­dın miq­rant üzə­rin­də­ki sek­su­al ci­na­yət­lə­ri­nin səs-kü­yü hə­lə sən­gi­mə­yib.

ABŞ Mil­li Təh­lü­kə­siz­lik Agentli­yi­nin əmək­da­şı E.Sno­u­de­nin açıq­la­ma­la­rı­na gö­rə, Bri­ta­ni­ya xü­su­si xid­mət­lə­ri öz və­tən­daş­la­rı­nı, ha­be­lə iri bey­nəl­xalq təd­bir­lər za­ma­nı xa­ri­ci nü­ma­yən­də­lik­lə­ri iz­lə­mək­dən, te­le­fon da­nı­şıq­la­rı­nı din­lə­mək­dən be­lə çə­kin­mir. Hə­min mə­lu­ma­ta gö­rə, in­san haq­la­rı­na aş­kar zidd olan be­lə əmə­liy­yat­la­ra Bri­tiş Te­le­kom, Vo­da­fon keybl, Qlo­bal kros­sin, ki­mi şir­kət­lər də cəlb olu­nur­du. On­lar te­le­fon da­nı­şıq­la­rı­nın məz­mu­nu, so­si­al şə­bə­kə­lər­də­ki he­sab­lar və elektron mək­tub­lar ba­rə­də bü­tün in­for­ma­si­ya­la­rı ələ ke­çir­mək­lə mil­yon­lar­la in­ter­net is­ti­fa­də­çi­si­ni nə­za­rət al­tı­na alır­dı­lar.

Mə­lum­dur ki, "Am­nesty İn­ter­na­ti­o­nal" Stras­burq İn­san haq­la­rı məh­kə­mə­si­nə Bri­ta­ni­ya­dan şi­ka­yət edib. Təş­ki­la­tın hü­quq mə­sə­lə­lə­ri üz­rə eksper­ti Nik Uil­yams ap­re­lin 10-da bə­yan et­di ki, Bri­ta­ni­ya­nın xü­su­si xid­mət or­qan­la­rı­nın ha­zır­la­dı­ğı proq­ram­lar əsa­sın­da in­ter­net is­ti­fa­də­çi­lə­ri­nə küt­lə­vi nə­za­rət edil­mə­si azad sö­zün zid­di­nə­dir və şəx­si mə­lu­mat­la­rı mü­da­fiə nor­ma­la­rı­nı ko­bud şə­kil­də po­zur.

Hör­mət­li dostlar!

Gös­tə­ri­lən bu faktlar Qər­bin iki klas­sik de­mok­ra­ti­ya öl­kə­si sa­yı­lan ABŞ və Bö­yük Bri­ta­ni­ya­da sər­bəst top­laş­maq, şəx­si hə­ya­tın to­xu­nul­maz­lı­ğı, söz və mət­bu­at azad­lı­ğı ki­mi fun­da­men­tal in­san haq­la­rı­nın re­al və­ziy­yə­ti ba­rə­də qə­na­ə­tə gəl­mə­yə əsas ve­rən say­sız faktla­rın yal­nız bir his­sə­si­dir. Vax­tın az­lı­ğı çox­say­lı faktlar va­si­tə­si­lə da­ha ge­niş tə­səv­vür ya­rat­ma­ğa im­kan ver­mə­di­yi üçün möv­zu­nun da­va­mı­nı mü­za­ki­rə­lər for­ma­sın­da si­zin ix­ti­ya­rı­nı­za bu­ra­xı­ram.

Diq­qə­ti­ni­zə gö­rə sağ olun!"


Da­ha son­ra R.Qo­na­qov mə­ru­zə üçün sö­zü "İc­ti­mai Prob­lem­lə­rin Təd­qi­qi As­so­sa­si­ya­sı" İc­ti­mai Bir­li­yi­nin səd­ri Mə­hər­rəm Zül­fü­qar­lı­ya ver­di. Mə­hər­rəm Zül­fü­qar­lı çı­xı­şın­da ABŞ-da və Av­ro­pa Bir­li­yi öl­kə­lə­rin­də ir­qi və di­ni az­lıq­la­rın hü­quq­la­rı­nın po­zul­ma­sı hal­la­rı­na diq­qət çək­di:

"Hər il ABŞ-ın Döv­lət De­par­ta­men­ti tə­rə­fin­dən ha­zır­la­nan he­sa­bat bü­tün öl­kə­lər­də in­san haq­la­rı ilə bağ­lı və­ziy­yə­ti gös­tə­rir. He­sa­bat çox diq­qət­lə, çox eh­ti­yat­la pro­fes­si­o­nal­lar tə­rə­fin­dən ha­zır­la­nır. Bu o de­mək de­yil ki, Bir­ləş­miş Ştat­lar­da hər şey ide­al­dır.

2014-cü il av­qus­tun 13-14-də Ce­nev­rə­də ir­qi ay­rı seç­ki­li­yin ara­dan qal­dı­rıl­ma­sı Ko­mi­tə­si ABŞ-ın bey­nəl­xalq kon­ven­si­ya­lar qar­şı­sın­da gö­tür­dü­yü öh­də­lik­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si­nə da­ir mə­ru­zə­ni din­lə­yib. Hə­min mə­ru­zə­də ABŞ-da ir­qi və di­ni az­lıq­la­rın hü­quq­la­rı­nın ko­bud şə­kil­də po­zul­ma­sı­na aid faktlar qeyd olu­nur. Bun­lar­dan təh­sil sa­hə­sin­də məh­du­diy­yət­lə­rin qo­yul­ma­sı, yer­li xalqla­rın, hin­du­la­rın ya­şa­dı­ğı ər­zi­lə­rin eko­lo­ji cə­hət­dən çik­lən­di­ril­mə­si, kənd tə­sər­rü­fa­tın­da uşaq əmə­yin­dən is­ti­fa­də, məh­bus­lar, xü­su­si­lə də qa­ra­də­ri­li məh­bus­lar üzə­rin­də tib­bi pre­pa­rat­la­rın təc­rü­bə­dən ke­çi­ril­mə­si, həbsxa­na­lar­da mil­li az­lıq­lar­dan olan qa­dın­la­rın zo­ra­kı yol­la ste­ri­zə edil­mə­si (tib­bi mü­da­xi­lə ilə ana ol­ma im­kan­la­rın­dan məh­rum et­mə) və s. hü­quq po­zun­tu­la­rı­nı qeyd et­mək olar.

Çe­xi­ya, Slo­va­ki­ya və Ma­ca­rıs­tan­da qa­ra­çı qa­dın­la­rın zo­ra­kı və ya al­dat­ma yo­lu ste­ri­zə edil­mə­si ilə bağ­lı çox­lu faktlar möv­cud­dur.

ABŞ Döv­lət De­per­ta­men­ti­nin mə­ru­zə­sin­də qeyd edi­lir ki, bir il ər­zin­də (2004) mil­li və di­ni nif­rət zə­mi­nin­də 9528 qətl ha­di­sə­si­nin 53,8%-nin ir­qi ay­rı-seç­ki­lik zə­mi­nin­də baş ve­rib ki, bu ha­di­sə­lə­rin 67,9%-də qət­lin qur­ba­nı qa­ra də­ri­li in­san­lar olub. Bu ci­na­yət­lə­ri tö­rə­dən­lə­rin 60,6%-i ağ də­ri­li amer­ka­lı­lar olub.

ABŞ-da olan məh­bus­la­rın 60%-ni, 2 mil­yon nə­fər­dən ço­xu­nu ir­qi və mil­li et­nik az­lıq­lar təş­kil edir.

Ferqyu­son ha­di­sə­lə­ri ha­mı­nın ya­dın­da­dır. 18 yaş­lı qa­ra­də­ri­li ye­ni­yet­mə­nin kü­çə­də po­lis tə­rə­fin­dən gül­lə­lən­mə­si­nə gö­rə ABŞ-ın müx­tə­lif şə­hər­lə­rin­də bu ha­di­sə­yə eti­raz əla­mə­ti ola­raq in­san­lar kü­çə­yə axı­şıb po­li­sin cə­za­lan­dı­rıl­ma­sı­nı tə­ləb et­di­lər. Eti­raz­çı­la­ra qar­şı po­lis sərt təd­bir­lə­rə əl at­dı. On­lar dö­yül­dü­lər, təh­qir olun­du­lar və kü­çə­lər­dən qo­vul­du­lar. Üs­tə­lik, qa­til po­lis bə­ra­ət al­dı. Bu möv­zu­da son nü­mu­nə­lər­dən bi­ri haq­qın­da "The New York Ti­mes" qə­ze­ti in­for­ma­si­ya ya­yıb. Ke­çən il iyu­lun 17-də Sta­ten Is­land ya­şa­yış mən­tə­qə­sin­də De­ni­el Pan­ta­leo ad­lı po­lis 6 uşaq ata­sı olan 43 yaş­lı Erik Har­ne­ri qa­nun­suz si­qa­ret sat­dı­ğı­na gö­rə həbs et­mək is­tə­yib. Bu za­man po­lis Af­ri­ka əsil­li və­tən­da­şa qar­şı ko­bud­ca­sı­na bo­ğu­cu fənd iş­lə­dib. Nə­ti­cə­də, astma­dan əziy­yət çə­kən E.Har­ner və­fat edib. İn­di mə­lum olub ki, ci­na­yət tö­rət­miş hə­min po­lis azad­lı­ğa bu­ra­xı­lıb.

ABŞ in­san haq­la­rı­na da­ir 13 əsas bey­nəl­xalq mü­qa­vi­lə, sə­nəd, kon­ven­si­ya­nın 9-na qo­şul­ma­yıb. Bun­la­rın bir his­sə­si­ni ümu­miy­yət­lə im­za­la­ma­yıb, bir his­sə­si im­za­lan­sa da ra­ti­fi­ka­si­ya edil­mə­yib. Mə­sə­lən, ABŞ BMT-nin 1989-cu il­də qə­bul olun­muş uşaq hü­quq­la­rı­na da­ir kon­ven­si­ya­sı­nı im­za­la­sa da ra­ti­fi­ka­si­ya edil­mə­yib. Bu­nun da əsas sə­bə­bi ABŞ-ın bey­nəl­xalq mo­ni­to­rinq təş­ki­lat­la­rı qar­şı­sın­da in­san haq­la­rı ilə bağ­lı he­sa­bat­lı ol­maq is­tə­mə­mə­si­dir.

Bey­nəl­xalq in­san haq­la­rı­nın mü­da­fiə təş­ki­la­tı olan Am­nesty In­ter­na­ti­o­nal təş­ki­la­tı 2014-cü il he­sa­ba­tın­da ABŞ-da in­san haq­la­rı ilə bağ­lı 7 bənddən iba­rət irad­la­rı­nı bil­di­rib:

1. Ci­na­yət­kar­la­rın cə­za­sız­lı­ğı

2. Ter­ro­riz­mə qar­şı mü­ba­hi­sə­li me­tod­lar­la mü­ba­ri­zə

3. Həbsxa­na­lar­da sax­la­ma şə­ra­i­ti

4. Ölüm hök­mü­nün qal­ma­sı

5. Uşaq məh­bus­la­rın hü­quq­la­rı­nın po­zul­ma­sı

6. Po­li­sin sə­la­hiy­yət həd­di­ni aş­ma­sı

7. Miq­rantla­rın hü­quq­la­rı­na əməl edil­mə­mə­si

Bun­la­ra şüb­hə­li şəxslə­rin din­di­ril­mə­si za­ma­nı iş­gən­cə­lə­rin ve­ril­mə­si­ni, dinc nü­ma­yiş­lə­rin zor gü­cü­nə da­ğı­dıl­ma­sı­nı, uşaq­lar­la qa­ba rəf­tar və s. mə­sə­lə­lə­ri əla­və et­mək olar.

"Co­u­ri­er News" və "Ho­me News Tri­bu­ne" qə­zet­lə­ri­nin araş­dır­ma­la­rı­na gö­rə, Nyu-Cer­si şta­tın­da po­lis öz­ba­şı­na­lı­ğı ilə bağ­lı şi­ka­yət­lə­rin heç 1%-nə də ba­xıl­mır.

Bir sı­ra şə­hər­lər­də, de­mək olar ki, heç bir şi­ka­yə­tə ob­yek­tiv ba­xıl­mır. Mə­sə­lən, Eli­za­bet şə­hə­rin­də 5 il ər­zin­də 203 şi­ka­yə­tə ba­xı­lıb, bun­la­rın heç bi­rin­də şi­ka­yət­çi­nin hü­qu­qu tə­min edil­mə­yib. Po­lis zo­ra­kı­lı­ğı­na qar­şı Vudbric­də 84, Edi­son­da 32, Lin­den­də 33, Bran­su­i­ke­də 81 şi­ka­yət edil­sə də heç bi­ri müs­bət həl­li­ni tap­ma­yıb. Kar­te­ret şə­hə­rin­də uzun müd­dət ər­zin­də 21 şi­ka­yət­dən cə­mi 1-nə ba­xı­lıb, o da tə­min edil­mə­yib.

Edi­son şə­hə­rin­də po­lis­lər­dən bi­rin­dən in­san­la­ra qar­şı zor tət­biq et­mə­si­lə bağ­lı 11 şi­ka­yət edil­sə də bu­na əhə­miy­yət ve­ril­mə­yib. La­kin son­ra­dan hə­min po­lis qəs­dən adam öl­dür­mək və nar­ko­tik al­ve­ri ilə məş­ğul ol­du­ğu­na gö­rə həbs edi­lib. Onun çan­ta­sın­dan in­san­la­rı döy­mək üçün qa­nun­la qa­da­ğan olun­muş əş­ya­lar ta­pı­lıb.

ABŞ-ın əra­zi­sin­də həbsxa­na­lar­da iş­gən­cə­lər qa­nun­la qa­da­ğan olun­du­ğun­dan, MKİ tə­rə­fin­dən öl­kə xa­ri­cin­də be­lə giz­li həbsxa­na­lar ya­ra­dı­lıb. Təd­qi­qat­lar gös­tə­rir ki, 54-dən ar­tıq öl­kə bu iş­də ABŞ-a kö­mək edir. Bu da yer üzün­də olan döv­lət­lə­rin 21%-i təş­kil edir.

2003-cü il­də Qu­an­ta­na­mo həbsxa­na­sın­da eti­raz əla­mə­ti ola­raq 350 məh­bus özü­nə xə­sa­rət ye­ti­rib, 23 məh­bus özü­nü as­ma­ğa cəhd edib, 2005-ci il­də 131 məh­bus ac­lıq elan edib 2006-cı il­də 3 məh­bus in­ti­har edib.

BMT ko­mi­tə­si­nin it­ti­ha­mı onu gös­tə­rir ki, Ame­ri­ka nə­in­ki öz əra­zi­sin­də, hət­ta dün­ya­nın müx­tə­lif re­gi­on­la­rın­da be­lə in­san­la­rın fə­a­liy­yə­ti­nə nə­za­rət edir. Bu əsas­da on­la­rı mü­əy­yən ide­o­lo­ji is­ti­qa­mə­tə yö­nəl­dir, təz­yiq­lər gös­tə­rir, qa­nun­suz əməl­lə­rə təh­rik edir. Bun­la­rın nə­ti­cə­sin­də min­lər­lə in­sa­nın şəx­si hə­ya­tı po­zu­lur, təh­lü­kə­lə­rə mə­ruz qa­lır. O cüm­lə­dən "rəngli in­qi­lab­lar" adı al­tın­da döv­lət­lə­rə, cə­miy­yət­lə­rə zi­yan vu­ru­lur. Təc­rü­bə gös­tə­rir ki, hə­min pro­ses­lər­də çox­lu say­da in­san hə­ya­tı­nı iti­rir, öl­kə­lər uzun­müd­dət­li da­xi­li ix­ti­laf­lar­dan əziy­yət çə­kir. İraq, Su­ri­ya, Uk­ray­na, Li­vi­ya və baş­qa nü­mu­nə­lər möv­cud­dur.

Ame­ri­ka­da in­san haq­la­rı­nın və­ziy­yə­ti ilə bağ­lı ha­zır­la­nan bir sı­ra he­sa­bat­la­ra nə­zər sal­dıq­da ger­çək­lik da­ha ay­dın üzə çı­xır. BMT-nin in­san hü­quq­la­rı üz­rə ko­mi­tə­si ABŞ-ı Və­tən­daş və Si­ya­si Hü­quq­lar haq­qın­da Bey­nəl­xalq Pak­tın bir sı­ra müd­də­a­la­rı­na əməl et­mə­mək­də suç­la­yıb. Bri­ta­ni­ya­lı pro­fes­sor Nay­cel Rod­li­nin baş­çı­lıq et­di­yi ko­mi­tə Va­şinqto­nu so­si­al şə­bə­kə­lə­rə qa­nun­suz nə­za­rət et­mək­də it­ti­ham edib, bu­nu in­san­la­rın şəx­si hə­ya­tı­na bir­ba­şa mü­da­xi­lə ki­mi qiy­mət­lən­di­rib.

İraq­da apa­rı­lan mü­ha­ri­bə­də 120 min in­san tə­ləf olub ki, bun­lar­dan da 52 mi­ni ABŞ-ın baş­çı­lıq et­di­yi ko­a­li­si­ya qüv­və­lə­ri tə­rə­fin­dən öl­dü­rül­müş­dü.

Av­ro­pa Bir­li­yi öl­kə­lə­rin­də də ir­qi və mil­li az­lıq­la­rın hü­quq­la­rı ilə bağ­lı cid­di prob­lem­lər qal­maq­da­dır. Bu öl­kə­lə­rin ək­sə­riy­yə­ti ABŞ ki­mi bir çox bey­nəl­xalq sa­ziş­lə­rə qo­şul­ma­yıb. Bun­la­rın sı­ra­sın­da Bö­yük Bri­ta­ni­ya li­der­lik edir. Bu döv­lət si­ya­si və və­tən­daş haq­la­rı Pak­tı­nı im­za­la­sa da, in­san haq­la­rı ko­mi­tə­si­nin Bö­yük Bri­ta­ni­ya və­tən­daş­la­rı­na mü­na­si­bət­də sə­la­hiy­yət­lə­ri­ni ta­nı­mır.

Av­ro­pa Bir­li­yin­də bu qu­ru­ma da­xil olan 27 öl­kə­də in­san haq­la­rı­na əməl edil­mə­si­nə nə­za­rət edən qu­ru­mun ol­ma­ma­sı tə­əc­cüb do­ğur­ma­ya bil­məz. Bu­na gö­rə də bu qu­ru­ma da­xil olan öl­kə­lər­dən Lat­vi­ya və Es­to­ni­ya­da ya­şa­yan 500 min in­san və­tən­daş­lıq­dan məh­rum edi­lib.

İn­san hü­quq və azad­lıq­la­rı­nın fun­da­men­tal prin­sip­lə­rin­dən olan söz, ifa­də azad­lı­ğı­nın ko­bud şə­kil­də məh­dud­laş­dı­rıl­ma­sı in­ki­şaf et­miş Av­ro­pa öl­kə­lə­rin­də ge­niş ya­yıl­mış prak­ti­ka­ya çev­ri­lir. Mə­sə­lən, İs­veç­rə fe­de­ral məh­kə­mə­si Əli Mər­can, Ha­san Ke­mal, Etem Ha­yal ad­lı üç tür­kü 150 gün­lü­yə həbs et­miş və 30 min İs­veç­rə fran­kı həc­min­də cə­ri­mə­lə­miş­di.

Açıq Cə­miy­yət İnsti­tu­tu­nun mə­lu­ma­tı­na gö­rə, Bö­yük Bri­ta­ni­ya­da ya­şa­yan 1,6 mil­yon mü­səl­ma­nın 80%-i di­ni zə­min­də ay­rı­seç­ki­lik­dən əziy­yət çə­kir.

55 il əv­və­lə ki­mi Bel­çi­ka, Hol­lan­di­ya, İs­pa­ni­ya, Fran­sa, Ma­ca­rıs­tan, Al­ma­ni­ya, İs­veç, İta­li­ya və ABŞ-da 1870-ci il­lər­dən 1960-cı il­lə­rə qə­dər Af­ri­ka­dan gə­ti­ri­lən in­san­lar ət­ra­fı ti­kan­lı məf­til­lər­lə əha­tə­lə­nən "zo­o­park"lar­da nü­ma­yiş olu­nur­du. İn­san "zo­o­parkla­rı" və sər­gi­lər­də nü­ma­yiş olun­ma­sı üçün min­lər­lə qa­dın, ki­şi və uşaq Af­ri­ka­dan gə­mi­lər­lə da­şı­nır­dı. "Qa­ra qi­tə"dən gə­ti­ri­lən in­san­lar na­dir hey­van­lar ki­mi se­çi­lir və qə­fə­sə sa­lı­nır­dı. 1931-ci il­də Pa­ris­də Ey­fel qül­lə­si­nin al­tın­da açı­lan "in­san zo­o­par­kı"nı 34 mil­yon in­san zi­ya­rət edib. Hə­min vaxt Av­ro­pa­da iq­ti­sa­di böh­ran, SSRİ-də qıt­lıq var idi. Av­ro­pa­da irqçi­lik yük­sə­liş döv­rü­nü ya­şa­yır­dı. "Zo­o­park"ın təq­di­ma­tın­da isə "Fran­sa­nın mə­də­niy­yət mis­si­ya­sı­nı hə­ya­ta ke­çi­rər­kən nə­lər­lə məş­ğul ol­du­ğu­nu kəşf edin" ya­zıl­mış­dı".


Dör­dün­cü mə­ru­zə­ni isə "Konsti­tu­si­ya Araş­dır­ma­la­rı" Fon­du­nun rəh­bə­ri Əli­məm­məd Nu­ri­yev et­di.

"Qər­bin iki­li stan­dartla­rı: de­mok­ra­ti­ya və in­san hü­quq­la­rı" möv­zu­sun­da" təş­kil edi­lən Də­yir­mi Ma­sa­nın əhə­miy­yə­ti­ni vur­ğu­la­yan Ə.Nu­ri­yev Qər­bin iki­li stan­dartla­rı ilə bağ­lı fi­kir­lə­ri­ni açıq­la­dı. O de­di ki, Azər­bay­ca­nı kor­rup­si­ya­da it­ti­ham edən döv­lət­lə­rin öz­lə­rin­də ki­fa­yət qə­dər kor­rup­si­ya faktla­rı möv­cud­dur və bun­lar rəs­mi sə­nəd­lər­də öz ək­si­ni ta­pıb: "Bil­di­yi­niz ki­mi, bey­nəl­xalq təş­ki­lat­lar­da da kor­rup­si­ya faktla­rı­na rast gəl­mək olar. On­lar qrant ayı­rır­lar, hə­min qrantla­rın ne­cə xərclən­di­yi­ni bi­lir­lər­mi? "Fre­e­dom Ho­u­se" təş­ki­la­tı­nın və­sa­it­lə­ri­nin 80 fa­i­zi ABŞ büd­cə­sin­dən gə­lir. Ona gö­rə də hə­min döv­lə­tin ma­raq­la­rı­na xid­mət edir. De­mok­ra­ti­ya və in­san haq­la­rı ilə bağ­lı yay­dıq­la­rı bə­ya­nat­lar­da da ma­liy­yə­ləş­dir­dik­lə­ri döv­lə­tin ma­raq­la­rı­nı əsas tu­tur­lar. Bü­tün bun­la­ra diq­qət et­dik­də gö­rü­rük ki, on­lar Azər­bay­ca­na qar­şı qə­rəz­li­dir­lər".

Mə­ru­zə­lər din­lən­dik­dən son­ra Də­yir­mi Ma­sa­da möv­zu ilə əla­qə­dar mü­za­ki­rə­lə­rə baş­lan­dı.


R.Qo­na­qov sö­zü APA Hol­din­qin rəh­bə­ri Vü­sa­lə Ma­hir­qı­zı­na ver­di. V.Ma­hir­qı­zı APA İn­for­ma­si­ya Agentli­yin­də ya­yım­la­nan "Con Ker­ri­nin Konqres­də­ki ofi­sin­dən ida­rə olu­nan an­ti-Azər­bay­can kam­pa­ni­ya­sı" sər­löv­hə­li araş­dır­ma­nın ha­zır­lan­ma­sı za­ma­nı is­ti­nad olun­muş sə­nəd­lə­ri nü­ma­yiş et­dir­di. O bil­dir­di ki, ya­yım­la­nan ma­te­ri­al­lar sırf sə­nəd­lər əsa­sın­da ha­zır­la­nıb: "An­caq tə­əs­süf edi­rəm ki, hə­min ya­zı­da adı çə­ki­lən bə­zi qey­ri-hö­ku­mət təş­ki­la­tı rəh­bər­lə­ri və ekspertlər ya­zı­ya şüb­hə ilə ya­naş­dı­lar. Ap­re­lin 29-da ABŞ-ın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin açıq­la­ma­sın­da da ya­zı ilə bağ­lı qey­ri-kor­rekt ifa­də­lər yer alıb. Ona gö­rə biz re­dak­si­ya ola­raq qə­ra­ra gəl­dik ki, sə­nəd­lə­ri nü­ma­yiş et­di­rək. Ya­zı 4 sə­nəd əsa­sın­da ha­zır­la­nıb. Bun­lar "Av­ro­pa təş­ki­lat­la­rı­nın in­san haq­la­rı na­mi­nə id­man la­yi­hə­si", "2015-ci il yan­va­rın 15-16-da in­san hü­quq­la­rı təş­ki­la­tı­nın Var­şa­va gö­rü­şün­də qə­bul olun­muş sə­nəd", "Azər­bay­can­da əla­mət­dar gün­lər, bey­nəl­xalq təd­bir­lər və yük­sək və­zi­fə­li şəxslə­rin sə­fər təq­vi­mi" və "NED-in hə­ya­ta ke­çir­di­yi kam­pa­ni­ya­nın la­yi­hə­si"dir. APA fə­a­liy­yə­ti döv­rün­də heç vaxt fak­ta əsas­lan­ma­yan ya­zı ha­zır­la­ma­yıb. Bu də­fə də is­tis­na de­yil. Biz bir da­ha sü­but et­dik ki, fakt, sə­nəd ol­ma­dan ya­zı yaz­mı­rıq".


Son­ra isə mil­lət və­ki­li Asim Mol­la­za­də çı­xış edə­rək "Ba­kı-2015" Bi­rin­ci Av­ro­pa Olim­pi­ya Oyun­la­rı­na dəs­tək məq­sə­di­lə ya­ra­dı­lan ko­a­li­si­ya­nı və onun hə­ya­ta ke­çir­di­yi təd­bir­lə­ri yük­sək qiy­mət­lən­dir­di­yi­ni bil­dir­di. Av­ro­pa Olim­pi­ya Oyun­la­rı­na Azər­bay­ca­nın ev sa­hib­li­yi et­mə­si­nin bö­yük əhə­miy­yə­ti ol­du­ğu­nu vur­ğu­la­yan mil­lət və­ki­li qeyd et­di ki, bu oyu­nun ke­çi­ril­mə­si­nin müs­bət tə­rə­fi Azər­bay­ca­nı dün­ya­da ta­nıt­maq, öl­kə­mi­zin mə­də­niy­yə­ti­ni təb­liğ et­mək­dir. Be­lə bir ko­a­li­si­ya­nın ya­ran­ma­sı onu gös­tə­rir ki, Azər­bay­can cə­miy­yə­tin­də Av­ro­pa də­yər­lə­ri­nə hör­mət var. He­sab edi­rəm ki, bu­gün­kü mü­za­ki­rə­lər an­ti-Ame­ri­ka, An­ti-Av­ro­pa məq­sə­di da­şı­mır. Bu gün Azər­bay­can ABŞ-ın bi­la­va­si­tə mil­li təh­lü­kə­siz­li­yi ilə bağ­lı bö­yük iş­lər gö­rür. Öl­kə­miz an­ti­ter­ror ko­a­li­si­ya­sı­nın çox mü­hüm və fə­al üz­vü­dür".

Azər­bay­ca­nın güc­lən­mə­si, Ame­ri­ka, Av­ro­pa ilə əmək­daş­lı­ğı­nın bir sı­ra qüv­və­lə­ri na­ra­hat et­di­yi­ni de­yən A.Mol­la­za­də bil­dir­di ki, dün­ya­nın heç bir ye­rin­də haqq-əda­lət, de­mok­ra­ti­ya bir­mə­na­lı şə­kil­də bər­qə­rar ol­ma­yıb: "Döv­lə­ti­mi­zin güc­lən­mə­si, nü­fu­zu­nun artma­sı Azər­bay­ca­nın düş­mən­lə­ri­ni çox na­ra­hat edir. On­lar is­tə­ni­lən va­si­tə­dən is­ti­fa­də edə­rək Azər­bay­ca­nı vur­maq, lə­kə­lə­mək is­tə­yir­lər. Bu­nun­la bağ­lı çox bö­yük məb­ləğ­də və­sa­it xərclə­nir". A.Mol­la­za­də vur­ğu­la­dı ki, bi­zə qar­şı hə­ya­ta ke­çi­ri­lən qa­ra pi­ar kam­pa­ni­ya­sı­na qar­şı hər kəs fə­al ol­ma­lı­dır. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­ca­nı is­tə­mə­yən­lər çox­dur, eh­ti­yat­lı ol­maq la­zım­dır. O həm­çi­nin de­di ki, Bi­rin­ci Av­ro­pa Olim­pi­ya Oyun­la­rı ilə bağ­lı Azər­bay­can cə­miy­yə­ti­nin bü­tün sfe­ra­la­rı sə­fər­bər olun­ma­lı, KİV-lər, QHT-lər Azər­bay­ca­na qar­şı hə­ya­ta ke­çi­ri­lən qa­ra­yax­ma kam­pa­ni­ya­sı­na qar­şı ak­tiv ol­ma­lı­dır.

Mil­lət və­ki­li Fa­zil Mus­ta­fa isə qeyd et­di ki, Azər­bay­ca­nı is­tə­mə­yən qüv­və­lə­rin çir­kin əməl­lə­ri­nə qar­şı bir­ləş­mə­li­yik. Onun söz­lə­ri­nə gö­rə, güc­lə­nən Azər­bay­ca­nın əlay­hi­nə çı­xan­la­ra qar­şı ba­rış­maz ol­ma­lı­yıq. Av­ro­pa Olim­pi­ya Oyun­la­rı­na ev sa­hib­li­yi edən Azər­bay­can bu­nun­la da­ha güc­lü ol­du­ğu­nu nü­ma­yiş et­dir­mə­si­dir: "Biz bu təd­bir­də ki­mi­sə it­ti­ham et­mi­rik. Biz öz döv­lə­ti­mi­zin ma­raq­la­rı­nı qo­ru­yu­ruq. On­la­ra gös­tər­mə­li­yik ki, siz bi­zə qar­şı kam­pa­ni­ya hə­ya­ta ke­çi­rir­si­niz, am­ma bi­zim ona mü­qa­vi­mə­ti­miz var. Bi­zim hə­də­fi­miz bu­dur. Azər­bay­ca­na qar­şı atı­lan ad­dım­la­rın mü­əy­yən de­tal­la­rı­nın üzə çı­xa­rıl­ma­sı­na na­il olu­nub və bu­na eti­ra­zı­mı­zı or­ta­ya qo­yu­ruq".

Də­yir­mi Ma­sa­da çı­xış edən mil­lət və­ki­li Mu­sa Qa­sım­lı da Qər­bin Azər­bay­ca­na qar­şı hə­ya­ta ke­çir­di­yi iki­li stan­dart si­ya­sə­ti­nin zə­rə­ri­ni vur­ğu­la­dı: "Bi­rin­ci Av­ro­pa Olim­pi­ya Oyun­la­rı ilə bağ­lı bi­zə qar­şı olan, əley­hi­mi­zə apa­rı­lan kam­pa­ni­ya­ya ay­dın ca­vab ver­mə­li­yik, qə­ti möv­qe or­ta­ya qoy­ma­lı­yıq. Konkret ay­dın­laş­dır­ma­lı­yıq ki, bi­zə qar­şı bu kam­pa­ni­ya ni­yə apa­rı­lır, bu­nun sə­bəb­lə­ri nə­dir? Dün­ya­da elə bir döv­lət ola bil­məz ki, iki il ya­rım müd­də­tin­də Olim­pi­ya Oyun­la­rı ki­mi bö­yük id­man oyun­la­rı­na ha­zır­la­şa bil­sin. Özü də han­sı şə­ra­it­də? Qaç­qı­nı, məc­bu­ri köç­kü­nü olan, öl­kə­si­nin bir his­sə­si iş­ğal al­tın­da olan bir öl­kə­də ke­çi­ri­lir bu oyun­lar. Av­ro­pa da, Ame­ri­ka da, dün­ya­nın heç bir öl­kə­si bu­nu ba­car­maz, bu­nu ba­ca­ran Azər­bay­can­dır və ona rəh­bər­lik edən cə­nab Pre­zi­den­ti­miz­dir. Çün­ki bu oyun­la­ra ha­zır­lıq za­ma­nı al­ter­na­tiv­lər or­ta­ya qo­yul­du. Bu Də­yir­mi Ma­sa an­ti-Ame­ri­ka, an­ti-Av­ro­pa təd­bi­ri de­yil, bu on­la­ra səhvlə­ri­ni ba­şa sal­maq təd­bi­ri­dir ki, siz Azər­bay­ca­na qar­şı han­sı səhvlə­ri edir­siz və bu düz­gün de­yil, səhv yol­dan çə­kin­mək la­zım­dır. Bu səhv nə­dir? Bö­yük döv­lət­lə­rin ço­xu müs­tə­qil Azər­bay­ca­nın ol­ma­sı­nı is­tə­yir, am­ma güc­lü Azər­bay­can döv­lə­ti­nin ol­ma­sı­nı is­tə­mir. Bu­nu hər bir Azər­bay­can və­tən­da­şı bil­mə­li­dir. İs­tə­yir­lər zə­if Azər­bay­can ol­sun və bi­zə təz­yiq gös­tə­rib is­tə­dik­lə­ri ki­mi ida­rə et­sin­lər. Azər­bay­can isə tam müs­tə­qil xa­ri­ci si­ya­sət yü­rü­dür, heç bir döv­lət­lər qru­pu­nun ya­nın­da de­yil. Bu isə Ame­ri­ka­nın və di­gər döv­lət­lə­rin na­ra­zı­lı­ğı­na sə­bəb olur".

Da­ha son­ra mil­lət və­ki­li Fə­rəc Qu­li­yev çı­xış edə­rək, Azər­bay­ca­nın güc­lən­mə­sin­dən və bu­nun da bə­zi döv­lət­lə­rin na­ra­hat­lı­ğı­na sə­bəb ol­ma­sın­dan da­nış­dı: "Ar­tıq Azər­bay­can Cə­nu­bi Qaf­qaz­da bö­yük bir gü­cə çev­ri­lib. Azər­bay­ca­nın gü­cü də on­la­rı na­ra­hat edir. On­la­rın öl­kə­mi­zə mü­na­si­bə­ti­ni ba­şa dü­şü­rük. Bu­ra­da Azər­bay­ca­nı sev­mə­yən döv­lət­lə­rin ma­raq­la­rı or­ta­ya çı­xır".

Mil­lət və­ki­li Çin­giz Qə­ni­za­də də çı­xı­şın­da vur­ğu­la­dı ki, Azər­bay­ca­na qar­şı qa­ra pi­ar kam­pa­ni­ya­sı apa­ran qüv­və­lər öz­lə­ri bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na zidd hə­rə­kət­lə­rə yol ve­rir­lər. O qeyd et­di ki, Azər­bay­ca­nın nü­fu­zu­nun artma­sı on­la­rı cid­di na­ra­hat edir və on­lar bu nü­fu­za zər­bə vur­ma­ğa ça­lı­şır­lar.

YAP-ın Bey­nəl­xalq Əla­qə­lər Ko­mis­si­ya­sı­nın səd­ri El­man Nə­si­rov da Də­yir­mi Ma­sa­da çı­xış et­di. Azər­bay­ca­nı gö­zü gö­tür­mə­yən döv­lət­lə­rin öl­kə­miz­lə bağ­lı gör­dü­yü mən­fi iş­lə­rin nə­ti­cə ver­mə­yə­cə­yi­ni vur­ğu­la­yan E.Nə­si­rov de­di ki, ABŞ ha­ki­miy­yə­ti­nin ən yük­sək eşe­lo­nun­da Azər­bay­ca­na qar­şı kam­pa­ni­ya apa­rı­lır və bu işin ba­şın­da ABŞ-ın döv­lət ka­ti­bi Conn Ker­ri­nin da­yan­dı­ğı­nı qeyd et­di.

Də­yir­mi Ma­sa­da möv­zu ət­ra­fın­da İn­san Hü­quq­la­rı və Ma­a­rif­çi­lik İc­ti­mai Bir­li­yi­nin səd­ri Rə­fa­il Be­ca­nov, "Ye­ni Azər­bay­can" qə­ze­ti­nin baş re­dak­to­ru Hik­mət Ba­ba­oğ­lu, "İrə­li" Gənclər təş­ki­la­tı­nın səd­ri Mir­hə­sən Se­yi­dov, "Səs" qə­ze­ti­nin baş re­dak­to­ru Bəh­ruz Qu­li­yev, Jur­na­listlə­rin Həm­kar­lar İt­ti­fa­qı­nın səd­ri Müş­fiq Ələs­gər­li, iq­ti­sad­çı Vü­qar Bay­ra­mov, BAXCP səd­ri­nin mü­a­vi­ni Ni­ya­məd­din Or­du­xan­lı, "İki sa­hil" qə­ze­ti­nin baş re­dak­to­ru Vü­qar Rə­him­za­də, "Və­tə­nin­fo" por­ta­lı­nın rəh­bə­ri Na­hid Can­ba­xış­lı, Fik­rət Yu­si­fov, Vü­sa­lə Hü­seynli və baş­qa­la­rı çı­xış edə­rək fi­kir və tək­lif­lə­ri­ni bil­dir­di­lər. Çı­xış­çı­lar tək­lif et­di­lər ki, ko­a­li­si­ya­nın nəz­din­də KİV və QHT nü­ma­yən­də­lə­rin­dən iba­rət qrup­lar fə­a­liy­yət gös­tər­sin və on­lar Azər­bay­ca­na qar­şı xa­ri­ci da­i­rə­lə­rin hə­ya­ta ke­çir­di­yi kam­pa­ni­ya əley­hi­nə ak­tiv çı­xış­lar et­sin­lər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ