Bazar günü günü, 25 oktyabr 2026
     

Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir...

Image


Xəyal Bəşirov: “Avropa Parlamentinin ermənilərdən aldığı böyük vəsaitlərlə bağlı gözükölgəliliyi var, ona görə də...”

Müharibə və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakı məhkəməsi Ermənistandakı və Avropadakı məlum dairələri ciddi narahat etdiyindən, onlar müxtəlif təxribatlara əl atır, qərəzli fikirlər səsləndirirlər.

Ermənipərəst mövqeyi, daim antiazərbaycan qərarları ilə xüsusi seçilən Avropa Parlamenti müxtəlif cinayətlərdə ittiham edilən və məhkəmə qarşına çıxarılan erməni əsilli şəxslərin müdafiəsinə qalxıb. Martın 13-də Avropa Parlamenti plenar iclasında Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərlə bağlı məsələyə baxılacağı bildirilir.

Bundan əlavə, Eçmiədzin kilsəsi də erməni əsilli şəxslərin müdafiəsi ilə bağlı bəyanat qəbul edib.

Həm Avropa Parlamentinin, həm də Katolikos II Qareginin rəhbərliyi ilə Eçmiədzin kilsəsinin açıqlama və bəyanatında əks olunan məsələlər, ittihamlar tamamilə absurddur.

Burda diqqət çəkən məqam odur ki, Avropa Parlamenti ilə erməni kilsəsi paralel olaraq bu cür çirkin addım atıblar. Avropa Parlamenti Bakıda həbsdə olan separatçılarla bağlı məsələ müzakirə edəcək. Bu birbaşa erməni layihəsidir, erməni lobbisinin əməlidir. Bununla eyni ərəfədə Eçmiədzin də eyni məsələni müzakirə edib. Bu iki hadisənin eyni vaxtda, sinxron baş verməsi Avropanın bəzi strukturlarının erməni kilsəsi və erməni lobbisi ilə nə qədər yaxın əlaqələrdə olduğunun sübutudur.

“Hər iki məsələnin paralel olaraq baş verməsi onu göstərir ki, bu, erməni diaspor və lobbi təşkilatlarının göstərişi ilə hazırlanıb”

Məsələyə şərh verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, son zamanlar Azərbaycan tərəfin ədalətin bərqərar olunması üçün atdığı addımlara Avropa Parlamenti və digər Qərb təsisatlarını, o cümlədən də erməni kilsəsi qərəzli yanaşır, buna ayrı cür don geydirməyə cəhdlər edirlər. “Azərbaycan uzun illər boyu Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı çox ağır cinayətlər törətməkdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsini həyata keçirir. Buna görə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. O qüvvələr məhv olmuş “rejimin” təmsilçiləri - Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinə təəssübkeşlik edirlər. Qarabağda yaşamış ermənilərin “müqəddəratı” ilə bağlı “narahatlıqları” əlində bayraq edən, Rusiya vətəndaşlığından imtina edib Ermənistan vətəndaşlığını qəbul edib qansuz olaraq Qarabağa gələn Ruben Vardanyan özünə “dövlət naziri” “statusu” götürmüşdü. Bu şəxslə bağlı da ara-sıra Azərbaycana qarşı əsassız ittihamların səsləndirildiyini görürük. Ermənistanın, erməni kilsəsinin belə fikirlərini hardasa, hansısa formada əsaslandırmaq olar. Yəni ittiham olunan şəxslərlə bağlı Ermənistan hakimiyyətinin, Nikol Paşinyanın narahatçılığını anlamaq mümkündür. Niyə? Çünki onlar törədilən çoxsaylı cinayətlərdə Nikol Paşinyan və onun komandasının bu və digər formada iştirakını ifşa edirlər. Təbii ki, bu, Ermənistan hökumətini narahat edir. Ona görə də Paşinyan istitaq zamanı o şəxslərə guya psixotop maddələrin verilməsi ilə bağlı absurd iddia irəli sürdü, sonra da Ararat Mirzoyan iddia etdi ki, ittiham olunan şəxslərin ifadə verməsi üçün Azərbaycan tərəfi guya işgəncə verib, hansısa qəddar adımlar atıb və sair. Bunlar əsassız və reallığa söykənməyən ittihamlardır, bu heç kim tərəfindən də ciddiyə alınmır. Ruben Vardanyanla bağlı Ermənistan tərəfin narahatlığını da anlamaq olar. Əslində, Vardanyan Ermənistanın baş nazirinə alternativ olacaq şəxsidir, indiki hakimiyyət üçün ən ciddi təhlükə yaradan fiqurdur. Onların məntiqi ilə yanaşsaq, Ermənistanın baş naziri onun mühakimə edilməsinə sevinir və sevinməlidir. Vardanyanın xarici banklarda külli miqdarda pulu var. Uzun illər ərzində qanunsuz yollarla əldə etdiyi həmin o pulların aqibətindən narahat olduqları üçün Paşinyan hakimiyyəti ara-sıra onunla bağlı da fikirlər səsləndirir”.

X.Bəşirov hesab edir ki, ümumiyyətlə, bu məsələyə bir neçə yöndən baxmaq lazımdır. Eçmiədzin kilsəsi və Avropa Parlamentinin paralel olaraq apardıqları şər-böhtan kampaniyasının səbəbinə gəlincə, X.Bəşirli hesab edir ki, burda da əsas məsələ R.Vardanyanın milyardları və erməni diasporunun onlara təsiridir. “Möhkəmlənməsi, ayaqda durması və Nikol Paşinyan hakimiyyəti qarşısında duruş gətirməsi üçün erməni kilsəsinə də Vardanyanın xarici banklardakı pulu lazımdır. Erməni kilsəsi də, Avropa Parlamenti də, digər təsisatlar da belə pullu şəxslərlə bağlı ayrı-ayrı vaxtlarda “təəssübkeşlik” göstəriblər. Amma burda həm də bir məqam var. Hakimiyyətə gəldiyi gündən Paşinyan erməni kilsəsi ilə qarşıdurmadadır. İkinci Qarabağ müharibəsindən sonra kilsə nümayəndəsi Baqrat Qalstanyanın etiraz aksiyaları təşkil etməsi və digər qarşıdurmalar, qarşılıqlı ittihamlar göstərir ki, Paşinyanla kilsə arasında münasibət çox soyuqdur, yaxın zamanlarda bu münasibətlərin düzəlməsi də ehtimal edilmir. Paşinyan həmişə erməni kilsəsinin gücünü, nüfuzunu, təsir imkanlarını zəiflətməyə çalışıb. Ona görə də Ermənistanda hakimiyyətə gətirilməsi və Paşinyan hakimiyyətinin devrilməsi, ondan qisasın alınması üçün potensial rəqib, namizəd Vardanyandır. Əgər Azərbaycan onu tutmasaydı və məhkəmə qarşısına çıxarmasaydı, o, erməni kilsəsi üçün xüsusi bir imkan olardı ki, Ermənistanın baş nazirini hakimiyyətdən devirsin. Hesab edirəm ki, kilsənin dəstəklədiyi Köçəryan, Sarkisyan kimi hakimiyyətə can atanların hakimiyyətə gəlmə şansı sıfıra bərabərdir, nüfuzları çox aşağıdır. Bu baxımdan, Paşinyana əsas rəqib kilsənin “qəhrəmanlaşdırdığı” Vardanyan ola bilər.

Ermənistan hakimiyyəti anlamalıdır ki, bu gün Azərbaycanın əlində Vardanyan kimi Paşinyana əsas alternativ ola biləcək şəxs var.

Təbii ki, erməni kilsəsinin məqsədi həm Vardanyanın pullarını ələ keçirmək, həm də gələcəkdə onu Paşinyana qarşı hakimiyyətə gətirməkdir.

Avropa Parlamentinin erməni diaspor və lobbi təşkilatları ilə nə qədər yaxın olduğunu bilirik. Avropa Parlamentinin vitse-spikeri yunan əsilli Eva Kaili və onun ətrafında olan bir sıra deputatların rüşvət qalmaqalı ilə həbs edilmələri, onlarla bağlı istintaqın aparılması məsələsi, təbii ki, bizə məlumdur. O rüşvət qalmaqalında erməni əsilli insanlar da, erməni diaspor və lobbi təşkilatları da iştirak edib. Avropa Parlamentinin ermənilərdən, daha doğrusu, diaspor və lobbi təşkilatlarından aldığı böyük vəsaitlərlə bağlı gözükölgəliliyi var, ona görə də belə bir qondarma iclas keçirir. Bu qurumla erməni lobbi və diaspor təşkilatlarının əlaqələri bu gün də mövcuddur. Avropa Parlamentinin erməni diasporunun maliyyəsi və göstərişi ilə Azərbaycana qarşı qərəzli mövqe tutduğu gizlin deyil. Onlar, əslində haqqın, ədalətin, hüququn, azadlığın təcəssümü olmalı olan bu təşkilatdan özlərinin məkrli niyyətləri üçün istifadə edirlər. Bu da Avroparlamentin, Avropanın digər təşkilatlarının nüfuzuna xələl gətirir. Bu onların öz problemləridir, çünki özləri özlərini bu duruma salıb. Avropa Parlamenti plenar iclasında Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərlə bağlı məsələyə baxılması da, erməni kilsəsinin bəyanatı da eyni məqsədə xidmət edir. Hər iki məsələnin paralel olaraq baş verməsi onu göstərir ki, bu, erməni diaspor və lobbi təşkilatlarının göstərişi ilə hazırlanıb. Yəni Avropa Parlamenti və Eçiməidzin erməni diaspor və lobbi təşkilatlarının çirkin məqsədlərini icra edir” - deyə X.Bəşirov qeyd etdi.

X.Bəşirov onu da dedi ki, bütün bunlar hamısı Vardanyanın milyardlarına göz dikənlərin, o vəsaitləri əldə etmək istəyənlərin çirkin məqsədindən başqa bir şey deyil, onların addımları mənasızdır və erməni əsilli şəxslərlə bağlı qərarı Azərbaycan məhkəməsi verəcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ