Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik. Bu sözləri BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
"Hazırda dünyada inanılmaz dəyişikliklər baş verir. 2030-cu ilə qədər bizim hədəflərimizin müəyyən hissəsi icra olunmamış qalır. Bu da milyonlarla dollar tələb edir. Mövcud böhranlardan çıxış variantı kimi BMT insanlara öz humanitar yardımını göstərir. Forum çərçivəsində dünya düzəninə təsir göstərən məsələlərin müzakirəsinə çağırıram. Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik", - deyə o bildirib.
T.Valovaya Bakı olmağından məmnunluğunu ifadə edib.
"Mən Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə, dəstəyə və Qlobal Bakı Forumunu təşkil etdiyinə görə təşəkkür edirəm", - deyə o əlavə edib.