Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Məhkəmədə Vardanyanın yeni cinayətləri açılır - “şəxsi ordular”...

Image


Elşad Həsənov: “Erməni əsilli şahidlər Vardanyanın Qarabağa gələrək orda silahlı dəstələr yaratdığını, insanları pul gücünə bu qanunsuz dəstələrə cəlb etdiyini təsdiqləyir”

Müxtəlif ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesində şahidlərin verdiyi ifadələrdə çox ilginc və diqqət çəkən məqamlar ortaya çıxır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında şahid ifadə verib.

Şahid qismində ifadə verən Qarabağda yaşayan erməniəsilli şəxs 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib və deyib: “Bilmirəm Rusiyadan gəlmişdi, ya başqa yerdən”.

O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”

Şahid insanların 700-2000 dollar müqabilində dəstəyə qoşularaq hərbi təlimlərə cəlb olunduğunu deyib. Daha sonra şahidin DTX-də ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib.

Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün dəstələr yaratdığı faktlarla təsdiqlənib.

“Vardanyanın törətdiyi cinayətlər məlumdur və onu da ən ağır cəza gözləyir”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dövləti cinayətlər törətməkdə təqsirli bilinən R.Vardanyanın məhkəməsi gedir və məhkəmə də ona qarşı səslənən ittihamları şahid ifadələri ilə təsdiq edir. “Yəni erməni əsilli şahidlər Vardanyanın Qarabağa gələrək orda silahlı dəstələr yaratdığını, insanları pul gücünə bu qanunsuz dəstələrə cəlb etdiyini təsdiqləyir. Bu bizə mətbuatdan məlum idi. Eyni zamanda Vardanyanın Qarabağa giriş əraziləri də öz şəxsi vəsaitinə Ermənistandan gətirilən minalarla minalatdığı da öz təsdiqini tapır. Vardanyanın törətdiyi cinayətlər məlumdur və onu da ən ağır cəza gözləyir. Bu öz yerində”.

E.Həsənov qeyd etdi ki, Vardanyan Qarabağla bağlı adam olmayıb, o, 1968-ci ildə İrəvanda anadan olub, sonra Rusiyada ali təhsil alıb, orda bizneslə məşğul olub və Rusiyanın oliqarxlarından birinə çevrilib. “Hətta Skolkovonun yaranmasında da Vardanyanın rolu var, ona da maliyyə dəstəyi göstərib. Yəni Qarabağla, eyni zamanda Ermənistanla elə bir bağlılığı olmayan bir adam birdən-birə, necə deyərlər, Qarabağ müharibəsində “bitir”. Ermənistanda da Qərb yönümlü siyasətçilər hakimiyyətdədir, Paşinyan və onun komandası, “Sorosun uşaqları” və Ermənistanla Azərbaycan arasında müharibə artıq bitib. Belə bir zamanda Vardanyan Qarabağda, Xankəndidə peyda olur. Bu nə deməkdir? Bu adam Rusiyanın müəyyən dairələri tərəfindən hazırlanan böyük bir planın tərkib hissəsi kimi Xankəndiyə göndərilib. Vardanyan Forbesin hesablamalarına görə milyarderlər siyahısındadır. Belə bir adam ağılsız ola bilməz və o milyardlarını da küçədən yığmayıb, təbii, nələrsə edib milyardlar qazanıb. Belə bir adam milyardlarını qoydu, Rusiya vətəndaşlığından imtina etdi və bununla bağlı da Putin öz sərəncamını hazırladı ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılsın. Yəni bunlar hamısı publik olaraq göstərildi, o, müəyyən mövqelər qazanması üçün Xankəndiyə göndərildi. Məqsəd isə sonra onu Ermənistana köçürmək idi ki, Ermənistanda hakimiyyəti ələ alsın və Rusiyayönümlü siyasət yürütsün. Ancaq bu siyasətin də qarşısı məhz Azərbaycan tərəfindən alındı. Bildirim ki, Vardanyan Qarabağa gəlmədən əvvəl Araik Arutyunyan Moskvaya getdi, Moskvada gizli görüşlər keçirdi və qayıtdı gəldi, ardınca isə R.Vardanyan Qarabağda peyda oldu. 2022-ci ilin 4 noyabrında o, “dövlət naziri” oldu. Bundan sonra öz puluna guya “xeyriyyəçilik” işləri görməyə, aztəminatlı ailələrə müəyyən yardımlar etməyə başladı. Eyni zamanda qanunsuz silahlı dəstələr yaratdı. İndi bunlar hamısı məhkəmədə sübut olunur. Həmçinin o, Ermənistandan mina alaraq Azərbaycan ərazilərini minalamaqla məşğul oldu və bu da məhkəmədə öz təsdiqini tapır. Azərbaycanın birbaşa təzyiqilə 23 fevral 2023-cü ildə o, “dövlət naziri” vəzifəsindən çıxarıldı. Bunu Azərbaycan Prezidenti Şuşada şuşalılarla görüşündə bildirdi. Hətta qeyd etdi ki, digər “nazirlər” də qondarma vəzifələrini dondurub çıxıb getsələr biz onlara heç bir şey etməyəcəyik. Ancaq onlar o vaxt Azərbaycan Prezidentinin bu çağırışından nəticə çıxarmadılar və Vardanyan öz cinayətkar əməllərini davam etdirməyə başladı. Nəticədə də Qarabağda bir günlük antiterror əməliyyatı aparıldı və ermənilərin qanunsuz silahlı dəstələri məğlub oldu, ağ bayraq qaldırdı, silahları təhvil verib özləri isə çıxıb getdilər. Ondan sonra həmin separatçı rejimin əli azərbaycanlıların qanına batmış cinayətkarların bir neçəsi, o cümlədən də Vardanyan həbs olunaraq Bakıya Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına gətirildi. Onlar barəsində cinayət işi qaldırıldı, indi məhkəmədə həmin cinayət işinin baxış iclasları keçirilir. Bu gün məhkəmə qarşısında cavab verənlər 23 nəfərdir. Ermənistanla Azərbaycan arasında münaqişəni qızışdıran, qırğınlar törədən, bu hadisələrə ciddi dəstək olan Ermənistandakı siyasi qüvvələrin başında isə Robert Koçaryan və Serj Sarkisyan durur. Hesab edirəm ki, biz gələcəkdə Paşinyan hakimiyyətindən Robert Koçaryanın, Serj Sarkisyanın və əli azərbaycanlıların qanına batan digər canilərin Azərbaycana verilməsini tələb etməliyik. Düşünürəm ki, Paşinyan da real bir siyasi rəhbər olaraq bunları başa düşəcək və həmin cinayətkarları cəzalandırılması üçün Azərbaycana verəcək. Çünki biz onu böyük bəlalardan xilas etmişik. Yəni Ruben Vardanyan İrəvana getsəydi orda hakimiyyəti ələ alıb Paşinyanı da, yəqin ki, türməyə salmışdı, bu gün Paşinyan dəmir barmaqlıqlar arxasından baxardı. Ancaq bütün bu planları Azərbaycan hakimiyyətinin yeritdiyi çox güclü və qabaqlayıcı siyasət iflasa uğratdı”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ