Rusiya prezidenti Putinlə ABŞ prezidenti Trampın martın 14-də görüşəcək. Belə bir iddia ilə Kremlə yaxınlığı ilə tanınan jurnalist Dmitri Smirnov çıxış edib.
Smirnov Putinlə Trampın görüşünün martın 14-ü cümə günü baş tutacağını açıqlayıb.
"Putin və Tramp cümə günü görüşəcək və bu, sadəcə telefon danışığı olmayacaq", - deyən Smirnov detalları açıqlamayıb.
Qeyd edək ki, dünən Səudiyyədə ABŞ-Ukrayna görüşünün nəticələrini dəyərləndirən Tramp bu həftə Putinlə görüşə biləcəyini açıqlayıb.
Rusiya və Ukrayna arasındakı prosesin tam atəşkəslə sona çatacağına ümid etdiyini ifadə edən Tramp deyib ki, burada söhbət tam atəşkəsdən gedir: “Ukrayna bunu qəbul etdi və ümid edirəm ki, Rusiya da bunu qəbul edəcək".
Ukrayna prezidenti Zelenskinin yenidən Ağ Evə dəvət edilib-edilməyəcəyi ilə bağlı suala Tramp “Bəli” deyə cavabını verib.
Atəşkəs üçün çalışmağa davam edəcəklərini vurğulayan Tramp, yaxın günlərdə hərtərəfli atəşkəsə nail ola biləcəklərini də deyib.
TAHİR