Rusiya qoşunları Suca şəhərinin mərkəzini Ukrayna Silahlı Qüvvələrindən geri alıb. Bunu Rusiya Müdafiə Nazirliyinin Şimal qrupunun komandiri “RİA Novosti”yə bildirib.
Rus əsgərləri şəhərin mərkəzində, Sovetskaya meydanında yerləşən Suca bələdiyyəsinin binası qarşısında Rusiya Federasiyasının, Rusiya İmperiyasının, Hava Desant Qüvvələrinin və özəl hərbi şirkətlərdən birinin bayraqlarını qaldırıblar.
Suca şəhəri Kursk vilayətinin cənub-qərbində, Ukrayna sərhədinə yaxın, Kurskdan 80 kilometr məsafədə yerləşir. 2024-cü ilin avqustunda Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinə qarşı hücumu zamanı şəhəri ələ keçirdilər.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Kazaçya Loknya, 1-ci Knyajiy, 2-ci Knyajiy, Zamostye və Mirnı kimi yaşayış məntəqələrinin Rusiyanın nəzarətinə qaytarıldığını açıqlayıb.
TAHİR