ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat mənsublarına Səudiyyədə ABŞ və Ukrayna arasında son danışıqları dəyərləndirib.
İki ölkə arasındakı prosesin tam atəşkəslə sona çatacağına ümid etdiyini ifadə edən Tramp deyib ki, burada söhbət tam atəşkəsdən gedir: “Ukrayna bunu qəbul etdi və ümid edirəm ki, Rusiya da bunu qəbul edəcək".
Ukrayna prezidenti Zelenskinin yenidən Ağ Evə dəvət edilib-edilməyəcəyi ilə bağlı suala Tramp “Bəli” deyə cavabını verib.
Atəşkəs üçün çalışmağa davam edəcəklərini vurğulayan Tramp, yaxın günlərdə hərtərəfli atəşkəsə nail ola biləcəklərini deyib.
Tramp həmçinin bu həftə Putinlə görüşə biləcəyini də deyib.
TAHİR