ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Ağ Evdə qlobal problemə çevrilən tarixi mübahisədən sonra ABŞ və Ukraynanın razılığa gəldiyini açıqlayıb.
Səudiyyə Ərəbistanında doqquz saatlıq ABŞ-Ukrayna danışıqlarından sonra ABŞ və Ukrayna Xarici İşlər nazirlikləri birgə açıqlama yayıb.
Danışıqlardan sonra açıqlama verən ABŞ dövlət katibi Rubio deyib ki, Ukraynada sülhün bərqərar olması məsələsi ilə bağlı top indi Rusiyadadır. O, Ukraynanın Rusiya ilə davam edən müharibədə 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib.
Bununla belə, prosesin irəliləyişinin Rusiyanın atəşkəsi qəbul edib həyata keçirməsindən asılı olacağı vurğulanıb. Tərəflər bəyan ediblər ki, qarşılıqlı razılıq əldə olunarsa, atəşkəs müddəti uzadıla da bilər.
Digər tərəfdən Rubio ABŞ və Ukraynanın qiymətli metallarla bağlı müqavilə ən qısa zamanda imzalamaq üçün razılaşdıqlarını açıqlayıb.
Tərəflərin birgə bəyanatında ABŞ-ın Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldıracağı və Ukraynaya təhlükəsizlik yardımını bərpa edəcəyi vurğulanıb.
TAHİR