Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Mingəçevir su anbarını vurmağa çağıran Ermənistan deputatı qorxuya düşüb...

Image


Azərbaycana qarşı hərbi cinayətlər törədən, lakin hələ də azadlıqda qalan şəxslərin məhkəməyə cəlb olunması ölkəmizin başlıca məqsədləri sırasında yer alır. Söhbət ilk növbədə Ermənistandakı bir sıra şəxslərdən, o cümlədən sabiq prezidentlər Robert Köçəryandan və Serj Sarkisyandan gedir.

Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkəsindəki səhifəsində bu günlərdə sözügedən məsələyə toxunaraq bildirib ki, Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır: “Sülhə və Azərbaycanla yeni münasibətlərə səmimi can atma digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini tanımağa və hərbi cinayətlərdə ittiham olunanları, xüsusilə hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə nümayiş etdirilərdi”. Bunlar fonunda Ermənistan baş naziri Nikol Paşinyanın Robert Köçəryan və Serj Sarkisyana qarşı sərt ittihamlar irəli sürməsi erməni müxalifətində təşvişə səbəb olub. Paşinyan ad çəkmədən keçmiş prezidentlərin vaxtilə Rusiyanın “gizli əmr”i ilə hərəkət etdiklərinə eyham vurub: “Seçki saxtakarları və qəsbkarlar, sizi Ermənistanda hakimiyyətə gətirənlərin məqsədlərinin nə olduqlarını söyləməyi unutmayın. Siz deməyəcəksiniz, amma mən deyirəm: Ermənistanın heç vaxt müstəqil dövlət olmaması, hətta dövlət olmaması üçün! Buna görə Ermənistan sakit şəkildə öz mövcudluğunu dayandırmalı, hətta formal dövlət kimi dağılmasını gözləməli və itaətkarlıqla bu əmr yerinə yetirilməli idi”. Qeyd edək ki, Ermənistanın mövcud hakimiyyətinin nümayəndələri həmişə Köçəryan və Sarkisyanı Rusiyaya işləməkdə ittiham edirlər. Təsadüfi deyil ki, Ermənistan baş naziri aparatı rəhbərinin müavini Taron Çaxoyan açıq şəkildə Köçəryanı satqın adlandırır: “Ermənistana periferik əyalət kimi baxan Köçəryanın son məqsədi Ermənistanı Rusiyaya nimçədə təqdim etməkdir. Bunu etməyə çalışır”. İndi belə hesab olunur ki, Paşinyanın artan ittihamları fonunda Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycana təhvil verilmsi belə mümkündür. Hətta fikirlər səslənir ki, baş nazir bunun üçün əsas da yaradır. Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov da bu günlərdə məsələ ilə bağlı maraqlı məqamlara toxunub: “Azərbaycan Ermənistandan Qarabağ müharibəsinin liderlərini təhvil verməsini tələb edir, Ermənistanda bəziləri isə “ayırma” əməliyyatı ilə məşğuldur. Hələ 2021-ci ilin martında mən demişdim ki, nikolizm aradan qaldırılmasa, Azərbaycan Qarabağ müharibəsi liderlərinin təhvil verilməsini tələb edəcək. Nikolun hakimiyyəti dövründə bu, çox realdır, çünki biz onun Bakıdakı “girovlar” məsələsində hərəkətsizliyinin şahidi oluruq. Demişəm ki, birtərəfli güzəştlər Azərbaycanın tələblərinin artmasına gətirib çıxaracaq. Bu məsələdə İlham Əliyev-Paşinyan cütlüyünün tələsik hərəkət etdiyini istisna etmirəm.

Bu günlərdə Azərbaycanın əsas sözçüsü Hikmət Hacıyev açıq şəkildə Ermənistandan Qarabağ müharibəsinin liderlərini təhvil verməyi tələb edib. Bakıda keçirilən məhkəmədən aydın olur ki, söhbət ilk növbədə Robert Köçəryan və Serj Sarkisyandan gedir. Bunu istisna edirsiniz? Nikol Azərbaycanın tələbini yerinə yetirəcək...”. Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr daimi komissiyasının keçmiş sədri Naira Zöhrabyan da belə bir halı istisna etmir. O bildirib ki, bu gün Ermənistanda insan hüquqları heç də qorunmur: “2018-ci ildəki məxməri terrordan sonra Ermənistanda insan həyatı və hüquqları ən ucuz məhsuldur. Xüsusilə bu hakimiyyətin dövründə görürük ki, ümumiyyətlə, insan haqlarından söhbət gedə bilməz. Mən izləyirdim və İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, yekun sülhə nail olmaq üçün Ermənistan müharibə cinayətlərində ittiham olunanları Azərbaycana təhvil verməlidir. Təbii ki, söhbət ilk növbədə bütün keçmiş prezidentlərdən, müdafiə nazirlərindən gedir, həm də digərlərindən gedir. Yeri gəlmişkən, o siyahıda qadınlar da var, o cümlədən mən varam, çünki Strasburqda Mingəçevir su anbarını bombalamağa çağırmışdım. Mən şübhə etmirəm ki, öz hakimiyyətini daha bir saat saxlamaq məsələsi gündəmə gəlsə, bunun müqabilində Nikol İlham Əliyevin tələbini yerinə yetirməli olsa, gözünü qırpmadan bunu edəcək”. Qarabağ müharibəsi iştirakçısı ola Aşot Sevyan da eyni mövqedədir: “Ermənistan hökumətinin İlham Əliyevin tələblərinə qarşı çıxacağını gözləmək lazım deyil. Ermənistan hökumətinin İlham Əliyevin tələblərinə qarşı çıxacağını gözləməyin. Bunlara qalsaydı, indi hamımızı Bakıya təhvil vermiş olardılar. İnanın, hökumətlərinin ömrünü ən azı 1 il uzadacaqlarına əmin olsalar, o addımı atacaqlar”. Beləliklə, Paşinyana müxalif olanlar açıq-aşkar bildirir ki, baş nazir həm hakimiyyətini sığortalamaq, həm də Azərbaycanla münasibətlərdə dönüş nöqtəsi yaratmaq üçün Robert Köçəryan və Serj Sarkisyanı, eləcə də bəzi digər cinayətkarları Bakıya təhvil verə bilər. Öz növbəsində Azərbaycan vaxtilə ərazilərimizdə müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ciddi addımlar atır. Bu fonda Robert Köçəryan və Serj Sarkisyanın, həmçinin digərlərinin ədalət məhkəməsi qarşısında cavab verəcəyi qaçılmazdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ