Bazar ertəsi günü, 26 oktyabr 2026
     

“Bizim əvəzimizə gətirilən təşkilatla birlikdə 2.9 milyon manat pul silinib” - Tahir Əmiraslanov

Image


“Mərkəzi iflic vəziyyətə salıblar”

Müsahibimiz Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru, Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovdur.

- Tahir müəllim, Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən azad ediləndən sonra sərt bəyanatlarınız olmadı, bunu normal qarşıladınız, hətta “yəqin islahatlar həyata keçirirlər” dediniz. Doğrudanmı, islahatlar keçirildi?

- “İslahat” adı altında oyun çıxardılar. O vaxt Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, müavini Azadə Hüseynova mətbuata tez-tez intervü verirdilər. Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsinə Orxan Fikrətoğlunu qoymuşdular, o da bir neçə müsahibə verdi. “İslahat” barədə onlar danışırdılar, özlərindən soruşun.

- Sizin gördüyünüz işlər məlumdur. Sizdən sonra orda nə işlər görülüb?

- Turizm Agentliyinin qastronomiya və qastronomiya turizmi ilə məşğul olan şöbəsi var, burda böyük bir heyət çalışır. Mətbəx qanunla Agentliyə verilib, amma içində qastronomiya bölməsi də fəaliyyət göstərir. Ona Səkinə Əsgərova rəhbərlik edir. Orda Turizm bürosu var, mətbəxlə bir az da onlar məşğul olur. Milli Kulinariya Mərkəzinin 17 nəfər əməkdaşı ordadır, eyni zamanda şöbənin əməkdaşları da var. Mən işdən çıxandan sonra son üç ildə bu qədər insan, maliyyə, təşkilatı resurslar əllərində olduğu halda heç bir iş görməyiblər. Mən Milli Kulinariya Mərkəzi Assosiasiyasında, ictimai təşkilatda tək işləyən adam görün son üç ildə hansı işləri görmüşəm. Müqayisə etsəniz, kimin nə iş gördüyünü müəyyən edərsiniz.

- Milli Kulinariya Mərkəzi kənardan necə görünür?

- Mərkəzi iflic vəziyyətə salıblar. Baxın, Dövlət Turizm Agentliyi yaranandan və mənə təzyiqlər başlayandan sonra kulinariya sahəsində qonşu ölkələrdə necə irəliləyişlər oldu.

- Sizə nəyə görə təzyiq göstərilirdi? Agentliyin rəhbərliyi sizə qarşı niyə belə mövqe tururdu?

- Çünki mən orda olanda pul sildirmək mümkün deyildi. Səbəb bu idi. Təsəvvür edin ki, biz Dünya Kulinariya Təşkilatının rəhbərliyində idik. Dünya bizim 2024-cü ildə dünya təşkilatına vitse-prezident seçiləcəyimizi gözləyirdi. Bizim çox böyük nüfuzumuz vardı, sözümüzü keçirirdik, kiməsə yalvarmırdıq, diqtə edirdik. Agentlik bütün bunların qarşısını aldı, bizə qarşı oyuncaq, başında Fərhad Aşurbəyli olan bir ictimai təşkilat yaratdılar. Bu təşkilatı zorla 2022-ci ildə dünya təşkilatına assosiotiv üzv etdilər.

- Zorla niyə?

- Çünki o təşkilatı ora üzv etmək qanunu yolla olmadı. İndi mətbuat yazır ki, bizim əvəzimizə gətirilən təşkilatla birlikdə 2.9 milyon manat pul silinib. Guya Azərbaycan mətbəxi dünyada tanıdılıb. Halbuki, 2.9 milyon manat mən işlədiyim dövrdə Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsi idi. Bizim nə qədər iş gördüyümüz də ortadadır. Mətbəxin təbliğatında görürsüz nələr ediblər və etməyiblər?

- Bu qədər maliyyə yeyintisindən söhbət gedir. Bu daha hansı istiqamətlərdə müşahidə edilib?

- Məni mərkəzdə işləyəndə 600 kvadrat metrlik yer icarəyə götürmüşdüm, ayda 2000 manat icarə haqqı ödəyirdim. Bunlar isə 200 kvadratlıq yerə yoxlayın görün nə qədər icarə haqqı ödəyirlər? 200 kvadratlıq yerə 4000-6000 manat verirlər. Həmin 200 kvadrat metr yerdə 656 min manatlıq təmir işi aparıblar. Orda divarları qızıldanmı edirlər? Bu pula bir neçə illiyə icarəyə yer götürmək, yaxud 300-400 kvadratlıq ofis almaq olardı. O 200 kvadratlıq yerdə 17 adam oturduğu halda ora iki restoranın avadanlığını necə yerləşdiriblər?

- Deyirsiz ki, əməkdaşların oturduğu ofisə restoran avadanlıqları yerləşdiriblər. Bu lazım idimi?

- 2024-cü ildə ofisə guya 256 minlik iki restoran avadanlığı alıblar. Birincisi, bu avadanlıqlar ora yerləşməz. Bunlar "silinir". Bura ofisdir, niyə restoran avadanlığı oraya qoyulmalıdır? Heç kəs orada yemək bişirmir. Bu təkcə bir ildə yeyilən pullardır. Bu məsələlərdə nə dövlət, nə xalq, nə bu təşkilatlar xeyir götürdü. Faktlar göz qabağındadır, bunu mən yox, mətbuat deyir. Mənim burda bir marağım da yoxdur. Məni işdən çıxardılar, başa düşürəm. Amma işdən çıxandan sonra da məndən əl çəkmirdilər, təqib edirdilər.

- Təqiblər deyəndə nəyi nəzərdə tutursunuz? Bunu hansı şəkildə ediblər?

- Mətbuatda mənim barəmdə nələr yazmırdılar ki… Şayiələr yayırdılar ki, guya mən milyonlar xərcləyirəm. Azadə xanım gələndə mənə birinci sualı bu oldu ki, sən 2 milyon manatı hardan alıb xərcləyirsən? Dedim ki, Azadə xanım, 200 mindən 2 milyon oğurlamaq mümkündürsə, deyin mən də “oğurlayım”. Mən o pulu evimə aparmamışdım, işə qoymuşdum. 200 minin də yarıdan çoxu maaş idi, 30 min də illik icarəyə verirdim. Kitab çıxarırdıq, yarışlara adam göndərirdik və sair. Bütün gücümü ortaya qoymuşdum ki, mətbəximizi layiqincə təmsil edək. Sonra şayiələr buraxdılar ki, guya mən gənclərə kömək etməmişəm. Hətta bir dəfə bir yerdə çox hörmət bəslədiyim Azadə Hüseynova dedi ki, siz gəncləri jüriliyə qoymamısınız, ancaq özünüz getmisiniz. Həm ağır, həm də haqsız ittiham idi. Mən onlara məktubları göstərdim, orda yazırdım ki, bizdə yeni gənclər yetişib, xahiş edirəm, onları jüri kurslarına göndərək. Həmin məktubda da təxminən 20 nəfər gəncin siyahısını vermişdim. Durur o məktublar. Bəs niyə o gəncləri juri kurslarına göndərmədilər? Niyə yalan danışırlar?

Bu təqiblər davam edirdi. Axırda WACS-dan da yazdılar. WACS-ın elə tədbiri yox idi ki, rəhbərliyimiz orda olmasın. Bizə gülürdülər. Çünki ictimai təşkilatdır. Ordan adamları gətirdilər rüşvət verdilər (bilmirəm, əllərində tutmamışam-T.Ə), yaxud nə etdilər, dedirtdilər ki, Tahir Əmiraslanov WACS-dan çıxarılsın. Hətta Azadə xanım müsahibə verib dedi ki, biz WACS-dan Tahir Əmiraslanovu çıxarıb yerinə Orxan Muxtarovu gətirəcəyik. Niyə? Qarınlarının ağrısı nə idi?

- Səbəbini öyrənə bildiniz?

- Onu gətirən kimi nə oldu? Bir ildə 2, 9 milyon manat pul silindi. Tahir Əmiraslanovun vaxtında bunu etmək mümkün deyildi.

- Sizi vəzifədən necə uzaqlaşdırdılar? Səhv etmirəmsə, bu sizə üzbəüz deyilməyib.

- Bir məqama xüsusi fikir verin, görün bu proseslərdən kimlər xeyir götürdü.

Martın 17-də zəng edib “muştuluğumu verin, sizi işdən çıxardıblar”-dedilər. Həmin vaxt Livanda Dünya Kulinariya Assosiyasiyasının və Dünya İslam Kulinariyası Assosiyasiyasının prezidenti seçilmişdim. Bunlar isə məni belə “təbrik etdilər”.

- Səhv etmirəmsə, həmin tədbirdə ermənilərə qarşı yazılmış kitabın da təqdimatı olmuşdu.

- Bəli. Ora ermənilərin, ASALA-nın oturduğu yerdi. Keçmiş səfir rəhmətlik Abbasqulu müəllim də yanımızda idi, həm də məni qoruyurdu. Hətta ona da demişdilər ki, orda Tahir Əmiraslanov haqqında məlumat vermə və sair. Təsəvvür edirsizmi, bizə sponsorluq etmək istəyən iş adamlarına deyirdilər ki, niyə Tahir Əmiraslanova kömək edirsiz, etməyin, əks halda yoxlama göndərəcəyik və sair.

Birinci məsələ kimi Lənkəranın dünya mətbəx paytaxtı olması məsələsini gündəmə gətirdik. Tədbir sanki Azərbaycanda keçirilirdi. İkinci gün ermənilərə qarşı yazılmış “Dolma məsələsi - bütün şübhələrə son” kitabını 18 ölkə qarşısında təqdim etdik. Onları ingilis, rus dilində payladıq. Burada da dünya kubokunu udduq. Martın 14-ü mənim ad günüm idi. 15,16,17-si axşamlarında bütün tədbirlər sanki Azərbaycanın idi. Martın 18-i də Novruz bayramı başlayırdı, biz geri qayıtdıq. Sizcə, erməninin biri bunu etsəydi, Ermənistanda ona münasibət necə olardı?

- Uzun müddət ermənilər o cür tədbirlərə həsrət idi. Bəs sonra necə oldu?

- Məni martın 17-si işdən çıxartdılar, yayda Əbu-Dabiyə ilk dəfə Dünya Kulinariya Konqresinə 20-yə yaxın erməni qrupu gəldi, məni görən kimi üzləri çöndü. Bizdən isə oraya 10 nəfər getdi. Çoxu da Dövlət Turizm Agentliyinin məmurları idi, yəni orada lazım olmayan adamlar.

2022-ci ildə məni işdən çıxardıqdan sonra ilk dəfə olaraq Ermənistan elm, təhsil, idman və mədəniyyət nazirliyinin xüsusi milli irs portalında 250 xörəyimiz yerləşdirildi. Cavab verən, bunun qarşısında duran olmadı. 2023-cü ildə ingilisdilli ölkələrdə ingiliscə, rusdilli ölkələrdə bunun ruscası yayımlandı. Mətbəximizi bu kitabda ortaya qoydular, guya bu, Göyçənin Kəvər kəndinin mətbəxidir. Mən işdən çıxandan sonra Tahir Əmraslanov kitabları yandırır deyə məlumatlar getdi. Bu bir protest idi. Çünki bizim 15 mətbəx nümunəmizi məhv edib ermənilərə verdilər. Bu daha dəhşətli məsələydi. 2024-cü ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyan milli mətbəxin inkişafı məsələsi ilə bağlı çıxış etdi. Milli irs kimi bunun ortaya qoyulmasına milyonlarla pul ayrıldı. Bütün bunlar onların qarşısını almaq üçün yaradılan mərkəzin iflic vəziyyətinə salınmasına görə baş verdi. Tahir Əmraslanov aralandı və beynəlxalq aləmdə Azərbaycan mətbəxinin təbliğ olunmasına qoymadılar. Bunlar guya ki, 2,9 milyon mətbəxin təbliğinə xərcləyirlər, amma dünyanın heç bir yerində Azərbaycan mətbəxini təbliğ etmədilər.

- Stalik Xankişiyev feysbuk hesabında Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib və bildirib ki, Agentlik rəhbəri sizi Şuşada keçirilən festivaldan qovub. Bu nə dərəcədə doğrudur?

- Utanmalı bir məsələ yoxdur, əlbəttə belə bir hal oldu. Stalik düz yazır, amma hər şeyi demək olmur. Evin sirrini çölə tökmək olmaz. Müharibədə iştirak edən qazi aşbazlarımız vardı, ordan yanvarın axırlarında qayıtmışdılar. Onları Şuşaya dəvət etməmişdilər. Beynəlxalq Şuşa festivalını oktyabr ayından, yəni şəhər alınmamışdan əvvəl elan etmişdim. 9 ölkə məktub göndərdi ki, gəlirik. Skabayevanın verlişində göstərildi ki, ermənilər “əziyyət çəkir”, azərbaycanlılar Şuşada bayram etmək istəyirlər.

Festivala müharibədə olan aşbazları göndərmirlər, amma müharibədən qaçan, burda pul qazananları Şuşaya göndərirlər. Qazi aşbazları Şuşaya aparmırdılar deyə Stalik yuxarı instansiyalara çıxdı ki, heç olmasa uşaqlardan bir neçəsi getsin. Orda da onları pisikdirirdilər.

- Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi, yayılan məlumata görə, agentlikdə əməliyyat da keçirilib və bir nəfər saxlanılıb. Bu məsələyə necə yanaşdırsınız?

- Görünür, bunlar hədlərini aşıblar, ona görə də bu baş verib. Cənab Prezident kimisə vəzifəyə qoyursa etimadı doğrultmaq lazımdır. Amma bunlar başa düşmürlər ki, vəzifə məsuliyyətdir, Prezidentin sənə göstərdiyi etimaddır, etibardır, şərəfdir. Kiminsə tutulmağı, işdən çıxarılmağı mənim marağımda deyil. Heç istəmirəm ki, kiminsə başına nəsə gəlsin, hamısının balası var. Amma onlar niyə ölkəmizi satdılar? Üç ildə Azərbaycan milli mətbəxi sahəsində niyə bir iş görmədilər? Halbuki, biz cənab Prezidentin və Mehriban xanımın rəhbərliyi, tövsiyələri ilə dünya təşkilatının rəhbərliyində idik. Niyə üç ilə bütün bunları dağıtdılar? Bu 30 ilə düzəlməyəcək. Bunu niyə elə etdilər, başa düşmürəm. Məni Milli Kulinariya Mərkəzindən çıxardılar əlləri yağa batdı, indi də dünya təşkilatından çıxarırlar, əlləri bala batacaq. Məni bir dəfə Azadə xanım söhbət etməyə dəvət etdi, dedim ki, mən sizin aparata girməkdən iyrənirəm, görüşmək istəyirsinizsə gəlin başqa yerdə görüşək. Mərkəzdən çıxan gündən ora ayağımı da qoymamışam, getmərəm.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ