Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Tramp Çinlə Rusiyanı ayıra bilmədi - əksinə, vizasız əlaqə rejimi başlayır...

Image


Əli Orucov: "Müharibə sanki Çinin xeyrinə prosesləri sürətləndirdi və Moskvanın Pekinin yumşaq ekspansiyadına qarşı müqavimətini zəiflətdi"

Rusiya və Çin tədricən viza rejiminin ləğvinə doğru irəliləyirlər, Çin səfirliyinin müvəqqəti işlər vəkili Çjan Vey TASS ilə söhbətində belə deyib. O izah edir ki, səfirliklərin vəzifəsi çinlilər və ruslar arasında əlaqələrin gücləndirilməsinə kömək etməkdir:

“Biz hər iki ölkənin vətəndaşlarının daha tez-tez görüşməsi və bir-birini ziyarət etməsi üçün səyahətləri daha rahat və faydalı etmək istəyirik. Düşünürəm ki, bu həm də Çin və Rusiyanın hər bir vətəndaşının arzusudur”.

Müvəqqəti işlər vəkili həmçinin əmin edib ki, hazırda viza rejiminin ləğvi məsələsi müzakirə olunur və bu məsələnin həllində ciddi irəliləyişlər var. Bununla belə, Çjan Vey aydınlaşdırıb ki, qərar qəbul etmək üçün vaxt lazım olduğundan nəticələr barədə danışmaq hələ tezdir.

Rusiyanin baş naziri Mixail Mişustin bildirib ki, hazırda Çinlə vizasız rejim yalnız Çinə 5-50 nəfərlik turist qruplarının bir hissəsi kimi 15 günə qədər müddətə daxil olan səyahətçilər üçün etibarlıdır. Bundan əlavə, bu ilin fevralında Rusiya hökuməti yük maşını sürücüləri üçün Çinlə sadələşdirilmiş viza rejimini genişləndirib.

Baş nazir daha sonra qeyd edib ki, yük maşını sürücüləri çoxdəfəlik giriş vizası ala biləcəklər və bu icazə yaşayış yerindən asılı olmayaraq etibarlı olacaq. Yük maşını sürücüləri üçün hər bir fərdi ziyarətin müddəti 30 günlə məhdudlaşdırılıb.

ABŞ Rusiyanı ələ alaraq Çindən ayırmaq fikrindədir. Hətta buna gorə Ukraynanı qurban verir. Goründüýü kimi, belədə isə Çinlə Rusiya daha sıx əlaqələr qurmaq, daha çox yaxınlaşmaq fikrindədir. Trampın bu istiqamətdə yürütdüyü siyasətin fiaskoya uğradığını demək mümkündürmü?

Baki-xeber.com saytınin sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, Ukrayna-Rusiya müharibəsindən hazırda ən çox qazanan Çindir: "Çin fürsətdən yararlanaraq Rusiya ilə bütün sahələrdə əməkdaşlığını genişləndirdi, ticarət dövriyyəsini dəfələrlə artırdı. Qərbin tərk etdiyi bazarlar Çin istehsalı ilə dolduruldu, Rusiyanın zəngin təbii resursları çox ucuz qiymətə Çinə axdı. Eyni zamanda, Moskvaya siyasi təsir imkanlarını artırdı. Müharibədən əvvəl onsuz da Rusiyanın Uzaq Şərq regionu çinlilər tərəfindən "əridilməkdə" idi. Çinlilər həmin bölgənin təkcə iqtisadi ticari sferasına hökmranlıq etmirlər, həmçinin daimi məsnynlaşaraq demoqrafik balansı da dəyişməkdədir. Müharibə sanki Çinin xeyrinə prosesləri sürətləndirdi və Moskvanın Pekinin yumşaq ekspansiyadına qarşı müqavimətini zəiflətdi. Rusiya ilə Çin arasında vizasız giriş-çıxış məsələsi artıq masanın üzərindədir. Xarici İşlər nazirlikləri artıq sənədləşmə işlərini tamamlamaq üzrədir və yaxın müddətdə rəsmiləşdiriləcək. Pekin buna daha tez can atır. Çünki Rusiyada yüzminlərlə çinli yaşayır. Eyni zamanda çinlilər getdikcə Rusiyaya daha çox maraq göstərməkdədir. Rusiya sürətlə inkişaf edən Çin üçün böyük bazar, investisiya və potensial xammal məkanıdır.

Trampın məqsədlərindən biri də məhz Çinə bunları verməmək, Moskva-Pekin yaxınlaşmasının qarşısını almaqdır. Vaşinqtonun nəhəng layihəsi ilə müqayisədə Ukrayna sövdələşməsi ABŞ üçün elə də itki sayılmaz. Rusiya artıq zəiflədilib, beynəlxalq iddialarını reallaşdırmaq iqtidarında deyil və özünə gəlib bərpa olunması üçün illərlə vaxt lazımdır. Qərb öz təhlükəsizlik qayğısındadır, yekcins və yekdil fikirdə deyil. Lakin Çin texologiya nəhəngi və sürətlə inkişaf edən iqtisadiyyatı ilə ABŞ-a ciddi rəqibdir və onu tədricən sıxışdıra bilir. Trampın təzyiqlərinə baxmayaraq, göründüyü kimi, müharibəni qısa zamanda dayandırmaq mümkün olmayıb. Hətta deyərdim ki, əksinə, tərəflər cəbhədə daha da fəallaşıb, hücumları artırıblar. Ukrayna dünən gecə Rusiyaya qarşı misli görünməmiş dron hücumları gerçəkləşdirib. Fikrimcə, atəşkəsin, yaxud da sülhün əldə olunmasına böyük qüvvələr mane olduğundan, hələ ki, proses öz müsbət sonluğunu vermir.

Digər tərəfdən, mənə görə, Trampın Ukrayna-Rusiya müharibəsini sülhə gətirmək taktikası yanlış olduğundan kollektiv Qərb, hətta Çin buna qarşı çıxır. Lakin Çin aram-aram hədəflərinə doğru irəliləyir. Rusiya ilə Çin vətəndaşlarının vizasız giriş-çıxışına nail olur. Onların Rusiyada vizasız qalma müddətinin uzadılması orda yaşayan, əmək miqrantı kimi fəaliyyət göstərən soydaşlarımız üçün də yaxşı heç nə vəd etmir. Bu təhlükə orta asiyalı əmək miqrantları üçün də problemə çevriləcək".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ