Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycanda "ruspərəst" və "ukrainpərəst" siyasi şərhçilər - çətinə düşənlər Prezidentin mövqeyinə baxsınlar...

Image


Abutalıb Səmədov: "Biz bu təhlükəni nəzərə almalıyıq və Azərbaycanda hec kim rusiyapərəst mövqe tutub, ona haqq qazandırmamalıdır, Rusiya işğalçıdır"

Azərbaycanda siyasi ekspertlərin bir qismi rusiyapərəstliyi, bəziləri isə ukraynapərəstliyi ilə seçilir. Hətta onların arasında İrana pərəstiş edənlərı də tapılır. Bu gün peşəkar siyasətçidən tutmuş sıravi vətəndaşa qədər hər kəsdə Ukraynaya və Rusiyaya pərəsdişin olması nə dərəcədə doğru yanaşmadır?

Əslində hər iki ölkə haqqında mənfi və ya müsbət fikırlər səsləndirilə bilər. Lakin bu mövqeyin arxasında məntiqli əsaslar dayanmalıdır. Əsassız olaraq hər hansı bir ölkənin mövqeini müdafiə etmək hansı təsirlərdən qaynaqlanır və buna nə ehtiyac var? Məsələyə beynəlxalq hüquq çərçivəsində qiymət vermək, həmin prizmadan yanaşmaq, hər bir ölkənin yalnız haqlı mövqeini müdafiə etmək doğru olmazdımı? Sadə vətəndaşı bəlkə də başa düşmək olar, yəni onlar məsələyə kompleks yanaşmaya bilər. Çünki onlar hadisələri peşəkar şəkildə izləyə bilmir. Amma siyasi ekspertlər arasında Rusiya və Ukrayna pərəstişkarlığı sərgiləmək nə dərəcədə doğru sayıla bilər? Çünki bəzi siyasi ekspertlərin pərəstişkar mövqeyi ağ-qara kimi aydın sezilir. Əslində biz neytral və beynəlxalq arenada haqq-ədalət tərəfdarı olan bir ölkə vətəndaşı kimi haqqın tərəfində dayanmlı deyilikmi? Çünki biz özümüz də uzun müddət beynəlxalq haqsızlıqdan əziyyət çəkmişik, onun qurbanına çevrilmişuk. Bəlkə də beynəlxalq haqsızlıqdan əziyyət çəkməyən hər hansı bir ölkənin vətəndaşı bunun fərqində olmaya bilər. Amma biz 30 il dünya ölkələri və birliklərinin haqsızlığına məruz qalmışıq və bunun nə demək olduğunu daha yaxşı bilirik. Ona görə də bizim siyasi ekspertlərin kriteriyası beynəlxalq hüquq normaları olmalıdır. Dünyada gücün qanunu deyil, qanunu gücü işləməlidir. Cənab prezident də dəfələrlə bunu dilə gətirib. Dünyada gücündən, ərazisindən, əhalusindən və s. parametirlərindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüquq normalarına boyun əyməlidir, onu poznamalıdır. Bu gün BMT-ni əvəzləyən elə bir quruma ehtiyac var ki, beynəlxalq hüquq normalarını pozan ölkələri cəzalandırmağa, geri çəkilməyə məcbur edən mexanuzmlərə malik olsun. Bu yolda beynəlxalq və yerli siyasi fikir adamlarının beynəlxalq hüquqa söykənən fikirlər yürütməsinə ciddi ehtiyac duyulur. Belə olan halda bizim haqsız tərəf tutan siyasi ekspertləri bu yola vadar edən nədir?

Məsələ ilə bağlı baki-xeber com-a münasibət bildirən siyasi şərhçi Abutalıb Səmədov dedi ki, Rusiya-Ukrayna müharibəsində Azərbaycanın siyasi ekspertlərinin tərəf tutması son dərəcə narahatedici haldır: "Nədən bu baş verir? Birincisi, siyasətçilər və siyasi ekspertlər azarkeş deyillər, onlar hər hansı bir ölkənin fanatı ola bilməzlər. Beynəlxalq hüquq əsas götürülməli, ədalət prinsipi ilə yanaşılmalıdır və ən əsası, Azərbaycanın mövqeyi, dövlətimizi gözləyən təhlükələr unudulmamalıdır. Siyasi mütəxəssislərin hansısa tərəf tutmasının əsas səbəbi isə öz üzərlərində işləməmələridir. Mövqe bildirmək, cəmiyyətdə tanınmaq istəyirlər, amma məsələləri dərindən öyrənmək səviyyəsinə malik deyillər. Özlərinə əziyyət verib, oxuyub araşdırmaq istəmirlər. Ən asan yol isə kiminsə tərəfində durmaq və ya kimisə müdafiə etməkdir. Azərbaycanlı siyasətçi Rusiya-Ukrayna müharibəsinə haqq qazandıra bilərmi? Əlbəttə, bu olmamalıdır. Əgər söhbət bu ölkənin prezidenti Vladimir Putindən gedirsə, o deyir ki, I Pyotr heç kimin torpaqlarını işğal etməyib, Rusiya torpaqlarını toparlayıb, indi isə missiya bizim üzərimizə düşür. Bu açıq-aşkar təcavüzkarlıq siyasətini ortaya qoymaqdir. Rusiya torpaqlarını toparlamaq nə deməkdir? Burada, təbii ki, Azərbaycan üçün də təhlükə var. Biz bu təhlükəni nəzərə almalıyıq, Azərbaycanda hec kim rusiyapərəst mövqe tutub, ona haqq qazandırmamalıdır - Rusiya işğalçıdır.

Ancaq burada başqa bir problem də var, bu da Zelenski ilə bağlıdır. Zelenski və onun kimilər siyasətdən silinməlidir. Sabah Azərbaycanda da belə biri çıxa bilər. Bu baxımdan biz Ukraynanın haqq işini müdafiə edib, həqiqətləri deməliyik. Eyni zamanda, Zelenski təhlükəsini də izah etməliyik. Çunki zelenskilər Azərbaycan üçün də təhlükədir. Ukraynanın fəlakətlərinin böyük hissəsi belə bir insanın dövlət başçısı olması ilə bağlıdır. Bax bu deyilməlidir, bunu Azərbaycanın maraqları tələb edir. Biz bir tərəfdən Rusiya təhlükəsini, digər tərəfdən zelenskilərin zərərlərini deməliyik ki, sabah Azərbaycanda da belə bir siyasətçi hakimiyyətə gələ bilməsin.

Hərdən müxtəlif iddialar səsləndirilir - müharibəni kim udub, kim uduzub və ya kim qalib sayılmalıdır? 2022-ci ilin 7-8 fevralında Makronun sülh missiyası ilə Moskvaya və Kiyevə səfəri olub. Həmin vaxt müharibənin baş verməməsi üçün ilkin şərtlər razılaşdırılıb. O, həm Putinlə, həm də Zelenski ilə razılaşdı. Hər iki tərəf razılaşdı kı, Rusiya hərbi əməliyyatlara başlamır, bunun qarşılığında isə Ukrayna neytrallığını elan edir. Bir də "Minsk-2" razılaşmasını icra edir ki, bunu bütün dünya tələb edirdi. ABŞ da, Avropa da deyirdi ki, "Minsk-2" razılaşması icra edilməlidir. Bunu yalnız bu dörd ölkə deyil, həm də BMT TŞ təsdiqləyib. Orada isə əsas tələb Donetskə və Luqanska Ukraynanın tərkibində xüsusi statusun verilməsi idi. Yəni bu tələblər icra edilsəydi, Ukrayna yalnız Krımı itirirdi, yerdə qalan əraziləri özündə saxlayırdı. Makronin missiyası zamanı Putin və Zelenski - hər ikisi istəmədən bu şərtləri qəbul etdi. Ancaq fevralın 10-da Almanıyada "Normand dördlüyü"nün müşavirləri görüşdülər və həmin görüşdə Ukrayna bu razılaşmadan imtina etdi. Bugünkü vəziyyətə qiymət verəndə həmin razılaşma nəzərə alınmalıdır. Həmin vaxt Ukrayna o sərtləri qəbul etsəydi, yalnız 27 min kv/km ərazini itirirdi - söhbət Krımdan gedir. Hazırda isə Krımdan əlavə 100 min kv/km da itirib və itirə-itirə gedir. Bu baxımdan, təbii ki, Ukrayna müharibədə ciddi şəkildə məğlubiyyətə uğradı. Bunun səbəbi isə Qərbdir - ABŞ və Böyük Britaniya Ukraynaya əlverişli sülhə getməyə imkan vermədi. İstanbul razılaşmasının icrasına imkan verilmədi, baxmayaraq ki, həmin sülh razılaşmasının layihəsini Ukrayna vermişdi, Zelenski öz verdiyi layihədən imtina etdi.

Zelenskinin kimliyini bilmək üçün onun Oval kabinetdə baş verən qalmaqaldakı davranışını xatırlamaq kifayətdir. Sən tamamilə asılı olduğun, böyük bir dövlətin başçısı ilə görüşürsən və açıq şəkildə görürsən ki, o, ilkin sənəd kimi Rusiyanın sülh planını əsas götürur. Belə şəraitdə Zelenski Putinlə Tramp arasında fikir ayrılıqlarını əsas götürub, müəyyən şərtləri öz xeyrinə dəyişdirməyə cəhd göstərmək əvəzinə, orada qalmaqal yaratdı, Trampa meydan oxudu. Nəticə də göz önündədir. Azərbaycanda isə ona qəhrəman deyənlər oldu. Amma bundan da böyük faciə olarmı? Üç gündən sonra o "qəhrəman" günahını boynuna aldı, səhvini etiraf etdi və "mən sizin güclü liderliyiniz altında sülh danışıqlarına getməyə hazıram", - dedi.

Nəticədə Ukrayna ilə imzalanacaq təbii sərvətlərin işlənməsi ilə bağli memorandumun şərtləri bir qədər də ağırlaşdı, ikincisi, hərbi yardım dayandırıldı, üçüncüsü, kəşfiyyat məlumatları verilmədi və Ukrayna həm Kurskda, həm də öz ərazisində kifayət qədər ağir vəziyyətə düşdü. İndi Zelenski daha ağır şərtlərlə sülhə getmək məcburiyyətindədir. Budur bu cür "qəhrəmanlığın" nəticəsi. Biz belə "qəhramanlığı" Azərbaycanda da gördük. Biz bunu düşünməliyik, biz azarkeş olmamalıyıq. Bu gün Azərbaycanda Ukraynaya pərəstiş edənlərin hamısı hazırlıqsız adamlardır. Ona görə də özlərindən fantaziya uydururlar - Rusiya istəyirdi Ukraynanın bütün ərazisini tutsun, amma tuta bilmədi, ona görə də məğlubdur. "İstəyirdi" nə deməkdir? Ortada rəsmi sənədlər, layihələr, 7-8 dəfə 2022-ci il danısıqları var, onlardan çıxıs edərək məsələyə qiymət vermək lazımdır. Putinin ürəyindən çox şey keçə bilər, amma rəsmi şəkildə Makronun sülh təklifləri var və biz də ona istinadən məsələni dəyərləndirməliyik. Beynəlxalq hüquq əsas götürülməlidir, kimin ədalətli və ya ədalətsiz olduğu izah edilməlidir. Ancaq ən əsası, Azərbaycanın maraqları unudulmamalıdır. Rusiyanın yeni bir imperiya yaratması Azərbaycan üçün nə qədər təhlükəlidirsə, Zelenski kimi siyasətdən uzaq və hazırlıqsız adamların qəhrəman hesab edilməsi bizim üçun bir o qədər təhlükəlidir. Biz bu iki təhlükədən cəmiyyəti xəbərdar etməliyik. Bir tərəfdən Ukraynanın haqq işıni müdafiə etməliyik, digər tərəfdən zelenskilərin mahiyyətini, onların öz dövlətlərı üçün nə qədər böyük təhlükə olduqlarını insanlara izah etməliyik. Elə etməliyik ki, Azərbaycanda bir nəfər də Zelenskini qəhrəman hesab etməsin. Çünki o "qəhrəman"lardan Azərbaycanda da peyda ola bilər".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ