ABŞ artıq Sünikdəndən daha doğrusu Zəngəzurdan keçən dəhlizdə maraqlı deyil. Bunu “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbiri ilə söhbətində siyasi strateq Armen Badalyan deyib.
Erməni ekspert qeyd edib ki,“AB və ABŞ Mərkəzi Asiyanın resurslarına pul yatırıblar. Bu resurs Cənubi Qafqazdan, oradan isə Qara dənizdən və ya Türkiyədən keçərək Aİ və ABŞ-a çatmalı idi. Buna görə də “Artsax” təslim edildi. “Artsax” ikinci yolun - Sünikdən keçən dəhlizin açılması üçün təslim edildi. Amma indi ABŞ qlobalistlərini bu maraqlandırmır, çünki nadir metal ehtiyatlarına görə Mərkəzi Asiyanı üstələyən və ABŞ-a daha yaxın olan Qrenlandiya var. “Ancaq Mərkəzi Asiya digər ölkələr üçün maraqlıdır”, deyə o qeyd edib. Armen Badalyanın dəyərləndirməsinə görə, Rusiya, Türkiyə, İran və Aİ-nin Cənubi Qafqazda maraqları var.
Surxay Əliyev