Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Çirkli erməni pullarına baş əymiş pakistanlı müsəlman vəkil Vardanyanın müdafiəsinə qalxıb...

Image


Rauf Zeyni: “Görünür, Vardanyanın lobbiçiliyini edən hansısa bir erməni ona pul təklif edib və o, həmin maddi vəsaitin hesabına...”

İşgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın Bakı Hərbi Məhkəməsində məhkəməsinin keçirilməsi xaricdəki bəzi qüvvələri ciddi narahat edir.

Bəziləri hələ də onun necə təhlükəli, dəhşətli cinayətlər törətməkdə ittiham edildiyinin fərqinə varmaq istəmir, vaxtilə Vardanyandan aldıqları pulların, rüşvətlərin şirinliyinə dalıb onu “humanist” adlandırmaqdan çəkinmirlər. Beynəlxalq hüquqdan dəm vuran bu adamlar nədənsə dərk etmirlər ki, Vardanyanı müdafiə etməklə və onu azadlığa çıxarmaq üçün dəridən-qabıqdan çıxmaqla əslində beynəlxalq hüququn prinsiplərini pozurlar, başqa ölkənin, özü də müstəqil hakimiyyət olan məhkəmənin işinə müdaxilə edirlər. Vardanyanın puluna şirnikib, çirkli pullarına tamahlanıb onu müdafiə edənlərin içində təəssüf ki, özünü müsəlman adlandıran(lar) da tapılır.

“Ruben Vardanyanın işi üzrə məhkəmə iclaslarında iştirak etmək üçün Bakıya getməyə qərar verdim”. Bu barədə pakistanlı hüquq müdafiəçisi və 2016-cı il Aurora mükafatına namizəd Səidə Qulam Fatimə X-dəki mikrobloqunda yazıb.

Səidə Qulam Fatimə haqqı-ədaləti danıb, dindaşlarının faciəsinə səbəb olan bir kəsi müdafiə etməklə, əslində özünün qeyri-obyektivliyini, ədalətsizliyə şərik olduğunu göstərir. Bu adam reallığın fərqinə varmaq istəmir və Vardanyanı müdafiə etmək üçün Bakıya gəlmək istəyir, bu azmış kimi, başqalarını da ona qoşulmağa çağırır. Deyir ki, “istənilən şəkildə həmrəyliyinizi göstərmək üçün mənə qoşulun”. Bunu pakistanlı hüquq müdafiəçisi bildirir. O adam Xocalı qətlimında susub, Azərbaycanın torpaqları işğal altında olanda, məscidlərimiz viran qoyulanda, donuzxanaya çevriləndə bir kəlmə də olsun danışmayıb, Ermənistana çağırış etməyib ki, bu vandallığa, bu barbarlığa son qoy. O, bir dəfə də olsun ədaləti müdafiə etməyib, Vardanyana gələndə isə dili açılıb və onun müdafiəsinə qalxıb, həqiqəti dəstəkləməyə cəsarəti çatmayan “hüquq müdafiəsçi” Vardanyanın çirkli pullarına susayıb yalanı, şəri dəstəkləyib.

Erməni mediasının yaydığı fotodan lap açıq görsənir ki, Fatimə ilə Vardanyan yaxın dost olublar və təbii, onları hansısa çirkin fəaliyyət birləşdirib. Fatimə də Vardanyanın pulla satın aldığı “hüquq müdafiəçilərindən” biridir. Yoxsa bu adam niyə çığır-bağır salsın ki? Niyə başqa vaxt Bakıya gəlmək istəməyib? Azərbaycan vətəndaşları 30 ilə yaxın öz yurd-yuvalarından uzaq salındılar, didərgin, qaçqın həyataı yaşadılar, onda nə üçün bu “hüquq müdafiəçisi” bizim tərəflərdə görsənmədi, qaçqın-köçkünlərimizin halını sormadı? Niyə bir dəfə demədi ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib 1 milyona yaxın vətəndaşını öz torpağında qaçqına çevirib? Nə üçün demədi ki, Ermənistan dövləti azərbaycanlıları öz doğma evlərindən deportasiya edib, Qərbi azərbaycanlılar geri qayıtmalıdır? Çünki bu onun kimilərinin fəaliyyət sferasına aid deyil, belələri heç zaman haqqın-ədalətin yanında ola bilməz.

“Bu işin kökündə maddi maraq dayanır, başqa bir anlam görmürəm”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, pakistanlı hüquq müdafiəçisinin Vardanyanı müdafiə etməsi təəssüf doğurur. Bununla belə, R.Zeyni qeyd etdi ki, hər bir vəkil, hüquq müdafiəçisi bu məsələyə reaksiya verə bilər, ancaq bunun əsası olmalıdır. “Səidə Qulam Fatimə pakistanlı olsa da görünür ki, Azərbaycan həqiqətlərini ona lazımı şəkildə çatdıran olmayıb, o gerçəyi bilmir. Ruben Vardanyanı da düz-əməlli tanımır, bilmir ki, o kimdir. Görünür, Vardanyanın lobbiçiliyini edən hansısa bir erməni ona pul təklif edib və o, həmin maddi vəsaitin hesabına Vardanyanı müdafiə etmək istəyir. Bu işin kökündə maddi maraq dayanır və başqa bir anlam görmürəm.

Bu adam vəkildirsə, hüquqşünasdırsa, maraqlanmalıdır ki, müdafiə etdiyi şəxs kimdir və gəlib hansı səviyyədə onu müdafiə etsin. Azərbaycanın Pakistanla münasibətləri qardaşlıq münasibətidir və biz bir-birimizə sıx bağlıyıq. Həmin şəxs bir pakistanlı kimi Pakistanın dövlət siyasətini bilmir. Maraqlanmalıdır ki, onun ölkəsi hansı ölkə ilə dostdur, qardaşdır. O bilməlidir ki, qardaş ölkəyə Ermənistan hansı zərbələri vurub, Bakıda mühakiməsi gedən ermənilər hansı cinayətlər işləyiblər. Onları bilsə, mənə elə gəlir ki, o, vəkillikdən, Vardanyanı müdafiə etməkdən dərhal imtina edər”.

R.Zeyni hesab edir ki, Səidə Qulam Fatimənin bu addımı atmasının bir səbəbi, ola bilsin, onun məlumatsız olmasıdır. R.Zeyninin fikrincə, bu üzdən də o belə bir səhvə yol verir.

Müsahibimiz qeyd etdi ki, saxta erməni təbliğatı ilə məşğul olanlar məlumatsız şəxslərdən istifadə edirlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ