Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Tramp Xamneyi ilə müharibəyə heç vaxt bu qədər yaxın olmadı...

Image


ABŞ hakimiyyəti yenidən Tehrana xəbərdarlıq edərək bildirib ki, İranla ya hərbi yolla, ya da nüvə proqramı ilə bağlı razılığa gəlməklə məsələ həll oluna bilər. Bu açıqlama İranın ali dini rəhbəri Əli Xamneyinin ABŞ-nin iki düşmən ölkə arasında danışıqlar aparmaq təklifini rədd etməsindən bir neçə saat sonra verilib.

İranın ali dini lideri deyib ki, ABŞ-ın iki ölkə arasında danışıqlara dair çağırışını rədd edir, çünki danışıqlar İran raketlərinin məsafəsinə və onun regiondakı təsirinə məhdudiyyətlər qoymaq məqsədi daşıyacaq: “Onların danışıqları problemlərin həllinə yönəlməyib, onlar masanın əks tərəfində oturan qarşı tərəfə istədiklərini tətbiq etmək məqsədilə danışmaq üçündür”. İranın ali dini rəhbərinin açıqlamaları prezident Donald Trampın Xameneyiyə Tehranla onun sürətlə irəliləyən nüvə proqramını məhdudlaşdırmaq və hakimiyyətdə olduğu ilk müddətdə ABŞ-ı çıxardığı nüvə sazişini əvəz etmək üçün yeni razılaşma əldə etmək istədiyi bildirdiyi məktub göndərdiyini etiraf etməsindən sonraya təsadüf edib. Xameneyi ABŞ-ın tələblərinin hərbi xarakter daşıyacağını və İranın regional nüfuzu ilə əlaqədar olacağını bildirib: “Onlar müdafiə qabiliyyəti, ölkənin beynəlxalq imkanları ilə bağlı olacaq. Onlar İranı işlər görməməyə, bəzi insanlarla görüşməməyə, müəyyən yerlərə getməməyə, bəzi əşyaları istehsal etməməyə çağıracaqlar, raketlərin atış məsafəsi müəyyən məsafədən çox olmamalıdır deyəcəklər. Bunları kimsə qəbul edə bilərmi?”. Bütün dövlət məsələlərində son sözə malik Xameneyi belə danışıqların İran və Qərb arasında problemlərin həllinə toxunmayacağını deyib. Xameneyi heç bir şəxsin və ya ölkənin adını çəkməsə də, danışıqlarla bağlı çağırışın ictimai rəydə İrana təzyiq yaratdığını bildirib: “Bu, danışıqlar deyil. Bu, əmr və məcburiyyətdir”. Trump Oval Ofisdə jurnalistlərlə danışarkən birbaşa olaraq İran liderinə göndərdiyi məktubu qeyd etməyib. Lakin o, üstüörtülü bir şəkildə mümkün hərbi əməliyyata istinad edərək deyib: “İranla bağlı elə bir vəziyyətimiz var ki, çox yaxında nəsə baş verəcək. Çox, çox tezliklə”. Trampın təklifi İsrail və ABŞ-ın İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəkləri barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edir ki, bu da, Tehran uranı silah səviyyəsinə yaxın səviyyədə zənginləşdirdiyi üçün hərbi qarşıdurma ilə bağlı narahatlıqlara səbəb olub. Uranı silah səviyyəsinə yaxın səviyyədə yalnız atom silahı olan dövlətlər zənginləşdirir. Bu durumda Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz bildirib: “Ümid edirik ki, İran rejimi öz xalqını və milli maraqlarını terrorizmdən üstün tutacaq”. O, eyni zamanda, Donald Trampın sözlərini təkrarlayaraq vurğulayıb: “Əgər hərbi müdaxilə etməli olsaq, bu, dəhşətli bir şey olacaq”.

Qeyd edək ki, bu günlərdə “Fox Business”ə verdiyi müsahibədə Tramp ölkəsiin mövqeyini dəqiq ifadə edib: “İranla bağlı iki yol var: ya hərbi yolla, ya da Tehranı nüvə silahı əldə etməkdən çəkindirmək üçün razılaşma əldə etməklə. Mən onlara məktub yazaraq bildirmişəm: Ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki əgər hərbi müdaxilə etməli olsaq, bu, dəhşətli bir şey olacaq. Mən daha çox razılaşma yolu ilə danışıqlar aparmaq istərdim. Hamının mənimlə razı olub-olmadığına əmin deyiləm, amma elə bir razılaşma əldə edə bilərik ki, bu, hərbi qələbə qədər yaxşı olsun. Vaxt yaxınlaşır və necə olursa-olsun, nəsə baş verəcək. Biz daha bir ölkənin nüvə silahı əldə etməsinə icazə verə bilmərik”. Bu vəziyyətdə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran hələ Trampdan məktub almayıb: “O məktub haqqında eşitmişik, amma heç bir şey almamışıq”. İranın xarici işlər naziri bildirib ki, onun ölkəsi təzyiq və hədə-qorxu altında danışıqlar aparmayacaq: “Hətta hansı mövzuda olmasından asılı olmayaraq, bunu nəzərə almayacağıq. Danışıqlar zorakılıq və diktə etməklə eyni şey deyil”. O əlavə edib ki, İran Avropa üçlüyü, Rusiya və Çinlə danışıqlar aparır: “Hazırda biz Fransa, Britaniya və Almaniya, ayrıca Rusiya və Çinlə bərabər hüquq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq məsləhətləşirik. Məqsədimiz nüvə enerji proqramımız barədə daha çox etimad və şəffaflıq yaratmaq üçün yolları araşdırmaq, bunun müqabilində qanunsuz sanksiyaların qaldırılmasını təmin etməkdir”. Bir daha qeyd edək ki, ABŞ və İsrail uzun müddətdir Tehranı nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini bildirir. Uranın silah səviyyəsinə yaxın zənginləşdirməyə davam edən Tehran isə uzun müddətdir proqramın sülh məqsədli olduğunu bəyan edir. Tramp Ağ Evə qayıtdıqdan sonra onun administrasiyası dəfələrlə bəyan edib ki, ABŞ İranın nüvə silahına sahib olmasına imkan verməməlidir. Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyi bu ilin əvvəlində bildirmişdi ki, İran nüvə başlıqlarının istehsalı üçün də istifadə edilə bilən uranın zənginləşdirilməsi üzrə işləri sürətləndirib. İran hakimiyyəti uzun müddətdir Avropa ölkələrini 2015-ci ildə Tehranla bağlanmış nüvə sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. ABŞ 2018-ci ildə razılaşmadan çıxdıqdan və iqtisadi sanksiyaları bərpa etdikdən sonra İran nüvə proqramını genişləndirərək saziş üzrə öhdəliklərini azaldıb. Bu günlərdə İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlar aparmağı zəruri saydığını, lakin İslam Respublikasının ali rəhbərinin bunun əleyhinə olduğunu bildirib. Pezeşkian vurğulayıb ki, Trampın maksimum təzyiq siyasətinə və sanksiyalarına əl atması ilə ölkə ətrafında “iqtisadi ilgək” daralır. “Bloomberg” mənbələrinə istinadən xəbər verir ki, Tramp fevralda prezident Vladimir Putinlə telefon danışığı zamanı Rusiyadan Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçilik etməsini istəyib və Moskva razılaşıb.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ