Təbii ki,bu cür əsassız məlumatlar Ermənistan mediası tərəfindən səxavətlə yayımlanır.Belə ki,Ermənistanın Nyus.am nəşrinin yayımladığı məlumatda deyilir ki, İran televiziyası İsrailin Azərbaycan ərazisindən İrana qarşı bir çox addımlar atdığını bəyan edib.
Bu barədə Farsnews xəbər verir. Proqramın qonağı əlavə edib ki, guya İsrail Azərbaycan ərazisindən İrana qarşı əməliyyatlar aparır. Ekspert vurğulayıb ki, İsrailin guya Azərbaycanda bazası var və İsrail ora böyük sərmayələr qoyub. Bu üzdəniraq ekspertin sözlərinə görə, guya israilli ekspertlər Azərbaycan nazirlikləri ilə məsləhətləşmələr aparır. O, İsrailin Azərbaycan ərazisindən İrana qarşı çoxlu addımlar atdığına əminliyini də ifadə edib.
Surxay Əliyev