Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Trampın Azərbaycanla strateji münasibətlərinə mane olan qüvvələr var...

Image


Abutalıb Səmədov: "Tramp kifayət qədər güclü şəxsiyyətdir, hər hansı təzyiqi qəbul etmir və öz düşüncələrini yeritməyə çalışır"

Yanvarın 7-də Azərbaycan prezidenti yerli televiziyalara müsahibəsində dedi ki, Donald Trampın hakimiyyətə gəlişindən sonra Amerika ilə Azərbaycan arasında olan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması mümkün olacaq.

Bu kifayət qədər əhəmiyyətli gözləntidir, amma hələ nəticə çıxarmaq da yəqin ki, tezdir.

Prezidentin ilin əvvəlində dilə gətirdiyi gözləntiyə - yəni Amerika ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına daxildə və xaricdə mane olmağa calışan qüvvələr ola bilərmi? Bu qüvvələrin uğur qazanmaq, yəni Trampın siyasətinə təsir göstərmək imkanları nə qədər ola bilər?

“Bakı-Xəbər” qəzetinə məsələ ilə bağlı açıqlama verən politoloq Abutalıb Səmədov bildirdi ki, prezident həmin müsahibəsində Trampın prezident seçilməsini müsbət hadisə kimi dəyərləndirdi və onun böyük ümidlər doğurduğunu bildirdi: "O, qeyd etdi ki, Amerika-Azərbaycan strateji əlaqələrinin qurulması mümkün olacaq - əgər hər iki tərəf maraqlı olsa iki ölkə arasındakı münasibətlər strateji səviyyəyə qaldırıla bilər. Bu Azərbaycan dövlətinin və xalqının istəyidir. Müəyyən dövrlərdə münasibətlərimizdə yaranan problemlər ABŞ administrasiyasının ədalətsiz qərar və addımları ilə bağlı olub. Bayden administrasiyası fəaliyyətə başladığı ilk dövrlərdə münasibətlərimiz kifayət qədər yaxşı idi. Hətta, sülh danışıqlarının irəliləməsində Vaşinqton böyük rol oynadı. Eyni zamanda, Praqada imzalanan sənəddə Azərbaycanın Ermənistan tərəfindən Qarabağ üzərində suverenliyinin qəbul olunmasında da ABŞ-ın rolu danılmazdır. Amma 2023-cü ildən başlayaraq Ermənistanın aktiv antirus mövqeyinə keçməsi Amerikanın da bölgəyə münasibətdə siyasətini dəyişdirdi. Bayden administrasiyası Ermənistanı dəstəkləməyə başladı. Ardınca tamamilə ermənipərəst mövqeyə keçdi və sonda sülh danışıqlarından kənarda qaldı.

Bayden administrasiyası üçün ABŞ-a yaxınlaşmaq yolu aktiv antirus mövqeyi tutmaqdan keçirdi.

Trampın mövqeyi isə fərqlidir. Tramp özü Rusiya ilə yaxınlaşmaq istəyir. BMT Baş Assambleyasının son iclasında ABŞ-ın Ukrayna üzrə qətnamənin müzakirəsində Rusiya ilə eyni mövqedən çıxış etməsı münasibətlərin kəskin şəkildə dəyişməsinin göstəricisi oldu. Bir qayda olaraq Ukrayna üzrə qətnamələrin müzakirəsində Rusiyanın yanında Belarus, Nikaraqua və s. bu kimi bir neçə Afrika ölkələri yer alırdı. Bu dəfə ABŞ da Rusiya kimi Ukraynanın təqdim etdiyi qətnamənin əleyhinə səs verdi. Bu baxımdan çox böyük ümidlər var ki, Azərbaycan-Amerika münasibətləri daha da inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə qalxacaq. Bunu istəməyən qüvvələr kifayət qədərdir. Çox təəssüf ki, həm ABŞ-da, həm Avropada bizi narahat edən mövqelər sərgilənməkdədir. Xüsusilə, Qarabağ ermənilərinin geri qayıtması barədə Azərbaycanın mövqeyinə zidd fikirlərin səslənməsi bizi narahat edir.

Fəaliyyətə başladığı dövrdən Tramp administrasiyası əsas diqqəti iqtisadi məsələlərə yönəldib. Kanadaya, Meksikaya, Çinə və Avropa dövlətlərinə qarşı rüsum tariflərini kəskin şəkildə qaldırdı. Bu addım həm Amerikada, həm də Avropada çox ciddi gərginlik yaradıb.
Eyni zamanda, Tramp diqqətini qısa müddətdə Ukrayna müharibəsini sona çatdırmağa və sülhə nail olmağa yönəldib. Bu istiqamətdə ardıcıl addımlar atır.

Zelenskinin Ağ Evdən qovulması bütün dünyaya bir daha onu göstərdi ki, prezident Tramp ən kəskin və ağılagəlməz addımlar atmağa qadir olan bir insandır. Bu səbəbdən həm Azərbaycan-ABŞ münasibətlərinə ümidlə baxırıq, həm də narahatlığımız var. Çünki Tramp hamıya öz istəklərini qəbul etdirmək yolunu tutub. Bu da istənilən dövlətlə problem yarada bilər. Ona gorə ki, müstəqil dövlətlər hətta, ABS tərəfindən belə yönəldilə bilməz. Onların suverenliyinə və müstəqilliyinə hamı hörmətlə yanaşmalıdır, ilk növbədə də dünyanın ən böyük dövləti olan Amerika. Bu münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə qalxması ilə bağlı narahatlıqlarımızdan biridir.

Digər mühüm amil, təbii ki, erməni lobbisinin ABŞ-da kifayət qədər güclü olmasıdır ki, onlar münasibətlərimizin yaxşılaşmasına mane olmaq üçün əllərindən gələni edəcəklər. Biz bunu da mütləq nəzərə almalıyıq. Ancaq ümidlərimiz böyükdür. Nəzərə alsaq ki, Ukrayna müharibəsini bitirmək çox çətindir. Bunu Ağ Evdəki qalmaqal da aydın şəkildə göstərdi. Zelenski Rusiyanın sülh planını qəbul etməyəcəyini açıq şəkildə Trampa dedi. Üstəlik əlavə etdi ki, Rusiyaya yaxınlaşmaqda siz yanlış yoldasınız, Rusiyanı tərəfdaş kimi qəbul etməkdə səhv edirsiniz. Ancaq ortada olan odur ki, Tramp Rusiyanın sülh planı üzərində işləmək, bəzi güzəştlərə nail olmaqla onu Ukraynaya qəbul etdirmək istəyir. Ukraynanın təklif etdiyi sülh planından cəmi iki müddəa götürülüb. Biri təbii resurslardan birgə istifadə ilə, digər isə Ukrayna hərbçilərindən Avropanın təhlükəsizliyində daha geniş istifadə edilməsi ilə bağlıdır. Ukraynanın irəli sürdüyü digər təkliflərin heç biri qəbul edilməyib. Rusiyanın təkliflərinin böyük hissəsi qəbul edilib, amma təbii ki, onun hamısını Tramp qəbul edə bilməz.

Rusiya geri çəkiləcəkmi, bu da çox ciddi sualdır. Bu səbəbdən danışıqlar xeyli uzana bilər. Trampın sülhpərvər bir prezident kimi tanınmaq istəyini nəzərə alsaq, ümid etmək olar ki, Azərbaycan-Ermənistan sülh sazişinə daha çox diqqət ayıracaq. Ermənistana təzyiqlər imkan verəcək ki, qısa müddətdə sülh sazişi imzalansın. Bu da münasibətlərimizdə kifayət qədər yaxınlaşma yarada bilər və son nəticədə strateji tərəfdaşlıq səviyyəsinə qalxa bilərik. Azərbaycan bunu istəyir, buna mane ola biləcək elə ciddi bir amil yoxdur. Ümid edək ki, Tramp Amerikada bunu istəməyən qüvvələrə qarşı dayana biləcək, ABŞ və Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxacaq.

Prezident Trampın xarakterini nəzərə alsaq, onu da deməliyik ki, erməni lobbisinin ona təsir etmək imkanları o qədər də çox deyil. Çünki Tramp kifayət qədər güclü şəxsiyyətdir, hər hansı təzyiqi qəbul etmir və öz düşüncələrini yeritməyə çalışır. Amma təbii ki, Tramp da insandır və yaxın ətrafının müəyyən məsləhətlərinə yeri gələndə qulaq asır. Nəzərə alsaq ki, dünyada bu cür təsirlərə məruz qalmayan rəhbər yoxdur, Tramp da erməni lobbisinin təbliğ etdiyi fikirlərin təsiri altına düşə bilər. Lakin eyni zamanda, onun ədalətli mövqe tutmağa çalışması, ABŞ-ın maraqlarını hər şeydən üstün sayması, Azərbaycanın Amerika üçün Ermənistandan daha dəyərli dövlət olması imkan verir ki, Tramp bu cür təsirlərin qarşısında axıra qədər dayansın və Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təsir edəcək ciddi qərarlar qəbul etsin".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ