Avropa İttifaqı Rusiyanın hərbi hücumu və ya başqa bir xarici təhlükə olarsa ABŞ-ın dəstəyi olmadan yalnız bir neçə həftə dayana bilər. Bu barədə “Bloomberg”ə müdafiə mənbələrindən bildiriblər.
Mənbələr AB ölkələrinin ciddi canlı qüvvə, hava hücumundan müdafiə və sursat çatışmazlığı yaşadığını və bu çatışmazlıqların aradan qaldırılması üçün illər gərəkdiyini bildirib.
Vurğulanır ki, Ukraynada müharibə 3-cü ilinə qədəm qoysa da, Avropa ölkələri hələ də kifayət qədər silah-sursat istehsalını artıra bilməyib. Bu, isə Aİ-dən müntəzəm olaraq ABŞ-dan hərbi təchizat almasını tələb edir. Digər tərəfdən, yanvar ayında vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp Avropanın müdafiə xərclərini artırmalı olduğunu bildirərək, NATO üzvü olan ölkələrdən ən azı 5 faiz müdafiə büdcəsi ayırmalarını istəyib.
TAHİR