Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Suriyada İsrail və Türkiyə qüvvələrinin döyüşü başlayır - İsrail çox irəli gedib...

Image


Suriyanın yeni hakimiyyətinə bağlı qüvvələr ölkənin sahil bölgəsində devrilmiş prezident Bəşər Əsədə sadiq döyüşçülərlə şiddətli döyüşlər aparır. Bu, üsyançıların dekabrda Əsədi devirdikdən və keçid hökuməti qurduqdan sonra Suriyada yaşanan ən pis zorakılıqdır.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu müharibə monitorinqi qrupu artıq 100-ə yaxın insanın öldüyünü bildirib.

Döyüşlərin getdiyi Latakiya və Tartus liman şəhərlərində komendant saatı tətbiq edilib. Toqquşmalar hökumət qüvvələrinin Latakiyada təhlükəsizlik əməliyyatı zamanı pusquya düşməsi ilə başlayıb. Sahil bölgəsi ələvi azlığının mərkəzi və ələvi təriqətinə mənsub Əsəd ailəsinin qalasıdır. Suriya İnsan Haqları Müşahidə Qrupu bildirir ki, silahlılar hərbi bölgələri ələ keçirib, burada hücumlar təşkil etmək üçün Latakiya dağlarında, digərləri isə Cəblə şəhərində məskunlaşıblar. Homs və Hələb şəhərlərində də toqquşmaların olduğu bildirilir. Suriya Müdafiə Nazirliyinin sözçüsü polkovnik Həsən Əbdül Qani dövlət mediası vasitəsilə Latakiyada döyüşən Əsədə sadiq qüvvələrə xəbərdarlıq edib: “Minlərlə insan silahlarını təhvil verib ailələrinə qayıtmağı seçdi, bəziləri isə qatilləri və cinayətkarları müdafiə etmək üçün qaçıb ölməkdə israrlıdır. Seçim aydındır: silahlarınızı yerə qoyun, ya da qaçılmaz aqibətinizlə üzləşin”. Sahil bölgəsi keçid hökumətinə rəhbərlik edən Əhməd əl-Şaraa üçün böyük təhlükəsizlik probleminə çevrilib. Ələvi fəallar bildiriblər ki, onların icması Əsədin devrilməsindən sonra xüsusilə Homs və Latakiya kəndlərində zorakılıq və hücumlara məruz qalıb. Əhməd əl-Şaraa son günlər druz qüvvələri ilə toqquşmaların baş verdiyi cənubda da müqavimətlə üzləşir. Rusiyalı politoloq Sergey Markov qeyd edir ki, Latakiyada yeni hakimiyyətə qarşı ələvilərin üsyanı başlayıb: “İsrail görünür ki, bu üsyanı dəstəkləyir və Latakiyanı öz təsir dairəsinə daxil etmək istəyir, necə ki, artıq druzların yaşadığı bölgələri nəzarət altına alıb. Druzlar artıq yeni hakimiyyətə tabe olmurlar”. O, üsyanın Rusiya hərbi bazası olan bölgəyə yaxın olduğuna diqqət çəkib və nəticələri haqqında nikbin olmadığını bildirib: “Üsyanın yatırılacağını proqnozlaşdırmaq olar. Repressiyalar da səngiyəcək. Orada hələ də Rusiya bazaları var və çox güman ki, hazırda ələvilər rus əsgərlərindən xahiş edirlər ki, bir növ onlara dəstək olsunlar. Buna görə də orada Rusiya hərbi bazalarının taleyi həll olunur. Ələvilərə yazıqdır, amma əgər onlara kömək edilib və onlar məğlub olsalar, o zaman Suriya hakimiyyəti Rusiyanı hərbi bazalardan məhrum edəcək. Bundan əlavə, üsyan barədə xəbər tutan kürdlər Suriya hökumət qoşunlarına qarşı hücuma keçiblər”. Bu fonda Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanı Suriyanın İdlib şəhərinə daxil olub.

Ekspertlər qeyd edir ki, qarşıdakı dövrdə Türkiyə və İsrail tərəfindən dəstəklənən qüvvələr arasında döyüşlərin daha da şiddətlənəcəyini gözləmək olar. Amma İsrail və Türkiyə razılığıa gəlsə, vəziyyət dəyişə bilər. Məsələ ilə bağlı İsrailin “Haaretz Deyli” nəşri də yazır ki, son iki həftə ərzində İsrail Suriyada həm hərbi əməliyyatlarını, həm də diplomatik səylərini gücləndirərək, Dəməşqdəki yeni rejimin himayədarı olan Türkiyə ilə toqquşma təhlükəsinə qədər irəli gedib. Bu isə Azərbaycana vasitəçilik şansı verib. Nəşr xatırladır ki, keçən ayın sonlarında baş nazir Benyamin Netanyahu İsrailin Suriyanın yeni rejiminin qüvvələrinin Dəməşqin cənubundakı ərazilərə daxil olmasına icazə verməyəcəyini deməsi ilə gərginlik artdı. Bu, Suriyada ölümlə nəticələnən antiisrail nümayişlərinin alovlanmasına səbəb oldu. Daha sonra Netanyahu və müdafiə naziri İsrail Katz tərəfindən Suriyanın yeni rejiminə qarşı fövqəladə təhdid gəldi. İsrail Suriyadakı druz azlığını müdafiə edəcəyini bildirdi. Hazırda İsrail Suriyanı zəiflətmək üçün Vaşinqtonda lobbiçilik edir. Türkiyənin Suriyadakı təsirinə qarşı çıxmaq üçün Rusiyanın yerli bazalarını orada saxlamağa çalışır. Bundan başqa, İsrail Suriyadakı kürdlərə dəstək verməklə Türkiyənin təsirini azaltmağa cəhd edir. Məqalənin müəllifi olan Liza Rozovski yazır ki, Azərbaycan tərəfi İsrailə deyir ki, Rusiyanın Suriyada mövcudluğunu saxlamaq cəhdi vaxt itkisindən başqa bir şey deyil. Əgər Rusiya hərbi bazalarını Suriyada saxlamaq istəyirsə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla anlaşmalıdır. Ruslar da Suriyada hərbi bazalarını saxlamaq şanslarının az olduğunu etiraf edirlər. Nəşr bildirir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri və ölkə prezidentinin köməkçisi Hikmət Hacıyev son aylarda İsrailə iki dəfə səfər edib. Sonuncu dəfə o, Netanyahu ilə görüşüb, bir neçə gün sonra isə Kiprin Larnaka şəhərinə gedib və orada Türkiyənin xarici işlər naziri Hakan Fidanla bir araya gəlib. Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov qeyd edir ki, Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin sistemə salınmasını istəyir: “Müttəfiqimizlə ən yaxın tərəfdaşımız arasında düşmənçilik olması bizim marağımızda deyil”. Fərhad Məmmədov da bildirir ki, Aralıq dənizinin şərqində öz varlığını saxlamaq üçün Moskva Ankara ilə danışıqlar aparmalıdır: ”Rusiyanın bölgədə başqa hərbi bazaları yoxdur. Ona görə də Rusiya Aralıq dənizində iştirak etmədən Şimali və Mərkəzi Afrikadakı aktivlərini saxlamaqda böyük çətinliklərlə üzləşəcək. Düşünürəm ki, Türkiyə vəziyyətdən istifadə edərək tədricən həmin aktivlərə nəzarəti ələ keçirəcək və Rusiyanı orada cilovlayacaq. Rusiyanın Suriyadakı bazaları artıq baza deyil, demək olar ki, ruslar girov vəziyyətinə düşüblər. Rusiyaya qaçış yolu yoxdur. Əvvəllər ruslar Suriya və İraq üzərindən uça bilirdilər. ...İndi o yol bloklanıb və Türkiyə gəmilərin və döyüş təyyarələrinin keçməsinə icazə vermir. Rusiyanın heç bir variantı yoxdur. Suriyadakı hərbi bazada oturublar və oradan necə çıxacaqlarını bilmirlər”. Maraqlıdır ki, ruslar azərbaycanlıların vəziyyəti dəyərləndirməsi ilə razılaşırlar. Azərbaycanlılar o fikirdədir ki, İsrail Suriyada separatizmi və vətəndaş müharibəsini təşviq edir. Ancaq Türkiyənin Suriyaya nəzarəti birlik və sabitliyi qoruyub saxlayacaq. Bu isə son nəticədə İsrailin xeyrinə olacaq. Təl-Əvivdəki Şalem Kollecində Türkiyə üzrə ekspert olan Tsameret Levy-Daphny deyir ki, İsrailin Türkiyə anlayışı qüsurludur. Suriyaya münasibətdə isə İsrail isteriya və panika içindədir. O, Türkiyənin imperialist meylləri barədə söhbətin şişirdildiyini deyir. Türkiyə ardıcıl şəkildə mövqeyini ortaya qoyub: Fələstin dövlətinin yaradılması ilə yanaşı, İsraili də dövlət kimi tanıyır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ