Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Avropanın yeni "Təhlükəsizlik arxitekturasında" Türkiyə və Azərbaycan birgə hərəkət edə bilər...

Image


Tofiq Abbasov: "Bu gün onsuz da Azərbaycan Türkiyə kimi geosiyasi anlamda Avropa təhlükəzislik məkanındadır"

Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, ABŞ prezidenti Donald Trampın hərəkətləri Avropanın ABŞ və NATO-dan asılı olmayan təhlükəsizlik sistemi yaratması üçün “ayılma zəngi” olmalıdır.

Bu barədə o, Financial Times-a müsahibəsində bildirib.

Londonda avropalı həmkarları ilə görüşdükdən sonra Trampın Rusiya ilə atəşkəsə nail olmaq üçün Ukraynaya təzyiq cəhdlərini və onun Avropa təhlükəsizlik sistemindən çıxmaqla təhdidlərini müzakirə etdikdən sonra danışan Fidan Türkiyənin, NATO dağılacağı təqdirdə, istənilən yeni Avropa təhlükəsizlik arxitekturasına qoşulmağa hazır olduğunu bildirib.

"Cin şüşədən buraxılib və onu geri qaytarmaq mümkün deyil... Prezident Tramp indi qoşunları Avropadan çıxarmamaq qərarına gəlsə belə, ola bilsin ki, gələcəkdə oxşar baxışlara və siyasi ideyalara malik olan kimsə Amerikanın Avropa təhlükəsizliyinə töhfəsini azaltmaq barədə düşünə bilər", - nazir deyib.

Əgər doğrudan da NATO dağılarsa, Avropanın yeni təhlükəsizlik arxitekturasında Türkiyənin iştirakının Azərbaycan üçün hansı dolayı və birbaşa təsirləri ola bilər?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Tofiq Abbasov bildirdi ki, təhlükəsizlik məsələsi çoxtərəfli - kompleks bir anlayışdır: "Onu unversal anlamda qəbul etmək lazımdır. Türkiyə ilə bizə gəldikdə isə, biz həmişə birlikdə hərəkət edirik. Amma təhlükəsizlik arxitekturası uzun zaman axarında formalaşır. Görünən odur ki, bu iki ölkə hazırda da regionun təhlukəsizliyinə həmahəng töhfələr verir. Məsələn, biz bilavasitə Avropanın enerji təhlukəsizliyinin təminatçısı kimi çıxıs edirik. Dünyada enerji daşıyıcılarının çatdırılmasında uzun müddətdir şantaj siyasəti qüvvədə idi. Amma Azərbaycanın Türkiyə və Gürcüstanla birlikdə bu prosesdə iştirakı göstərdi ki, bəli, biz təhlükəsizliyin bütun aspektlərində etibarlı tərəfdaşıq.

Bir vaxtlar Balkanlarda vəziyyət gərgin idi. Azərbaycan sülhməramlıları orada keşik çəkirdi. Mən İraqı da, Əfqanıstanı da misal gətirə bilərəm, amma onlar Asiya qitəsinə aid idi. Amma Balkanlar Avropadır, biz orda da iştirak etdik. Biz gördük ki, Balkanlarda ABŞ "Pandora yeşiyi"ni açmaq üzrədir və separatçılara dəstək verir, dərhal Azərbaycan öz kontingentini oradan geri çağırdı. Bunlar ondan xəbər verir ki, Azərbaycan və Türkiyə bu proseslərdə qaydalar üzrə həm iştirak edirik, həm də fəaliyyət göstərirlər. Bu iki ölkə birlikdə korrekt mövqedən çıxıs edir - qüvvədə olan nizamı dəyərləndirmək və möhkəmləndirmək yolunu tutub.

Hazırda BMT öz təsirini itirməkdədir. Hətta Qərb ölkələri belə BMT-ni saymır. Bu yolverilməz haldır. Azərbaycanın 30 il işğal altında olan torpaqlarının azad edilməsi ondan xəbər verir ki, biz BMT-nin qəbul etdiyi dörd qətnaməni icra etməklə onun etika və nizamnaməsini qoruyuruq.

Bu işdə bizə Türkiyə böyük siyasi-mənəvi dəstək verdi. Bu proseslərin məntiqi ondan ibarətdir ki, biz məsələlərə, Şərqdə deyildiyi kimi, "təzə evini tikməmisənsə, köhnə evini dağıtma" prinsipi ilə yanaşırıq.

İndi Avropanın təhlükəsizliyi gündəmdədir. Son günlər iki çıxış oldu. ABŞ konqresində Donald Tramp, Fransada isə Emmanuel Makaron çıxış etdi. Tramp daha çox Amerika siyasətinin yeni formatından danışdı, yeni diskuslarının xasiyyətnaməsini cəmiyyətə çatdırdı. Makron isə nüvə çətirinin formalaşdırılmasını gündəmə gətirdi. O dedi ki, Avropa döyüşməyə hazır olmalıdir, lazım gələrsə Avropa Fransanın rəhbərliyi ilə nüvə silahindan da istifadə etməyə hazırdır. O cağırış etdi ki, gəlin birlikdə ABŞ-yə qarşı sinə gərək, ona müqavimət göstərək və s. Buradan görünür ki, güc mərkəzləri təhlükəsizlik arxitekturasını möhkəmləndirmək əvəzinə olan-qalan konfiqurasiyanı çökdürürlər. Amma biz bu yolla getməyəcəyik. Nə qədər ki, təhlükəsizlik arxtekturasının yeni bir düzəni formalaşmayıb, köhnə arxitektura öz qüvvəsini saxlayacaq və biz ona öz sadiqliyimizi davam etdirəcəyik.

Əlbəttə, Azərbaycanla Türkiyə bu proseslərin hamısında bütün qaydaların qorunmasına sadiqliklə birgə çıxış edir. Biz Şüsa Bəyannaməsindən sonra bütün məsələlərə eyni prizmadan baxırıq və dəyərləndiririk.

Bu gün onsuz da Azərbaycan Türkiyə kimi geosiyasi anlamda Avropa təhlükəzislik məkanındadır. Biz bu prosesin iştirakçısı olaraq, yalnız müsbət potensial formalaşdırmışıq. Biz son 30 il ərzində Azərbaycan dövlətinin təşəbbüskarlığı nəticəsində Avropanın təhlükəsizlik xəritəsini dəyişməkdəyik. Bizə bunu qorumaq və inkişaf etdirmək çox vacibdir. Bu prosesə təhdid törədən başıpozuq qonşumuz Ermənistan və onun havadarlarıdır. Ona görə də bütün bu proseslərin, o cümlədən də inşa etdiyimiz unikal enerji kommunikasiya və nəqliyyat xətlərinin təhlükəsizliyini təmin etmişik. Biz təhlükəsizlik proseslərinin öncülləriyik. Biz həm də birlikdə Avropaya özünəməxsus unikal və universal model nümayiş etdiririk ki, təhlükəsizlik haqqında danışmaq azdır, onu təmin etmək lazımdır".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ