Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukraynaya sülhməramlılar yerləşdirməsinə icazə verməyəcəklərini deyib.
Bununla bağlı müzakirələrə münasibət bildirən Lavrov deyib ki, bu qoşunların Ukrayna ərazisində mövcudluğunu, NATO-nun Ukraynadakı potensial varlığını qiymətləndirdiyimiz kimi qiymətləndirəcəyik.
“Bir daha demək istəyirəm. Bu, Rusiya ilə hibrid müharibə demək deyil, NATO ölkələrinin Rusiyaya qarşı birbaşa, rəsmi və açıq şəkildə müharibəyə cəlb edilməsinə anlamına gələcək. Buna icazə verilə bilməz" – Rusiya XİN başçısı bildirib.
TAHİR