Fransa prezidenti Makron “Rusiyanın Fransa və Avropa üçün təhlükəyə çevrildiyini” deyib və gələn həftə Parisdə bütün Avropa hərbi komandirlərinin toplantısını keçirməyi planlaşdırdığını bildirib. Makronun bu açıqlamaları Rusiyada qəzəblə qarşılanıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında Makronu hədəfə alaraq ona “Mikron” deyə müraciət edib.
"Mikronun özü heç bir təhlükə yaratmır. O, ən geci 14 may 2027-ci ildə əbədi olaraq yox olacaq və xatırlanmayacaq" - Medvedev yazıb.
Qeyd edək ki, Makron xalqa müraciətində Rusiyanın 2030-cu ilə qədər 40 milyard avrodan çox xərcləyərək ordusuna 3 min tank və 300 döyüş təyyarəsi daxil etməklə daha da genişləndirməyi planlaşdırdığını və bunun Avropanın təhlükəsizliyinə təhdid yaratmağa davam etdiyini bildirib.
TAHİR