Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Bakı məhkəməsi Vardanyanın silsilə terror hazırlıqlarının izinə düşüb...

Image


Akif Nağı: “Vardanyanın “VoMa” terror təşkilatı və 27 komitəsi ilə əlaqələri və bu cür məsələlər onun həm də terrorçu kimi mühakimə olunması üçün imkanlar açıb”

RubenVardanyanla bağlı Ermənistan tərəf və onların Avropadakı tərəfdaşları, ermənipərəst qüvvələr şoular yaratsa da, onun “süddən çıxmış ağ qaşıq olduğunu” “sübut etməyə” çalışsalar da, amma məhkəmədə üzə çıxan faktlar onun cinayət əməllərini ortaya qoyur.

Vardanyan qanunsuz olaraq Azərbaycan ərazisinə gəldiyi günlərdə bildirilirdi ki, o, terroru maliyyələşdirən əsas donorlardan biridir. Hələ o vaxt onun “VoMa” terror təşkilatı ilə yaxın əməkdaşlığının olduğu deyilirdi. Bu məsələ indi məhkəmədə təsdiqlənir. Belə ki, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin martın 4-də davam etdirilən baxış iclasında ona “VoMa” terror təşkilatının qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti, aralarında vatsap vasitəsilə aparılan yazışmalar və göndərilən səsli mesajlar, təşkilat tərəfindən Ermənistanın nəzarətində olan Qarabağdakı qanunsuz silahlı birləşmələrə təlimlərin keçilməsinin təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazisində Silahlı Qüvvələrimizə qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın təlimçiləri barədə suallar verilib.

Məhkəmədə R.Vardanyandan həmin təlimlərin keçirilməsinə Ermənistan tərəfindən razılığın verilib-verilməməsi, buna dair şəraitin kim tərəfindən yaradılması, təlimlərə yetkinlik yaşına çatmayan şəxslərin cəlb olunub-olunmaması, o cümlədən R.Vardanyanın bu təlimləri sahibkar və ya qondarma rejimin vəzifəli şəxsi kimi təşkil etməsi və maliyyələşdirməsi də soruşulub.

Daha sonra R.Vardanyana təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi" hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla “Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmalar, aralarında işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydalarına dair suallar verilib.

Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa qondarma qurumun “müdafiə nazirliyi”nin faktiki olaraq Ermənistan dövlətinə tabe olduğu kimi, eyni qaydada Ermənistana tabe olub-olmadığına dair suallar soruşulub.

Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Vardanyanın “VoMa” terror təşkilatı və “27 komitəsi” ilə əlaqələri onun həm də terrorçu kimi, eləcə də Ermənistan hökuməti tərəfindən idarə olunan terrorçu kimi mühakimə olunması yönündə nə kimi perspektivlər açır?

“Yaxşı olardı ki, o susmasın, suallara cavab versin və hər şeyi etiraf etsin”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müxtəlif cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəməsində bir sıra məsələlərə aydınlıq gətirilir və indən sonra da gətiriləcək. “Çünki təqsirləndirilən şəxslərin ifadələrindən də görünür ki, özləri bir-birinə qarşı dayanırlar, istər-istəməz bu və digər faktları açmalı olurlar. Aydındır ki, Vardanyan regiona elə-belə gəlməmişdi. Çoxşaxəli antiazərbaycan fəaliyyəti, o cümlədən də terroru dəstəkləmək, maliyyələşdirmək, terrorda iştirak etməklə bağlı faktlar ortadadır. Bu barədə ona suallar verilir, ancaq bu suallara cavab vermir. Bu suallar ona verilirsə, demək buna əsas var, bu səbəbdən də ona suallar ünvanlanır. Böyük ehtimalla, məhkəmə materiallarında Vardanyanın “VoMa” ilə əlaqələri, bu kimi terror təşkilatlarını dəstəkləməsi, maliyyələşdirməsi ilə bağlı faktlar yer alıb. İstər “VoMa” terror təşkilatı, istərsə də “27 komitəsi” olsun, o qurumlarda iştirakı ilə əlaqədar yəqin ki, istintaqda artıq müəyyən materaillar mövcuddur, bunları təsdiqləmək üçün Vardanyana suallar verilir. O özü də başa düşür ki, artıq onun bu faktları gizlətmək imkanı yoxdur. Yəqin onun o terror təşkilatları ilə əlaqələri müxtəlif mənbələrdə öz təsdini tapır. Böyük ehtimalla, vəkilinin tapşırığı ilə suallara cavab verməkdən imtina edir. Çünki suallara cavab verdikcə özünü daha çox dolaşdıra, yaxud sərt suallar qarşısında qala bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

A.Nağı qeyd etdi ki, Vardanyanın “VoMa” terror təşkilatı və “27 komitəsi” ilə əlaqələri onun həm də terrorçu kimi, eləcə də Ermənistan hökuməti tərəfindən idarə olunan terrorçu kimi mühakimə olunması yönündə perspektivlər açır: “Vardanyanın “VoMa” terror təşkilatı və “27 komitəsi” ilə əlaqələri və sair məsələlər onun həm də terrorçu kimi mühakimə olunması üçün imkanlar açıb. O, bu əməlinə görə mühakimə olunmalı və dünya onun terror təşkilatları ilə əlaqələri barədə faktlarla tanış olmalıdır. Bu elə-belə məsələ deyil, olduqca ciddi ittihamdır və Vardanyan buna görə də ayrıca cavab verməli olacaq. Yaxşı olardı ki, o susmasın, suallara cavab versin və hər şeyi etiraf etsin. Onsuz da məhkəmə onun terror cinayətinin izinə düşüb”.

A.Nağının fikrincə, bundan sonra məhkəmənin yeni istiqamətləri yarana bilər. O qeyd etdi ki, ola bilsin, məhkəmənin bir istiqaməti də ittiham olunan şəxslərin hansı terror aktlarında iştirak etmələri, hansı terror təşkilatları ilə sıx əlaqədə olmaları məsələlərinin araşdırılması olsun. Vardanyanın bu əməlləri ilə bağlı məlumatların olduğunu deyən A.Nağının sözlərinə görə, məhkəmənin bu mərhələsi bitəndən sonra bir çox digər mərhələlərdə, istiqamətində də ayrıca məhkəmə prosesləri davam etdirilə bilər, məhkəmə praktikasında belə yanaşma var. “Məhkəmənin gedişində digər məsələlər ortaya çıxır və ona görə də onların ətrafında yeni təhqiqata ehtiyac olur, iş əlavə istintaqa göndərilir. Ona görə də, böyük ehtimalla, mümükündür ki, proseslər o şəkildə getsin, Vardanyan və digərləri üzərində terror qrupları ilə bağlı məsələlər də ortaya gəlsin. Bu, beynəlxalq ictimaiyyətin məlumatlandırılması, beynəlxalq ictimaiyyətə müəyyən məsələlərin çatdırılması baxımından əhəmiyyətlidir. Təbii ki, Azərbaycan o mərhələyə keçəcəksə dünyada terrora qarşı mübarizə aparan mərkəzlər var, İnterpol var, hüquq-mühafizə orqanları var, onlarla birgə işlər aparılması mümkündür. Onlar da bu prosesə cəlb olunsunlar. Dünya bu gün terror təşkilatlarına, terror yuvalarına qarşı mübarizə aparır, onların ifşa olunmasında, onlara qarşı addımların arılmasında maraqlıdır.

Azərbaycanın əlində kifayət qədər faktlar var. Bu adamlar Azərbaycana qarşı daha çox hərbi cinayətlər törətməkdə ittiham olunurlar, onlarla bağlı kifayət qədər faktlar var. Ermənistanın keçmiş və indiki rəhbərliyi terroru bu dövlətin dövlət siyasətinə çeviriblər. İndi də o mövqedə qalırlar. Ermənistanın baş naziri Paşinyan və digərləri həmin proseslərin içində olublar. Onlar da terror qruplarının təşkil olunması, terror təşkilatlarının yönəldilməsi, silah-sursatla təmin edilməsi məsələsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə zalında itiham olunan şəxslərin özləri, digərləri etiraf edəcəklər ki, Paşinyan başda olmaqla hökumət üzvləri terrorda iştirak ediblər. Növbəti mərhələdə proses davam edəcəksə, bunların bir hədəfi də Paşinyan və onun komandası olacaq. Ermənistanın ovaxtkı müdafiə naziri, baş qərargah rəisi, digər rəhbər şəxslər cavab verməli olacaq. Müxtəlif istiqamətlərdə bu məhkəmə prosesinin davamı gözlənilir, getdikcə də dünyanı, beynəlxalq aləmi dəhşətə gətirən faktlar ortaya çıxacaq. O istiqamətdə Azərbaycan işlərini davam etdirməlidir ki, dünya bunların hansı cinayətlərlə, Azərbaycana qarşı terror qruplarının təşkili və terror törədilməsi ilə məşğul olduğunu görsün. Bu ən vacib istiqamətlərdir” - deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ