Cümə axşamı günü, 20 avqust 2026
     

Türk dünyasında böyük açılış - İğdır-Naxçıvan... - FOTO/YENİLƏNDİ

Image


Prezident İlham Əliyev və Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.

Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxış edərək İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə və Azərbaycan qardaşlığının daha bir simvolu adlandırdı. Nazir bütün Naxçıvanı qazla təmin edəcək İğdır-Naxçıvan qaz kəməri layihəsinin ərsəyə gəlməsinə görə dövlət başçılarına təşəkkür etdi.

X X X

Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Cümhurbaşqanı, əziz Qardaşım.

Hörmətli mərasim iştirakçıları.

Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik.

Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.

Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.

Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.

Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.

Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.

Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak edirik.

Bir daha hər birimizi, Türkiyəni və Azərbaycanı bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, xalqlarımıza, dövlətlərimizə yeni uğurlar diləyirəm. Sağ olun.

X X X

Sonra Türkiyə Prezidenti mərasimdə çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı

-Əziz Qardaşım Prezident İlham Əliyev.

Hörmətli nazirlər, hörmətli qonaqlar.

Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.

Qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qəbul etməkdən böyük məmnunluq duyduğumu xüsusilə ifadə etmək istəyirəm. Ona və dəyərli nümayəndə heyətinə Ankaramıza “Xoş gəldiniz!” deyirəm.

Hazırda qarşımda bu işlərdə əməyi olan fəhlə və mühəndis qardaşlarımız var. İnşallah, çıxışlarımızı bitirdikdən sonra onlarla birlikdə Türkiyə və Azərbaycan üçün ayrıca xatirə şəkillərimizi çəkdirəcəyik.

Dəyərli qardaşımın və nümayəndə heyətinin timsalında Azərbaycan xalqının mübarək Ramazan ayını ürəkdən təbrik edirəm. “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik.

Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq.

Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.

6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvan ilə elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik.

Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin həyata keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı diqqətlərinə görə, istər işçisi, istərsə də mühəndisi olmaqla, əməyi keçən bütün şəxsləri təbrik edirəm. Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin bütün bölgə üçün xeyirli olmasını arzu edirəm.

İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan, ailəm adından və millətim adından təşəkkürümü bildirirəm.

X X X

Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz kəmərini işə saldılar.

Sonda xatirə fotosu çəkdirildi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzinin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinada bir bazadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ