Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Tramp Minsk Qrupunu və 907-ci düzəlişi də ləğv edəcək(?)...

Image


Elxan Şahinoğlu: "Vaşinqtonun ikiüzlülüyü həm də ondan ibarətdir ki, Amerika qoşunları Əfqanıstandan çıxarılandan dərhal sonra 907-ci düzəliş yenidən qüvvəyə mindi"

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan mediasına müsahibəsi zamanı jurnalistin "Minsk Qrupunu qorumağa ehtiyac görürsünüzmü" sualına cavabından yayınaraq deyib ki, bu mövzu əslində bütün iştirakçılar, yəni münaqişənin hər iki tərəfi və Minsk qrupunun üzvü olan dövlətlər tərəfindən müzakirə olunmalıdır:

"Mən Fransa səfiri kimi bu suala cavab verə bilmərəm. Bu, bir sıra ölkələri əhatə edən diplomatik məsələdir".

Azərbaycan isə hazırda sülhün şərti kimi Minsk qrupunun buraxılmasını ortaya qoyub. Məlum olduğu kimi, Tramp Amerika siyasətində qeyri-ənənəvi addımları ilə diqqət çəkir. O, ABŞ-ni müxtəlif regionlarda hərbi və digər müdaxilələrdən çəkindirmək xəttini tutduğunu bəyan edir. Bu baxımdan Tramp bitmiş münaqişənin çözulməsi ilə məşğul olmaq üçün yaradılan Minsk qrupundan ən azı ABŞ-nin çıxmasına niyə təşəbbüs göstərməsin? Məntiqlə də bu qurum ləğv edilməlidir. Amma buna Minsk qrupunun bütün üzvlərinin reaksiyası lazımdir. Niyə də Amerika qabağa düşməsin?

Artıq Rusiya, demək olar ki, mövqeyini mücərrəd də olsa bildirib ki, Minsk qrupunda artıq iştirak etmir.

Eyni zamanda, "azadlığın müdafiəsinə 907-ci düzəliş"in aradan qaldırılması məsələsi nədən Tramp tərəfindən qaldırılmasın? Hər iki məsələ Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı idi. Tramp ABŞ-nin imicini pis günə salmış, özündən əvvəlki hakimiyyətdən daha ədalətli bir siyasət aparmaq istəyirsə hər iki məsələnin həlli ilə bağlı qərar verməli deyilmi?

Baki-xeber.com saytının sualını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, 907-ci düzəliş qəbul edildiyi gündən bəri onun heç bir məntiqi yoxdur: "ABŞ tərəfindən 90-cı illərdə ədalətsiz qəbul edilmiş qətnamədir. Təsəvvür edin ki, 90-cı illərin əvvəllərində Ermənistan və erməni separatçıları Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdiyi zaman Amerika Konqresi erməni lobbisinin təsiri altında Rusiyanın dəstək verdiyi separatçıları müdafiə edərək Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edib. Buna səbəb isə o göstərilib ki, guya biz Ermənistanı mühasirədə saxlamışıq. Burada bir məntiqsizlik də odur ki, axı Ermənistan mühasirədə deyil, Gürcüstan üzərindən Rusiyaya, İran üzərindən isə Yaxın Şərqə giriş-çıxış imkanları var. Yəni həmin vaxt bu qətnamə çox ədalətsiz şəkildə qəbul edildi. Amma 2000-ci illərin əvvəllərində Amerikaya terror hücumları oldu. ABŞ-nin terrorizmə qarşı mübarizədə müttəfiqlərə ehtiyacı yarandı. Azərbaycan Əfqanıstanda terrorçulara qarşı mübarizə əməliyyatında Amerikaya dəstək verdi. Azərbaycan Əfqanıstana hərbiçilərini göndərdi, ABŞ-nin hərbi təyyarələrinin yük daşıması üçün hava məkanını açdı, Əfqanıstana yüklər Azərbaycan üzərindən daşındı. O zaman 907-ci düzəliş donduruldu. Vaşinqtonun ikiüzlülüyü həm də ondan ibarətdir ki, Amerika qoşunları Əfqanıstandan çıxarılandan dərhal sonra 907-ci düzəliş yenidən qüvvəyə mindi. Sanki bizim bir atalar misalında olduğu kimi - bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk də qurtardı.

İndi bizim əsas tələbimiz budur ki, bu məntiqsiz "düzəliş" ortadan qaldırılsın. Bunun başdan heç bir məntiqi olmayıb, şər üzərindən qəbul edilib. Amma Tramp adminstrasiyasının bunu edib-etməyəcəyini söyləmək çətindir. Çünki Trampın ətrafında da ermənipərəst siyasətçilər var - dövlət katibi, kəşfiyyatın rəhbəri və s.

Əlbəttə, Tramp bunu istəsə həll edə bilər. Ona görə ki, ətrafındakılar onun bir sözünu iki edə bilmirlər, qorxurlar, çəkinirlər. Ona görə də mən hesab edirəm ki, Azərbaycan diplomatiyası da fəallığını artırmalı və Amerika rəsmilərinə izah etməlidir ki, 907-ci düzəliş Amerika-Azərbaycan münasibətlərinə mənfi təsir edir. Halbuki, Azərbaycan Tramp administrasiyası ilə sıx əməkdaşlıq əlaqəsi qurmaq istəyir".

Siyasi sərhçi Minsk qrupunun buraxılması ilə bağlı bildirdi ki, Minsk qrupu məsələsi artıq bitib, bu indi aktual deyil: "İki qarşı duran tərəf, Ermənistan və Azərbaycan Minsk qrupundan imtina edibsə, Rusiya da bu qurumun dağıldığını etiraf edibsə, Fransa və Amerika onu necə yaşada bilər? Yəni beş tərəfdən üçü Minsk qrupunun dağıldığını etiraf edir - Azərbaycan, Ermənistan və Rusiya. Amerika da artıq bu məsələni gündəmə gətirmir. Fransa isə Minsk qrupunun vasitəsilə bölgədə varlığını qorumaq istəyir. Amma mümkün deyil. Birincisi, Qarabağ məsələsi həll edilib, Azərbaycan ərazi bütövlüyünü təmin edib. İkincisi, Ukrayna müharibəsinə görə Amerika, Avropa və Rusiya arasında fikir ixtilafları var. Ona görə də Minsk qrupunu canlandırmaq mümkün olmayacaq".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ