Təəccüblənməyin... Həqiqətən 44 günlük müharibə... Azərbaycanın 44 günlük müharibəsi yox, bu bitmiş böyük bir tarixdir, məhz Trampın özünün 44 günlük müharibəsi... Hələ kimsə onun nə etmək istədiyini və etmək istədiklərinə nə səviyyədə qarantiya olduğunu dəqiq deyə bilmir...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Tramp prezidentlik fəaliyyətinin ilk 44 günü barədə Konqres qarşısında 1 saat 40 dəqiqə çıxış etdi." Amerika qayıtdı, heç bir prezident özünün 4 ilində mənim bu həftələrdə etdiklərimi etmədi" - sözlər Trampa məxsusdur...
Panama kanalını, Qrenlandiyanı alacağını, bürokratiya və inflyasiyanı məhv edəcəyini deyən Tramp Amerikanı "Qızıl kümbəzə" bikəcəyəm deməklə bütün Hava Hücumundan Müdafiə sistemini dəyişəcəyini vəd etdi. (Tam da Reyqanın SSRİ- nin məhvinə yönəltdiyi "Ulduz müharibələri" planına oxşadı).
Trampın 44 günlük "müharibəsinin hələlik yalnız həyəcanlı və yetkin olmayan nəticələrini görürük. Tam mənzərə hələ görünmür. Dünya silkələndi. Avroatlantika məkanı silkələndi. Ənənəvi müttəfiqlər pərən - pətən düşdü. Rusiyanın çiçəyi sevincdən açıldı... Çin 1 nömrəli əbədi düşmən elan olundu. Yaxın şərqdə İsrailə verilmiş külli ixtiyar və Fələstin xalqının kütləvi soyqırımı ilə bağlı heç nə deyilmədi... Onun çıxışına qarşı çıxmış bir demokrat konqresmeninin qolundan tutub bayıra atdılar...Bu kiçik nüans deyil...
Sonrasını qısa zamanda görərik...
Yeni dünya düzəni ilə bağlı təhlillərim olacaq...
Tahir TAĞIYEV