Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycan və Türkiyənin Suriyada daha fəal işbirliyinə ən böyük maneə sıradan çıxır...

Image


Azərbaycan və Türkiyənin Suriyanın bərpası prosesində iştirakına əngəl yarada biləcək əsas qüvvələrdən biri də burakı kürd yaraqlılarıdır. Söhbət, xüsusən də Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlı qanadından gedir. Amma hadisələrin mövcud inkişaf mərhələsi bu təhlükənin yaxın tezlikdə aradan qalxacağını istisna etmir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Suriya məsələsində ölkəsinin müttəfiqi Türkiyə ilə çiyin-çiyinə dayanacağını bəyan edib: “Suriya məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır”. Hazırda iki ölkə Suriyada daha genişmiqyaslı fəaliyyətə hazırlaşır. Buna yaranacaq əsas təhdidlərdən biri isə aradan qalxır. Məsələ burasındadır ki, Kürdüstan Fəhlə Partiyasının rəhbərliyi PKK lideri Abdullah Öcalanın çağırışına əməl etmək və Türkiyə ilə atəşkəs elan etmək qərarına gəlib. Xatırladaq ki, keçən həftə kürd yaraqlı təşkilatının qurucusu və ideoloqu Türkiyə həbsxanasından yoldaşlarına müraciət edərək, onları silahları yerə qoymağa dəvət edib. Bu fonda PKK üçün digər vacib məsələ partiyanın qurultayını keçirməkdir və onun iştirakçıları çox güman ki, özünün ləğvi aspektlərini müzakirə etməli olacaqlar. Artıq PKK İcraiyyə Komitəsi açıqlamasında Öcalanın müraciətində yer alan tələbləri həyata keçirməyə hazır olduğunu bildirib. Bununla belə, yaraqlı təşkilat vurğulayıb ki, onun tamamilə ləğvi ilə bağlı təşəbbüs kollektiv şəkildə - liderin özünün iştirakı ilə partiyanın qurultayında müzakirə edilməlidir. PKK İcraiyyə Komitəsinin açıqlamasında daha sonra deyilir: “Hücum edilmədikcə heç bir bölməmiz hərbi əməliyyata başlamayacaq. Üstəlik, yalnız Aponun (Öcalanın partiya ləqəbi) praktiki rəhbərliyi ilə tərksilah kimi məsələlər mümkün ola bilər. Liderin çağırışını, onun səbəblərini, başlatdığı yeni prosesin xüsusiyyətlərini və vəzifələrini düzgün və adekvat şəkildə anlamaq və bu tələbləri uğurla yerinə yetirmək lazımdır. Çağırışın məzmununa bütün məsuliyyət və ciddiliklə yanaşmaq tarixən vacibdir”. Xatırladaq ki, Türkiyə PKK ilə mübarizə üçün Suriya və İraqda aktiv hərbi kampaniyalar aparır. Qrupun ləğvi Ankaranın burada müntəzəm əməliyyatlar ehtiyacının ortadan qalxması demək olacaq. Qeyd edək ki, Öcalanın rəsmi açıqlaması fevralın 27-də ictimaiyyətə təqdim edilib. Onun yazılı variantı Türkiyə həbsxanasında onunla bir sıra görüşlər keçirən Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvləri tərəfindən oxunub. PKK-nın qurucusu deyib ki, silahlı təşkilatın bütün qolları silahlarını yerə qoymalı, qrupun özü isə dağılmalıdır. Kürd solçu radikalların ideoloqu daha sonra bildirib: “Mən bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm. Qurultayınızı keçirin, dövlət və cəmiyyətlə inteqrasiya haqqında qərarlar qəbul edin”. Öcalanın çıxışı PKK-nın mübarizəsinin artıq aktual olmadığını göstərir. Bu fonda İstanbulda çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan Öcalanın çağırışının Türkiyənin terrordan qurtuluşunda yeni mərhələnin olduğunu bildirib: “Biz bu prosesi tam şəkildə başa çatdırmaq üçün hadisələri ixtisaslaşmış qurumlarımızın köməyi ilə diqqətlə izləyəcəyik”. O, bu problemin qalıcı və yekun həllini istəməyənlər tərəfindən təxribatların və prosesi pozmağa cəhdlərin mümkün olduğunu da vuğrğulayıb: “Ona görə də bu prosesdə yarana biləcək hər hansı təxribat qarşısında son dərəcə ehtiyatla hərəkət etmək üçün bütün lazımi tədbirləri görəcəyik. Silah təzyiqi və terror aradan qalxdıqda, təbii olaraq demokratik siyasətin həyata keçirilməsi meydanı genişlənəcək”.

Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik isə bildirir ki, sülh prosesi Ankaranın PKK-nın qolu hesab etdiyi bütün birləşmələrə aiddir. Bu, o deməkdir ki, Türkiyə Suriyanın üsyankar şimal-şərqinə nəzarət edən kürdlərin çoxluq təşkil etdiyi hərbi ittifaq olan Suriya Demokratik Qüvvələrindən də tərk-silahı gözləyir. Ömər Çelik bununla bağlı qeyd edir: “Bəziləri indi Türkiyənin terrorçuları tərk-silah etmək çağırışı kontekstində istisnalar haqqında danışmağa çalışırlar. Bunu yalnız İraqdakı təşkilata aid olan sual kimi təqdim etməyə çalışırlar. Yox, biz “terror təşkilatı” deyəndə onun tamamilə məhv edilməsini nəzərdə tuturuq”. AKP nümayəndəsi ayrıca xatırladıb ki, Türkiyə dövlətinin başçısı 2000-ci illərin ortalarından mütəmadi olaraq kürd probleminin həlli məsələsini qaldırıb: “O, bu məsələyə etnik məsələ kimi deyil, demokratik məsələ kimi yanaşıb. Prezident kürd vətəndaşlarımıza qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün çox mübarizə apardı”.

Bu o deməkdir ki, Ankara sülh prosesinin bir hissəsi olaraq Türkiyə kürdlərinin mədəni hüquqlarını daha da genişləndirə bilər. Bundan əlavə, Amerikanın “Al-Monitor” nəşrinin mənbələrinin iddia etdiyi kimi, Türkiyə tərəfi Öcalanın saxlanma şəraitinin yaxşılaşdırılmasının və müxtəlif ittihamlarla həbsdə olan bir sıra kürd siyasətçilərin azad edilməsinin əleyhinə deyil. Ayrı-ayrılıqda, sülh prosesi, “Al-Monitor” mənbələrinə görə, Türkiyədə böyük terror aktlarının təşkili və həyata keçirilməsində iştirak etməyən PKK üzvləri üçün amnistiya ola bilər. PKK-nın qurultayı, yəqin ki, silahlı qruplaşmanın müxtəlif fraksiyalarının yanaşmalarını birləşdirmək üçün lazımdır. Ankara ilə PKK arasında sülh prosesi bir neçə dəfə ixtilaflara görə pozulub. Məsələn, 2015-ci ildə kürd solçu radikalların iki türk polisini öldürdüyü zaman proses pozuldu. Daxili müqavimətin son epizodlarından biri də 2024-cü il oktyabrın 23-də Türkiyənin TUSAŞ hərbi-sənaye korporasiyasının kompleksində baş vermiş terror aktı olub. İndilikdə də PKK tərəfdarlarının hamısının liderlərinin çağırışına tabe olacağına və Türkiyədə oxşar hücumların təkrarlanmayacağına zəmanət yoxdur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ