ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Zelenski ilə gərginlikdən sonra Ukraynaya hərbi yardımı dayandırıb.
Məlumata görə, cümə günü Ağ Evdə müzakirələrdən sonra Tramp Zelenskiyə Rusiya ilə danışıqlara başlamaq üçün təzyiq göstərmək məqsədilə Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.
ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasına münasibət bildirən Kremlin sözçüsü Peskov Trampın Ukraynaya sülh gətirmək istəyini alqışladığını bildirib və deyib ki, ABŞ Ukraynaya hərbi dəstəyi kəsərsə, bu, Kiyev administrasiyasını sülh prosesinə sövq edə bilər.
Peskov bəzi Avropa ölkələrinin Ukraynaya dəstəyini davam etdirəcəkləri ilə bağlı açıqlamalar verdiklərini xatırladaraq, bildirib ki indiyə qədər müharibənin ən böyük dəstəkçisi ABŞ idi: “ABŞ Ukraynaya silah göndərilməsini dayandırsa, sülhə ən böyük töhfəni vermiş olacaq".
TAHİR