Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Netanyahu Suriyada Türkiyə əleyhinə xüsusi plan hazırlayıb - Moskvaya general göndərildi...

Image


Bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahu hərbi katibi general-mayor Roman Hoffmanı Moskvaya göndərib. İsrail mediasının yazdığına görə, onun burada apardığı danışıqların məqsədi Suriyadakı hadisələrlə əlaqədar təhlükəsizlik sahəsində təmasları dərinləşdirmək olub.

Yəhudi dövlətinin hakimiyyəti Suriya ərazisindəki Rusiya bazalarını qoruyub saxlamağa çalışır və hesab edir ki, bu, Dəməşqdəki keçid hökumətinin əsas himayədarı olan Türkiyənin dərinləşən təsirini neytrallaşdırmaq üçün bu hal mühümdür. İsrail diplomatları da Rusiya bazalarının Suriyada olmasının vacibliyi məsələsini gündəmə gətiriblər, lakin hələ də anlaşma əldə etməyiblər.

“Yedioth Ahronoth” nəşri öz mənbələrinə istinadən bildirir ki, Hoffmanın bu yaxınlarda baş tutan səfəri Suriyadakı vəziyyət fonunda təhlükəsizlik sahəsində təmasları dərinləşdirmək məqsədi daşıyıb. Nəşrin vurğuladığı kimi, Netanyahu hökuməti Dəməşqdə hakimiyyət dəyişikliyindən əsas faydalanan Türkiyənin mövqeyini tarazlaşdırmaq üçün Suriyanın sahil əyalətlərində Rusiya hərbi obyektlərini qoruyub saxlamağa çalışır. Rusiya ilə danışıqların aparılması həvalə edilmiş israilli general-mayor Netanyahunun hərbi məsələlər üzrə ən yaxın məsləhətçilərindən biri hesab olunur. “Yedioth Ahronoth” yazır ki, Hoffman bu yaxınlarda Suriyanın taleyini başqa ölkələrdə də müzakirə edib. İsrail diplomatları Vaşinqtonda keçirilən görüşlərdə regional tarazlıq naminə Moskvanın Latakiya və Tartus əyalətlərindəki iki hərbi obyektə nəzarəti saxlaması zərurəti məsələsini də qaldırıblar. Nəşrin məlumatına görə, yəhudi dövlətinin rəsmiləri öz mövqelərini onunla əsaslandırıblar ki, Suriyada nüfuzu xeyli genişlənən Türkiyə təhlükəsizliyin təminatçısı ola bilməyəcək. “Reuters” qeyd edir ki, Vaşinqton israillilərin nöqteyi-nəzərini çox təəccübləndirib. Amerikalılar da öz növbəsində Türkiyənin NATO üzvü kimi qarant roluna ən uyğun olduğunu vurğulayıblar. Lakin israillilər tamam əks mövqedədirlər. Hazırda ABŞ-da Rusiyanın Tartus və Hmeymimdəki bazalarının bağlanmasının Suriyaya qarşı sanksiyaların ləğvi üçün zəmanətə çevrilməsi zərurəti ilə bağlı fəal müzakirələr gedir. Bu məsələ, xüsusən də keçən ay Senatın Xarici Əlaqələr Komitəsinin iclasının mövzusu olub. Onun sədri Cim Riş deyib ki, Dəməşqdəki keçid hökuməti beynəlxalq ictimaiyyətin bütün tələblərini nəzərə almağa hazır olduğunu praktikada nümayiş etdirməlidir. Bu tələblərə Rusiya Federasiyası ilə əlaqələrdən imtina daxildir: “Moskva Aralıq dənizindəki limanından ABŞ və ya müttəfiqlərimizi təhdid etmək üçün istifadə etməməlidir. Mən xüsusilə narahatam ki, Dəməşq bazalarla bağlı yeni razılaşmalar əldə etmək üçün Rusiya nümayəndə heyətini qəbul edib". Ancaq İsraildə rusların getməsinin Tartus və Himeyminin Türkiyənin nəzarətinə keçməsi ssenarisini yaxınlaşdıracağına inanırlar. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlunun şərhləri dolayısı ilə belə bir inkişafın mümkünlüyünü göstərib. Nazir qeyd edib ki, Suriya limanları inkişaf etdirilməyib və ciddi investisiyalara ehtiyacı var. Türkiyə bu regionda ticarət və iqtisadi əlaqələrin artırılmasında maraqlıdır. Bu baxımdan Türkiyə ilə Suriyanın çoxlu ortaq maraqları var. Əbdülkadir Uraloğlu bildirib: “Limanları canlandırmaq və ticarəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”. O vurğulayıb ki, Ankara yerdə vəziyyəti ətraflı öyrənir və ölkənin bərpası və inkişafı üçün vahid plan hazırlayır.

“Yedioth Ahronoth” nəşrini yazdığına görə, Netanyahu ayrı-ayrılıqda Suriya ilə Türkiyə arasında müdafiə sazişinin bağlanmasına və həyata keçirilməsinə mane olmağa çalışır. “Türkiye” qəzetinin yazdığına görə, təklif olunan saziş hərbi-texniki yardım kanallarının genişlənməsinə səbəb olmalıdır. Belə ki, Dəməşqdəki keçid hökuməti razılaşmanın şərtlərinə əsasən, əsas xarici himayədarından döyüş pilotsuz uçan aparatları, radar sistemləri, elektron döyüş sistemləri və hava hücumundan müdafiə sistemləri almaq istəyir. Eyni zamanda, müdafiə sazişi layihəsi çərçivəsində tərəflər Suriya ərazisində Türkiyəyə məxsus bir qrup hücum təyyarəsinin yerləşdiriləcəyi gözlənilən daimi Türkiyə hərbi bazalarının yaradılması üzərində işləyirlər. Bunlar fonunda Suriyada Netanyahu hökuməti sərt və ərazi məhdudiyyəti olmadan hərəkət etmək niyyətində olduğunu nümayiş etdirir. Bu ərəfədə baş nazir və müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə Druz icmasının yaşadığı Dəməşq ətrafı Jaramana qəsəbələrindən birini müdafiə etməyə hazırlaşmağı tapşırıb. Baş nazirin ofisi bildirib: “Biz Suriyadakı radikal İslamın terrorçu rejiminin druzlara hücum etməsinə imkan verməyəcəyik. Rejim druzlara zərbə vurmağa cəsarət etsə, bizim cavabımızla üzləşəcək”. İsrailin aktivləşməsinə səbəb bu yaxınlarda Jaramanada baş vermiş atışma olub və bu atışma zamanı iki keçid hökuməti polisi həlak olub. Dəməşq insidentdə vətəndaş qarşıdurması zamanı şəhərətrafı ərazini hərbiləşdirilmiş qruplardan qorumaq üçün cəlb edilmiş yerli özünümüdafiə qüvvələrini günahlandırıb. Nəticədə, keçid hökumətinin xüsusi təyinatlı qüvvələri silahlı elementlərin təslim olmasını və nəzarət-buraxılış məntəqələrinin sökülməsini tələb edərək Jaramanı mühasirəyə alıblar. Lakin İsrail rəsmiləri bu hadisəni açıq şəkildə Suriya hakimiyyətinin druzlara təzyiq cəhdi kimi şərh ediblər. Onlar xristianlarla birlikdə Jaramana əhalisinin mühüm bir hissəsini təşkil edirlər.

Netanyahu hökuməti etno-konfessional azlıqların maraqlarının qorunmasının İsrailin Suriyadakı siyasətinin təməl daşına çevrildiyini tamamilə açıq şəkildə bildirib. Yəhudi dövlətinin baş naziri İsrail ordusunun zabit kursunun məzunları qarşısında çıxışı zamanı bildirib ki, ölkəsi hazırda Suriyaya nəzarət edən islamçı qrupların “Dəməşqin cənubundakı ərazisinə daxil olmasına” icazə verməyəcək. İsrail tərəfi Quneytra, Dəraa və Suveyda əyalətləri də daxil olmaqla Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edib. Başqa bir məsələ də budur ki, suriyalı druzların özləri tətbiq olunan qoruyucu tədbirlərdən imtina etməyə çalışırlar. Suriyadakı druz icmasının ağsaqqalları birgə bəyanatda milli birliyi dəstəklədiklərini və hər hansı separatçı meylləri rədd etdiklərini bəyan ediblər. Tamamilə aydındır ki, druz ağsaqqallarının verdiyi mesajın əsas ünvançısı Dəməşq ətrafında fəaliyyət göstərən milis deyil, İsrail hökumətidir. Bütün bunlar təsdiq edir ki, Suriyada Türkiyə və İsrailin maraq toqquşması kəskinlşəcək. Bu şəraitdə onların ortaq məxrəcə gəlməsi üçün Azərbaycan vasitəçi ola bilər. Ölkəmizin belə bir təcrübəsi var. İndi də Türkiyənin əsas tərəfdaşı olan Azərbaycan Ankaranın İsraillə münasibətlərinin yenidən qurulmasında əsas rol oynaya bilər. Belə bir vasitəçi rolu Azərbaycanın İsraillə paylaşdığı ümumi məqsədlərdən və müsbət münasibətlərdən istifadə edəcək. Bundan əlavə, Azərbaycan İsraillə bir sıra strateji, iqtisadi və sosial əlaqələri bölüşür. Azərbaycan həm də israillilər üçün getdikcə cəlbedici turizm məkanına çevrilir və Azərbaycan həm də Qafqazın sonuncu yəhudi icmasının məskənidir. Bundan başqa, Azərbaycan coğrafi mövqeyinə görə Türkiyə ilə İsrail arasında normallaşma üçün mühüm rol oynaya bilər. Azərbaycanın Cənubi Qafqazı, Mərkəzi Asiyanı və Yaxın Şərqi birləşdirən coğrafi mövqeyini nəzərə alsaq, bu hal da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan daim iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün öz resurslarını səfərbər etməyə hazır olduğunu bəyan edib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ