Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Trampla Zelenski əsas bu məsələnin üstündə bir-birini "qırdı"... Kim haqlıdır?..

Image


Abutalıb Səmədov: "Zelenskiyə verilən vədlər onu bu haddə gətirib çatdırdı - məni oyuna saldınız, indi də Rusiyanın dediklərini icra etməyə çalışırsınız!"

28 fevral 2025-ci ildə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda, Ağ Evdə ikitərəfli görüş keçirib. Görüş qətnamə və qəbul edilməli olan razılaşma olmadan başa çatdı.

Zelenski ilə vitse-prezident Ceyms Devid Vens mübahisə etməyə başlayandan sonra Tramp Vensın tərəfini tutdu və Zelenskini sərt şəkildə tənqid etməyə başladı. Bu da səslərin ucalmasına və ciddi mübahisəyə səbəb oldu. Vens Ukrayna hökumətinin Rusiya-Ukrayna müharibəsinə diplomatik həll tapa bilmədiyini söylədi, Zelenski isə Vensın məsələni səhv başa düşdüyünü iddia etdi.

Zelenski ilə olan qarşıdurma daha sakit məcrada idi. Onu reportyorun sualı deyil, vitse-prezidentə yaxın adamların dediyinə görə, Zelenskinin davranışlarını uyğun hesab etməyən Vensin buna qarşılıq vermək arzusu alovlandırıb.

Bu görüşdən əvvəl Zelenski ilə senatorlar arasında baş tutan müzakirədə iştirak edən senator Şeldon Uaythaus görüşün əslində çox mehriban şəraitdə keçdiyini bildirib. Daha sonra isə o, Ağ Evdə Zelenskinin səsini qaldırmasını “Vensi otağa buraxanda belə şeylər olur”, – sözləri ilə şərh edib.

ABŞ-Ukrayna danışıqları iflasa uğradı. Zelenski deyib ki, təhlükəsizlik qarantiyası olmasa, Rusiya ilə sülh sazişi bağlamaq olmaz. Nə qədər doğru mövqedir, hansını ki, Trampdan başqa hamı dəstəkləyir?

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında Abutalıb Səmədov bildirdi ki, gərginliyin yaranmasına kim səbəb oldu, Zelenskinin Ağ Evdə dünyanın ən böyük dövlətinin prezidenti qarşısında özünü o şəkildə aparması nə dərəcədə düzgün idi, nədən bu qarşıdurma yarandı - biz əslində bu suallara cavab tapmalıyıq. Hər şeydən əvvəl münasibətlərin kəskinləşməsində Zelenskinin görüşə gecikməsi öz rolunu oynadı. Bu, təbii ki, Trampın xoşüna gəlmədi.

İkincisi, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, Zelenski görüşə rəsmi geyimdə (kostyum-qalustukda) gəlməkdən imtina etdi. Komandanın bəzi üzvləri kostyum geyinsə də, Zelenski ənənəvi geyimindən imtina etmədi. Görüşün gedişində isə Zelenski Trampı qıcıqlandıran bəyanatlar verdi. Onun tutduğu xəttin yanlış olduğunu, Avropanın yardımları barədə dediklərinin həqiqət olmadığını, təhlükəsizlik məsələsinin zəruri olduğunu və digər məsələləri dönə-dönə Trapmpın nəzərinə çatdırdı. Bu da Trampın xoşuna gəlmədi. Çünki bu adam özünü sülhyaratma missiyasına həsr edib. Sülhyaratma yolunu isə o, indiki şəraitdə Rusiya ilə atəşkəsin təmin edilməsi və sonrakı addımların atılmasında görür. Zelenski isə onu inandırmağa çalışır ki, sən yanlış yoldasan, Putinə inanmaq olmaz, biz ikimiz birlikdə Moskvaya təzyiq göstərməliyik. Bu tövsiyələr Trampı haldan çıxardı, amma o, uzun müddət dayandı. Lakin Zelenski deyəndə ki, sizin çox gözəl bir okeanınız var və siz hələ çox şeyi hiss etmirsiniz, biz azdan hiss edəcəksiniz, - Tramp dayana bilmədi və çox kəskin reaksiya verdi. Əslində Zelenski özünu belə aparmamalı idi. O başa düşməli idi ki, Tramp onun bu cür davranış tərzini qəbul etməyəcək. Zelenski nəyəsə nail olmaq istəyirsə, özünü Trampın istəklərinə uyğun aparmalı, ona təzyiq göstərmək yox, onu yola gətirmək cəhdini göstərməli idi. Zelenski bunu etmədi, çünki onu bu oyuna ABŞ salıb. Amma bu işi Tramp yox, Bayden edib. Dəfələrlə sülh yaratmaq şansının olmasına baxmayaraq, Bayden və Böyük Britaniyanın baş naziri imkan vermədi ki, Zelenski sülh razılaşmasına imza atsın.

Üstəlik, Zelenskiyə verilən vədlər onu bu haddə gətirib çatdırdı - məni oyuna saldınız, indi də Rusiyanın dediklərini icra etməyə çalışırsınız! Zelenski bu baxımdan, sözsüz ki, haqlıdır. Ancaq dövlət maraqlarını əsas götürsəydi, Ukraynanı düşünsəydi, o cür davranmazdı. O anlamalı idı ki, bu cür emosional davranış ona yaxşı heç nə vəd edə bilməz. Son nəticədə görüş yarımçıq başa çatdı, Zelenski Ağ Evdən qovuldu və dərin böhran yarandı. Vəziyyətdən çıxmağın yeganə yolu Zelenskinin hansısa formada üzr istəməsi və geri dönməsi ola bilər. Lakin imzalanacaq sülh sazişi artıq Ukraynanın xeyrinə olmayacaq. Zelenski bu vəziyyətlə barışmalıdır. Çünki ABŞ-nin köməyi olmadan Ukraynanın ayaqda qalması qeyri-mümkündür.

Zelenski anlamalıdir ki, Avropa Amerikanı əvəz edib, onun ölkəsinə təhlükəsizlik təminatı verə bilməz. Amerikanı əvəz etmək üçün yardımlar 2-3 dəfə artırılmalıdır. Avropa isə yardımları bu qədər artıra bilməz.

Üstəlik, ABŞ-nin yardımı olmadan dəstəyin artmasının da əhəmiyyəti yoxdu. Çunki ən mühüm silahları Amerika verirdi.

Eyni zamanda Avropa özünü Amerikaya qarşı qoymaz, çünki Avropanın özünun də təhlükəsizliyini Amerika təmin edir. Bu səbəbdən NATO-nun baş katibi Zelenskiyə təklif edir ki, Trampın zəhmətini qiymətləndirsin və unutmasın ki, tank vuran silahları Amerika vermişdi və onların hesabına rusların Kiyevə girməsinin qarşısını almaq mümkün oldu.

Bütün hallarda Zelenski özünə çox ciddi problemlər yaratdı.

ABŞ onu dəyişmək istəyərmi? Türkiyənin "Hürrüyet" qəzeti Trampa belə bir sual verib - Zelenskinin getməsini istəyirsinizmi? O isə cavab verib ki, mən sülhü imzalayacaq adam istəyirəm. Yəni bu Zelenski də ola bilər, o istəməsə, başqası da ola bilər. İndiki şəraitdə Ukraynada heç kim prezident olmaq istəməz. Çünki vəziyyət son dərəcə ağırdır. O sazişi imzalamaq çox böyük cəsarət tələb edir ki, bunu nə Zelenski, nə də başqa birisi edə bilər.

Hər halda, vəziyyət həddən ziyadə çətindir, Zelenski özünü də, Ukraynanı da çıxılmaz vəziyyətə saldı. Çox təəssüf ki, onun bu duruma düşməsində ABŞ-nin əvvəlki rəhbərliyi və Böyük Britaniya baş naziri əsas rolu oynadı. Ona vədlər verildi, "qrant veririk" deyildi, indi də Tramp tələb edir ki, sizə verilən pulları qaytarın. Zelenski belə bir ağır durumdadır və məncə, üzr istəməkdən başqa çarəsi yoxdur. O, hansısa formada Trampla münasibətləri sahmana salmalıdır. Vaşinqtonda imzalanması gözlənilən saziş artıq hazır idi. Zelenski də demişdi ki, bunu nazirlər imzalamalıdır, hər şey ABŞ-nin istəyindən asılıdır. Hələlik həm Tramp, həm də dövlət katibi üzr istəməyı tələb edir".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ