ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqların nəticəsiz qalmasından sonra Tramp və Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş prosesinin sürətləndiyi bildirilir.
CNN öz mənbələrə istinadən xəbər verir ki, Kiyev və Vaşinqton arasında Ukraynanın təbii sərvətləri ilə bağlı razılaşmanın pozulmasına görə, münaqişəyə son qoymaq üçün danışıqlar da ikinci plana keçəcək. Bunun əvəzinə, Ağ Ev və Kremlin ABŞ və Rusiya arasında “potensial gəlirli sövdələşmələrə” diqqət yetirəcəyi bildirilir.
CNN bildirib ki, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqların ikinci raundu tezliklə baş tuta bilər. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin sözlərinə görə, bu danışıqlarda “bəzi enerji sazişləri” müzakirə oluna bilər.
TAHİR