ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Zelenskini Ağ Evdən qovmasından sonra Kiyevin müttəfiqlərindən ABŞ-a sərt reaksiyalar gəlməkdə davam edir.
Norveçin neft və gəmiçilik şirkəti “Haltbakk Bunkers” isə Amerika gəmilərini yanacaqla təmin etməkdən imtina etdiyini açıqlayıb.
"Biz Amerikanın hazırkı prezidentinin və vitse-prezidentinin indiyə qədər ən möhtəşəm canlı şousunun şahidi olduq. ABŞ-ın xain televiziya şousu hazırlamasına baxmayaraq, Ukrayna prezidentinin təmkinliliyi və sakitliyi təqdirəlayiq idi", - şirkət sosial media hesabında bildirib.
Açıqlamada Norveçdəki Amerika qüvvələrinə və Norveç limanlarına gələn ABŞ gəmilərinə yanacaq tədarükünün dərhal dayandırıldığı bildirilib: "Amerikalılara yanacaq yoxdur! Biz bütün norveçliləri və avropalıları bizdən nümunə götürməyə çağırırıq".
TAHİR