ABŞ Ukrayna gərginliyi NATO-nun dağılmasına səbəb ola bilər. Belə bir açıqlama ilə NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis çıxış edib.
O, deyib ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya dəstəyi kəsmək istəyi alyansın sonunu gətirə və NATO Avropanın hərbi blokuna çevrilə bilər.
NATO-nun çox güman ki, son günlərini yaşadığını deyən Stavridis, Trampın üzv dövlətlərdən müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq tələbinin Avropada böyük narahatlığa səbəb olduğunu bildirib.
Admiralın fikrincə, Avropa ölkələri getdikcə ABŞ-a inamlarını şübhə altına alacaq və NATO daxilində Rusiya ilə Ukrayna arasında müharibədə kimin dəstəklənəcəyi ilə bağlı dərin fikir ayrılıqları yaranacaq.
TAHİR