ABŞ tərəfi rəsmi Londonun “Kiyevlə danışıqlara qayıdın” çağırışını rədd edib. Bloomberg xəbər verir ki, Tramp administrasiyası Zelenskidən açıq şəkildə üzr istəməsini gözlədiyini ona çatdırıb.
Mənbələrin fikrincə, belə bir üzrxahlıq iki ölkə arasında gərginliyi azalda və münasibətləri yenidən normallaşdıra bilər.
Fevralın 28-də Ağ Evdə Tramp və Zelenski arasında baş verən mübahisədən sonra Ukraynanın təbii sərvətləri ilə bağlı tərəflər arasında razılaşma imzalanmayıb. Ardından Tramp administrasiyası Kiyevlə danışıqları dayandırıb.
TAHİR