Qalmaqallı Tramp-Zelenski görüşündən sonra Rusiyanın Avropa demarşı daha qətiyyətli və kəskin xarakter alır.Belə ki,Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, son 500 il ərzində dünyada baş verən bütün faciələri Avropada yaranıb və ya Avropa siyasəti nəticəsində baş verib.
Rusiya Xarici İşlər Nazirliyinin saytında Lavrovun “Krasnaya Zvezda” media holdinqinə müsahibəsindən bir parça dərc olunub. “Müstəmləkəçilik, müharibələr, səlib yürüşləri, Krım müharibəsi, Napoleon, Birinci Dünya Müharibəsi, A.Hitler” - deyə Rusiyalı nazir sadalayıb. Və əlavə edib ki, tarixə nəzər salsaq, ABŞ heç bir təhrikedici və ya “qızışdırıcı” rol oynamayıb. Lavrov qeyd edib ki, ABŞ-ın yeni administrasiyası bütün müharibələrə son qoymaq niyyətini bəyan edib. “Bəs müharibə formasında “ziyafətin davamını” kim tələb edir? "Avropa" deyə Lavrov qeyd edib. Bir müddət əvvəl “Başqa Ukrayna” hərəkatının şurasının sədri Viktor Medvedçuk isə bildirib ki, ABŞ prezidenti Donald Trampın dəstəyinin itirən Zelenski müharibəni Avropaya “satmaq” niyyətindədir. Tramp isə öz növbəsində ABŞ-ın Ukraynadakı münaqişənin üçüncü dünya müharibəsinə çevrilməsinə imkan verməyəcəyini vurğulayıb.
Surxay Əliyev