Ağ Evdə" və ya bir məşhur dünya qəzetinin yazdığı kimi "Savaş evində" baş vermiş davalı müzakirədən sonra belə fikir var ki, Tramp var qüvvə ilə Zelenskinin hakimiyyətdən getməsinə, hətta devrilməsinə çalışacaq...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Tramp-Zelenski görüşündən saatlar sonra yazdığım ilk statusda bu variantın mümkünlüyünü qeyd etmişəm. Lakin...
Zelenskinin gedişindən sonra (istefadan, sui-qəsddən və ya başqa səbəbdən) Avropanın liderləri - Polşa, Almaniya, Fransa, Hollandiya, İspaniya, Belçika, Litva, Latviya. Estoniya, Britaniya, Finlandiya, NATO liderləri, azı 12 lider özləri ilə bağlı nələrin baş verə biləcəyini elə bilirsiz düşünmürlər? Əsla... Tramp onları da devirəcək? Ya onlar Zelenskinin devrilməsini sakitcə seyr edəcəklər? Zelenskinin onların özləri üçün də "ölüm, ya qalım" şansı olduğunu məgər bilmirlər? Hay, hay...
Tahir TAĞIYEV