3 gün əvvəl FB səhifəmdə tam da yazdığım kimi oldu. Yazmışdım ki, Qroznıda vurulmuş təyyarəmizin sağ qalmış 2 ekipaj üzvü Ramzan Kadırovun onları "təltif etdiyi" "Çeçenistan respublikasına" xidmət medalına sahib çıxsalar, çox təəccüblü olar. Bu da reallıq - 2 ekipaj üzvündən biri olan Zülfüqar Əsədov medaldan imtina etdi.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Digər bələdçi Aydan Rəhimovanın da bu addımı atacağını gözləyirik. Yazmışdım ki, bələdçilərimiz Çeçenistana yox, Azərbaycan dövlətinə xidmət edirlər. Azərbaycan dövlətindən haqq etdiklərini alıblar və gələcəkdə də alacaqlar.
Zülfüqar bəy sübut etdi ki, o həqiqətən Azərbaycan dövlətinə xidmət edir. Eyni jest Aydan xanımdan da gözlənilir...
Tahir TAĞIYEV