ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Zelenski ilə gərgin keçən görüşdən sonra sonra onu Ağ Evdən qovub. Bildirilir ki, Ukrayna nümayəndə heyəti Oval kabinetdəki mübahisədən sonra danışıqları davam etdirmək istəyib, lakin Tramp bunu rədd edib və Zelenskini qovub.
Amerika mediası Ağ Ev rəsmilərinə istinadən yazır ki, Tramp Zelenski ilə görüşündən sonra Ukrayna nümayəndə heyətinin Ağ Evi tərk etməsini istəyib və sülhə “hazır” olduqda geri qayıda biləcəklərini deyib.
CNN-ə danışan Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp Oval kabinetdəki qızğın görüşdən sonra Vans, dövlət katibi Marko Rubio və digər müşavirlərlə görüşüb.
Görüş zamanı Tramp Zelenskinin “danışıqlar aparacaq vəziyyətdə olmadığına” qərar verib və dövlət katibi Rubionu və milli təhlükəsizlik müşaviri Valsı başqa otaqda gözləyən Ukrayna nümayəndə heyətinin yanına göndərib.
Vans və Rubio Zelenskinin və digər nümayəndə heyəti üzvlərinin gözlədiyi otağa keçərək Trampın “Ukraynalılar Ağ Evi tərk edə bilərlər” mesajını çatdırıblar. Zelenski də bu mesajın ona çatdırılmasından sonra Ağ Evi tərk edib.
TAHİR