Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Fransa mediası Trampı "50 illik KQB agenti" adlandırdı...

Image


Elşad Həsənov: “Qazaxıstan kimi bir dövlətin təhlükəsizlik naziri olmuş bir adam hər halda feyk xəbər yaymaz”

Fransanın həftəlik jurnallarından biri olan “Le Point” bu həftə üz qabığında ABŞ-ın 47-ci prezidenti Donald Trampa yer verib, Trampın şəklinin altına isə bu sözləri yazıb - “Moskva adamı”. “Moskvanın adamı” başlıqlı yazıda ABŞ prezidentinin Moskva ilə münasibətlərindən bəhs edilir və Trampın keçmiş KQB agenti olduğu iddia edilir.

Jurnal onun 1980-ci illərdə KQB tərəfindən istifadə oluna biləcəyini iddia edib. Trampın KQB agenti olması ilə bağlı iddianı 1990-cı illərin əvvəllərində Fransada KQB agenti işləyən və sonra sığınacaq istəyən Sergey Jirnov irəli sürüb. Jirnov iddiasında KQB-nin altıncı şöbəsinin keçmiş əməkdaşı Elnur Musayevə istinad edib.

Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Musayevin sözlərinə görə, KQB Trampı “Krasnov” kod adı ilə işə götürüb. KQB-nin altıncı şöbəsinin ən mühüm iş sahəsi zəngin Qərb iş adamları arasında casuslar və məlumat mənbələri əldə etmək olub.

Avropa ilə ABŞ münasibətlərinin gərginləşməsi şəraitində Fransa qəzetinin heç bir ciddi sübut olmadan Trampı KQB agenti adlandırması nə məqsədə xidmət edir?

“Birinci prezidentlik dövründə də Putinlə apardığı danışıqlardan sonra söylədiyi fikirlərə görə Trampı “Moskvanın adamı”, “KQB-nin agenti” adlandırdılar”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Tramp hələ birinci prezidentliyi dövründə Mosvaya səfəri zamanı müsahibəsində Putinlə görüşündən çox sevindiyini, Putinin çox güclü bir şəxsiyyət olduğunu və özünün ona etibar edən, inanan bir adam olduğunu bildirirdi. “Bu çıxışından sonra dünyada, o cümlədən, ABŞ-da ona qarşı çox kəskin ifadələr işlədildi. Sonra isə o, sözünü düzəldərək bildirdi ki, mənim fikrim tam olaraq düzgün başa düşülməyib. Bu yadımdadır. Tramp hakimiyyətdə olduğu bu 38 gün ərzində, necə deyərlər, hələ qırxı çıxmamış artıq dünyanı, eləcə də ABŞ-ın özünü qarışdırdı. Orda Rusiyanın əlinə oynayacaq çox böyük işlər gördü. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının buraxılması, Mərkəzi Kəşfiyyat İdarəsinin işçilərinin könüllü şəkildə işdən çıxıb getməsi, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının işdən çıxarılması haqqında verdiyi direktivlər və eyni zamanda “büdcəyə qənaət etmək” adı altında bir çox təşkilatlarda aparılan ixtisarlar ABŞ-da ciddi təpkilərlə qarşılanır, etirazlara səbəb olur. Artıq Konqresdə Trampa qarşı çox ciddi basqılar var. Onun siyasəti bu cür davam edərsə, o bu prezidentlik müddətini başa vura bilməyəcək, ya impiçment edib onu çıxaracaqlar, ya da vuracaqlar. Yəni bu cür siyasətlə həm dünyanı, həm ABŞ-ı qarışdırır. Tramp Putinlə saat yarımlıq telefon danışığından və fevralın 18-də ABŞ və Rusiya nümayəndələri arasında keçirilən görüşdən sonra Putini sanki böyük bir şəxsiyyət, dünya siyasətində əvəzolunmaz bir şəxsiyyət kimi göstərməyə çalışır, onu diktator adlandırmaqdan yayınır. Ancaq demokratik seçkilər nəticəsində Ukraynada prezident seçilmiş, ölkəsi basqına məruz qalmış və ölkəsi işğal olunmuş, Rusiyaya qarşı qəhrəmancasına döyüşən Zelenskini isə “diktator” adlandırır. Yəni bu da hamının gözü qarşısında baş verir, dünya siyasiləri, dünya ictimaiyyəti bunu görür və doğrudan da qəzəblənir. Ona görə də, Trampın reytinqi sürətli dərəcədə aşağı düşür. Eyni zamanda ABŞ-da aparılan sosial sorğulara əsasən Respublikaçılar arasında Putinin reytinqi aşağıdır, 73 faiz onu istəmir. Demokratlarda isə 93 faiz Putinə nifrət edir. Yəni onu diktator, qaniçən, cəllad adlandırırlar. Çünki Putin öz slavyan qardaşı olan Ukraynaya hücum etdi və bu müharibə üç ildən artıqdır davam edir, müharibədə də artıq yüzminlərlə insan həlak olub, yaralanıb, bu müharibədən milyonlarla insan çox böyük əzab-əziyyət çəkib. Bütün bunların müqabilində Tramp jurnalistlərin verdiyi israrlı suallardan da, hətta konqresmenlərin söylədyi fikirlərdən də yayınır, Putini diktator adlandırmır, Putinlə münasibətləri yaxşılaşdırmaq və onunla iş birliyi qurmaq istəyir. Bu da, təbii ki, ABŞ-da ciddi etirazlara səbəb olur”.

Trampın keçmiş KQB agenti olduğu iddiasına gəlincə, E.Həsənovun sözlərinə görə, bu artıq sosial şəbəkələrdə də yayılıb və əvvəllər də belə iddialar gündəmə gəlib. “Birinci prezidentlik dövründə də Putinlə apardığı danışıqlardan sonra söylədiyi fikirlərə görə Trampı “Moskvanın adamı”, “KQB-nin agenti” adlandırdılar. Ümumiyyətlə, xüsusi xidmət orqanlarının tarixində həmişə başqa ölkələrdə prespektivli gənclərin, prespektivli biznesmenlərin gələcəkdə daha böyük dövlət strukturlarında yerləşdirilməsi yönündə xüsusi əməliyyatlar keçirilir, xüsusi planlar cızılır. Bu istiqamətdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin çox böyük işləri olub, biz vaxtilə bunun müəyyən hissələri haqda oxumuşuq, bilirik. Elə İkinci Dünya müharibəsindən əvvəl SSRİ kəşfiyyatı İngiltərə kəşfiyyatçıları içindən Kim Filbi ləqəbli dünyada məşhur olan bir xüsusi xidmət orqanı əməkdaşını hələ tələbə olan vaxtı Kominternə üzv etmişdilər. Yəni kommunizmə böyük rəğbətini görüb, agentliyə cəlb edib onunla ciddi iş aparmışdılar, Kim Filbi SIS-a ( Böyük Britaniyanın xarici kəşfiyyat orqanı olan İngilis Gizli Xəbəralma Təşkilatı ) yerləşdirmişdilər. O, da çox qeyri-adi bacarığı ilə irəliləmişdi və sonra onu mərkəzi kəşfiyyat idarəsinə yerləşdirmişdilər. Onun dostları sayəsində o vaxt SSRİ-yə nüvə silahını əldə etməyin texnologiyasını gətirdilər. Yəni bu hər zaman hər bir kəşfiyyat orqanlarının qarşısında duran ən böyük məqsədlərdən biridir ki, hər bir ölkənin yüksək vəzifəli nümayəndəsini ələ keçirsin və ondan öz dövlətinin maraqlarına uyğun istifadə etsinlər. Sovetin dağılmasında da bu çox böyük rol oynadı. Həmin dövrdə SSRİ-nin BMT-dəki nümayəndəsi İvanovu ABŞ kəşfiyyatı ələ keçirmişdi, onu çox ciddi hazırlamışdılar. O, sonra Moskvaya qayıtdı və SSRİ Mərkəzi Komitəsinin ideologiya üzrə katibi oldu və Qorboçovu da o ələ keçirdi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin planlarını reallaşdırdı. Bəli, Qorboçov da o zaman Amerikanın kəşfiyyat orqanlarına gizli formada olsa da xidmət etdi və SSRİ-ni dağıtdılar. Yəni belə bir agentin əldə olunması çox uzun illərin işidir. Tramp da KQB-nin agenti olubsa, bu doğrudan da belədirsə, bu, SSRİ Dövlət Təhüləsizlik Komitəsinin çox böyük işlərindən biridir. Bu da inandırıcıdır, Tramp Rusiyaya gələn zaman gənc olub. Bunu söyləyən Sergey Jirnov o vaxt Fransada kəşfiyyat xətti ilə işləyirmiş, o, KQB-nin keçmiş zabitidir, polkovnikdir, Fransada yaşayır. Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Elnur Musayev də öz xatirələrində danışır ki, keçən əsrin 80-ci illərində Tramp SSRİ KQB-si tərəfindən agentliyə cəlb olunub və ona “Krasnov” kod adı verilib. Yəni Qazaxıstan kimi bir dövlətin təhlükəsizlik naziri olmuş bir adam hər halda feyk xəbər yaymaz. Mən bunu tam təsdiqləyə bilmərəm, çünki onun sənədlərini, agentura işini görməmişəm, ancaq əməllərindən görünür ki, Tramp Putinin, Rusiyanın çox sadiq adamıdır, Rusiyaya rəğbəti olan adamdır, sanki Rusiyanın tapşırığı ilə bu gün ABŞ cəmiyyətini parçalayır, dövlət strukturlarını dağıdır. Necə ki, bunu keçən əsrin 90-cı illərinin əvvəllərində Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırığı ilə Qorboçov və onun SSRİ Dövlət Təşlükəsizlik Komitəsinə gətirdiyi Bakatin etdilər. Təsəvvür edin ki, Bakatin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin agenturasını Amerikanın arasına atdı. Məhz həmin dövrdə Yeltsin Kommunist Partiyasını qadağan etdi və gedib ABŞ Konqresində çıxış edərək bildirdi ki, mən kommunizmi bağladım, məhv etdim, yaşasın Amerika, Allah Amerikanı qorusun. Yəni belə dövlət maraqlarını satan adamlar olub, bu gün də var, həmişə də olacaq. Bu gün də sanki Tramp da Amerikanın Yeltsini kimi çıxış edir, Amerika cəmiyyətini dağıtmağa çalışır, dərin dövlətin çox güclü dayağı olan Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Təhlükəsizlik Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına 8 aylıq müavinət verib onları işdən azad etmək haqqında qərar verib. Yəni bunlar hamısı Amerikanın dağılmasına, parçalanmasına gətirib çıxaran məsələlərdir. Bunu da Rusiyanın marağına xidmət edən adam edə bilər. Məhz bu, Rusiyanın maraqlarına xidmət edən addımlardır. Tramp bugünə qədərki çıxışlarında Rusiyanın vəkili, Moskvanın adamı kimi çıxış edir. Bu isə doğrudan da çox ciddi təəccüblə və etirazla qarşılanır”.

Siyasi ekspertin fikrincə, yaxın vaxtlarda Tramp özü siyasətini dəyişməsə, bu cür siyasətini davam etdirsə, tezliklə ABŞ-da ona qarşı etirazlar olacaq və ona prezidentlik müddətini başa vurmağa imkan verməyəcəklər. “Yenə də deyirəm, ya onu vurub öldürəcəklər, ya da impiçment elan edib çıxaracaqlar. Amerika belə satqınlığı, özünə qarşı aparılan belə bir işi qəbul edə bilməz. Bu mənada biz qarşıdakı aylarda Trampın hərəkətlərində, siyasətində dəyişiklik görməsək, bu cür davam etsə, Rusiyanın təbliğatı ilə məşğul olsa bu zaman ABŞ-da ona qarşı ciddi tədbirlər görüləcək” - deyə E.Həsənov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ