Fransa Azərbaycanın Yeni Kaledoniya ərazisi ilə bağlı “sabitliyi pozan” siyasətini, xüsusən də onun müstəqilliyi ilə bağlı çağırışları dəstəkləməsini yenidən tənqid edib. “Le Figaro” xəbər verir ki, Yeni Kaledoniyaya səfəri zamanı müstəmləkələr naziri Manuel Valls Fransanın Yeni Kaledoniya ətrafındakı vəziyyətə kənar müdaxilələrə qarşı bütün vasitələrdən istifadə edəcəyin dilə gətirərək,Azərbaycanın “sabitliyi pozan” siyasətini tənqid edib. Valls iddia edib ki, Azərbaycanın Yeni Kaledoniya ilə bağlı ritorikası ona “qəribə”görünür. “Qarabağda “etnik təmizləmə” aparan, bir ölkədən gələn bəyanatlar açıq şəkildə göstərir ki, onun marağı burada kimisə qorumaq deyil, Fransaya zərər verməkdir”-deyə fransalı nazir vurğulayıb.
Olmayan “etnik təmizləmə”dən dəm vuran fransalı nazirin haq yoluna gəlməsini gözləməsək də,əsil etnik təmizləməni görmək və həqiqətin üzünə dik baxmaq üçün ona müdafiə etdiyi erməni ətrafına baxmağı və o cümlədən özünün qaranlıq keçmişinə nəzər salmağı tövsiyyə edərdik.Görünür Fransanın mestəmləkələrində get-gedə genişlənən azadlıq hərakatları və Azərbaycanın həmişə olduğu kimi haqq yolundakı bu çağırışlara,hərakatlara verdiyi dəstək Fransa rəhbərliyini və bu müstəmləkə nazirini möhkəm narahat edir.Ancaq qoy onlar bilsinlər ki,haq nazilər,ancaq üzülməz
Suraxay Əliyev