Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Bakı-İrəvan sülh prosesi fəallaşan vaxtda Avroittifaq missiyası sərhəddə təxribata baş vurdu...

Image


İbrahim Rüstəmli: “Aİ missiyasının məqsədi Ermənistanı Azərbaycana qarşı növbəti təxribata sövq etmək, sülh prosesini pozmaqdır”

Avropa İttifaqının (Aİ) “müşahidəçilər"inin sərhəddə fəallığı səngimir. Bununla bağlı mətbuatda yeni görüntülər yayılıb. Qeyd olunur ki, Aİ-yə məxsus üç ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq ərazilərimizi izləməyə başlayıblar.

"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onlar bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyir.

Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yenə sərhəddə görsənməsi, onların sərhəddə yerləşməsi həddən artıq həssas məsələdir. Azərbaycan bundan narazıdır və biz onları qəbul etmirik. Bütün bunlara baxmayaraq, onlar sərhəddə yenidən görsəniblər və binoklla müşahidə aparıblar.

Birincisi, bir müddət əvvəl Prezident İlham Əliyev bu məsələyə yenə də toxundu və dedi ki, binoklla baxmaq mənfi yanaşmadır. Prezident qeyd edirdi ki, “Binokl diplomatiyası” heç cür qəbuledilən deyil. Adam dost tərəfə binoklla baxmaz ki. Gəlmək istəyirsizsə, gəlin baxın, yoxsa sərhəddə nə axtarırsınız? Siz Azərbaycana rəsmi səfərə gəlin, Azərbaycan sizi həmin o sərhədə aparsın və hansı hərbi hissəyə baxmaq istəyirsiz baxın. Bu mümkündü.

İkincisi, məsələnin belə həssas dönəmində Azərbaycan İrəvana 12-ci sülh sazişi paketini verdi, cavab gözləyir. Paşinyan o paketə olduqca əbdrabadi bir izah verdi, nə danışdı heç özü də bilmədi. Ümumi nəticə budur ki, Paşinyan sülhə gəlmək istəmir. O biri tərəfdən sülh sazişinin imzalanmasında bir durğunluq əmələ gəlib. Baxın, belə həssas bir vəziyyətdə Aİ missiyasının üzvlərinin sərhədlərdə görsənməsi Azərbaycanı açıq şəkildə qızışdırmaq, provokasiyaya çəkmək cəhdi deyilmi?

“Aİ-nin “mülki missiyasının” sərhəddə görünməsi və binoklla müşahidə aparması qəbuledilməzdir, təxribat xarakterlidir”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Aİ-nin bütövlükdə Qarabağ probleminə, Ermənistanın torpaqlarımızı işğal etməsi məsələsinə münasibəti hər kəs üçün aydındır. “Biz təqribən 30 ilə yaxın bir müddət ərzində Avropa Birliyinin, BMT-nin, eləcə də digər beynəlxalq təsisatlatın, hüquqi institutların və dövlətlərin mövqeyini gözlədik, bu mövqe problemin həlli baxımından heç bir produktivliyi ilə seçilmədi. Əslində bu belə idi ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı. Azərbaycanın ərazi bütövlüyünü tanımaq dolayısı ilə Ermənistanın işğalçı bir dövlət olduğunu danmaq demək idi. Lakin problemin həlli üçün bu kifayət etmirdi. Ona görə də, Azərbaycan istər beynəlxalq təşkilatların, istərsə də bir sıra missiyaların yerinə yetirməli olduğu işi öz üzərinə götürdü və 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi. İndi Aİ-ni narahat edən məsələ nədən ibarətdir? Azərbaycan öz torpaqlarını düşmənlərdən təmizləyib, Azərbaycanın heç bir dövlətin ərazisinə qarşı iddiası yoxdur. Ancaq bu gün Aİ missiyasının üzvlərinin hərəsi əlinə bir binokl alıb o binoklla Azərbaycan ərazisini müşahidə edir. Elə bil ki, Azərbaycan hansısa başqa, yad, düşmən, təcavüzkar bir ölkədir, halbuki, Azərbaycan 30 il müddətində təcavüzə məruz qalmış ölkədir. Yəni elə imitasiya edirlər ki, adamda belə təsəvvür yaranır, sanki torpağı işğal olunan Ermənistan imiş, xalqı qırğına məruz qalan, hərbi təxavüzə məruz qalan ermənilər imiş, Xocalı faciəsi ermənilərin başına gətirilibmiş. Ağdaban, Çaylı, Qaradağlı kimi o qədər faciələr yaşamışıq ki. Sanki bunlar hamısı ermənilərin başına gətirilmiş faciələrdir, sanki əzilən bunlar olub. Halbuki, bütün bunlar bizim dinc xalqımızın başına açılan oyunlardır. Bilirsiz, burda Avropa İttifaqını nə Azərbaycan xalqının, nə də erməni xalqının, əgər ermənilərə xalq demək mümünsə, taleyi maraqlandırmır. Burda o öz maraqlarına uyğun davranır. Cənubi Qafqaz Avropa İttifaqının da, bir sıra Qərb dövlətlərinin də maraqlarının toqquşduğu bir məkandır. İndiki dövrdə, yeni geosiyasi reallıqların yarandığı bir vaxtda onlar Cənubi Qafqaza özünü zəif bənd kimi göstərən və davamlı şəkildə bu missiyanı davam etdirən Ermənistan vasitəsilə sızırlar. Ona görə də Azərbaycan həyata keçirdiyi müstəqil siyasət nəticəsində onların Azərbaycanda at oynatmasına, onların Azərbaycanla başqaları ilə danışdığı dildə danışmasına imkan vermir. Azərbaycan konkret siyasi xətti olan bir ölkədir, onun vahid siyasi kursu var və siyasi kurs onun ərazi bütövlüyünün, suverenliyinin əsas qarantıdır”.

İ.Rüstəmli bir daha qeyd etdi ki, Azərbaycan heç bir ölkənin ərazisinə qarşı torpaq iddiası ilə çıxış etmir. “Ona görə də cənab Prezident çox mükəmməl şəkildə vurğulayıb ki, siz bizim əraziyə niyə binoklla baxırsınız? Əgər siz özünüzü bizə dost sayırsınızsa, bu nə hərəkətdir? Bu utanc gətirən hərəkətdir, əskiklikdir. Hərəsi əlinə bir binokl alıb Azərbaycanın ərazisinə baxır. Nəyə baxısınız? Torpaqlarımız 30 il işğalda olduğu dövrdə heç gəlib Azərbaycanda əlinizə binokl alıb erməniləri müşahidə etməmişdiniz. Niyə Xocalı, Ağdaban, Qaradağlı faciələrində əlinizə binokl alıb baxmırdınız? Yəni Azərbaycan prezidentinin də dediklərindən əsas anlaşılan odur ki, gəlin, siyasi missiyanı siyasi missiya kimi həyata keçirin. Yəni “binokl diplomatiyası” nəyə lazım? Siz hansı dövrdə yaşayırsınız, ya Azərbaycanı nə hesab edirsiniz? Binokl siyasəti ilə siz nəyə nail olacaqsınız?”

İ.Rüstəmli hesab edir ki, indiki həssas durumda Aİ missiyasının üzvlərinin sərhədlərdə görsənməsi təhlükəli tendensiyadır və məqsəd növbəti təxribata nail olmaqdır. “Aİ-nin “mülki missiyasının” sərhəddə görünməsi və binoklla müşahidə aparması qəbuledilməzdir, təxribat xarakterlidir. Təbii, bu elə bir məsələdir ki, heç bir əndazəyə sığmır və bu baxımdan ona nə siyasi, nə hüquqi baxımdan şərh vermək olmur. Onlar burda özlərinə aid olmayan məsələlərlə məşğul olurlar. Aİ missiyasının məqsədi Ermənistanı Azərbaycana qarşı növbəti təxribata sövq etmək, sülh prosesini pozmaqdır. Bütün dünya yaxşı bilir ki, Azərbaycan Ermənistanla sülh sazişini imzalamaqda maraqlıdır. Biz artıq 12-ci sülh sazişi paketini Ermənistana təqdim etmişik. Lakin hələ bu paketə adekvat cavab verilmir, konstruktiv mövqe nümayiş olunmur. Belə bir vəziyyətdə Aİ nümayəndələrinin sərhəddə binoklla müşahidə aparması ümümi işimizin xeyrinə deyil. Bütün bunlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə maneçilik törətmək anlamına da gələ bilər. Bu da mümkündür. Burda bir təxribat məqsədi də var. Azərbaycanın mövqeyi ortadadır və bunu bəyan edib. Bütün bunların müqabilində Aİ missiyasının bu davranışı nə siyasi etikaya sığır, nə də hüquqi normalara. İndiki həssas məqamda Aİ nümayəndələrinin daha konstruktiv mövqe tutması böyük önəm daşıyır” - deyə İ.Rüstəmli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ