Cümə axşamı günü, 20 avqust 2026
     

Trampın media ilə müharibəsi dünya üçün yoluxucu təhlükəyə çevrilə bilər...

Image


Xəyal Bəşirov: “Trampın bu addımı təhlükəli yanaşmalara yol aça, dünya üzrə media azadlığına da təsir göstərə bilər, qurunun oduna yaş da yanar”

ABŞ prezidenti Donald Trampın həm daxili, həm də xarici siyasətdə atdığı sərt addımların şahidi oluruq. Trampın növbəti hədəfi “anonim mənbələrdən” istifadə edən media qurumları və yazarlardır.

O, “anonim mənbələrdən” istifadə edən media qurumlarını və yazarları məhkəməyə verəcəyi ilə hədələyib. Tramp “Truth Social” hesabında verdiyi açıqlamada bildirib ki, son vaxtlar “anonim” və ya “qeyddən kənar” sitatlar olan saxta kitablar və hekayələr ortaya çıxıb.

Tramp deyib ki, sözügedən müəlliflər “uydurma”, “böhtan” və “açıq-aşkar fırıldaqçılığa” görə ağır bədəl ödəməlidir: “Bu anonim mənbələrin olub-olmadığını öyrənmək üçün nə vaxtsa bu fırıldaqçı müəlliflərdən və kitab nəşriyyatlarından bəzilərini, hətta ümumiyyətlə medianı məhkəməyə verəcəyəm”.

Tramp başqa bir paylaşımında isə “Wall Street Journal”ı (WSJ) hədəf alıb və qəzeti "yanlış" məlumatlar yaymaqda ittiham edib.

Bu arada, “Reuters”, “Associated Press” və “Bloomberg News” birgə bəyanat yayaraq, ABŞ hökumətinin "ABŞ prezidenti Donald Trampa çıxışı olan xəbər agentliklərinin sayını məhdudlaşdırmaq üçün atacağı mümkün addımları” tənqid ediblər.

Trampla bir sıra nəhəng media qurumları arasında belə gərgin münasibətlər bütün dünya üzrə media azadlığının perspektivinə necə təsir edə bilər?

“ABŞ prezidentinin qisasçılıq məqsədilə sərgilədiyi sərt mövqe dünya üçün təhlükəli, mənfi presedentə çevrilə bilər”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində “Donald Trampın bu addımı nəhəng media qurumlarına olan reaksiyasıdır, onlara olan münasibətidir. Tramp hakimiyyətə gələndən sonra 2020-ci ildə keçirilən seçkilər zamanı məğlubiyyətində rolu olan və sonrakı dönəmdə ona qarşı fəaliyyət göstərən şəxslərə, qurumlara, təsisatlara qarşı sanki intiqam hisslərini açıq şəkildə büruzə verir, onlardan qisas alacağını aydın formada bəyan edir. Düşünürəm ki, ayrı-ayrı media qurumlarına, beynəlxalq təşkilatlara, hətta müxtəlif şəxlərə münasibətdə ABŞ kimi dünyada söz sahibi olan fövqəl bir dövlətin rəhbərinin belə bir addım atması əslində Amerikanın özünün adına müəyyən mənada xələl gətirir. Çünki burda ümumi yanaşma tərzi ortaya qoymaq heç də ədalətli olmaz. Amma bir amili də unutmayaq, Tramp da öz addımlarında, öz fikirlərində haqsız deyil. Şünki bu media qurumlarının, beynəlxalq təşkilatların böyük əksəriyyəti ayrı-ayrı şəxslərin, siyasətçilərin maraqlarına xidmət edib. O şəxslər də beynəlxalq aləmdə nüfuz sahibləridirlər, onların addımları ədalətsiz, qərəzli olub. Onlar təkcə Trampa qarşı deyil, dünyada ayrı-ayrı proseslərə qarşı belə qərəzli addımları ilə seçiliblər. Bilirik ki, dünyada fəaliyyət göstərən böyük media qurumlarının bir çoxu deinformasiya yaymaqla məşğuldurlar. Heç bir əsası olmayan məlumatları yaymaqla ayrı-ayrı dövlətlərə, şəxslərə, ünvanlara təsir göstərmək üçün bu siyasətdən istifadə ediblər. İndi Trampın əlinə hakimiyyət keçib, əlində güc var, söz sahibidir və bunların əməllərini açıq şəkildə ifşa edir. USAİD-in fəaliyyətini ifşa etmək qərəzlilik, ədalətsizlik deyil, əksinə ədalətlilikdir. USAİD ayrı-ayrı dövlətlərdə çevriliş etmək, onların daxili işlərinə qarışmaq, xaos yaratmaqla, bir sıra xoşagəlməz addımlar atmaqla fəaliyyət göstərib. Müxtəlif dövlətlərin içərisində vətəndaş cəmiyyəti nümayəndələrinə qrant ayırmaq adı altında özləri üçün qüvvələr, güclər saxlayıblar. Bu da, təbii ki, artıq ifşa olunmuş bir prosesdir. Düşünürəm ki, o media qurumlarının da əksəriyyəti zamanında ayrı-ayrı dövlətlərinin daxili işlərinə qarışan və qərəzli mövqe qurumları olub” - deyə bildirdi.

X.Bəşirov hesab edir ki, o media qurumlarının Azərbaycana münasibətinə diqqət yetirməklə onların hansı əməllərlə məşğul olduğunu demək olar. Onların daim Azərbaycana qarşı qərəzli mövqe nümayuş etdirdiyini, Ermənistanın tərəfini tudtuğunu deyən X.Bəşirov qeyd etdi ki, o media qurumlarının heç biri keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar reallığı əks etdirən məlumatlar, informasiyalar paylaşmayıb, yaymayıb. “Sözümün canı odur ki, bu gün Trampın hədəfinə tuş gələn media qurumlarının heç də hamısı günahsız deyil və onlar şəffaf, ədalətli məlumatlar yayan media resursları deyil. Onların bir çoxu elə “anonim mənbələr” əsasında qərəzli informasiyalar yayıb. Bir çoxu təkcə Trampa qarşı deyil, dünyada gedən proseslərə yanaşmada informasiyaları öz maraqlarına uyğun şəkildə paylaşıb. İndi, necə deyərlər, daş qayaya rast gəlib. Vaxtilə onların dezinformasiyasına, yalanlarına tuş gələn, həqiqətləri əks etdirməyən hücumlarına məruz qalan şəxs artıq onlardan daha güclü olub, ABŞ kimi bir dövlətin rəhbəri seçilib. Təbii ki, onların fəaliyyətini ifşa etmək onun gücü daxilindədir. Onun səsləndirdiyi məlumatları bütün dünya eşidir. Bu prosesdə onlar daha zəif duruma düşür. Bu proses ciddi rezonans doğurub, bundan sonra da doğuracaq. Gələcəkdə kimin qalib gələcəyini deyə bilmərik. Amma biz bir sıra gizlinlərin açıldığının şahidi oluruq, bundan sonra da olacağıq”.

Trampın bu qərarına bir neçə rakursdan yanaşan X.Bəşirovun sözlərinə görə, həm də ABŞ prezidentinin qisasçılıq mövqeyindən atdığı bu addımların dünya mediası üçün mənfi presedentlər yaratma ehtimalı da az deyil. “Trampın bu addımı təhlükəli yanaşmalara yol aça, dünya üzrə media azadlığına da təsir göstərə bilər, qurunun oduna yaş da yanar. Uzağa getməyək, Fransa və onun kimi ölkələr də bu addımları təkrarlaya bilərlər. Fransanın söz və mətbuat azadlığına, jurnalistlərin sərbəst fəaliyyətinə qarşı qərəzli addımlarını bütün dünya bilir. Yadınıza gəlirsə, keçən ilin əvvəllərində Yeni Kaledoniyada baş verən prosesləri şəffaf formada işıqlandırmaq üçün AzərTAc-ın müxbiri ora səfər etmişdi. Emmanuel Makron administrasiyası ordan onu qanunsuz olaraq, heç bir əsas gətirmədən deportasiya etdi. Sonra Fransanın daxili işlər naziri, ardınca da xarici işlər naziri əsassız olaraq Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etdi. Yəni Tampın media ilə müharibəsi sui-istifadə hallarına yol aça bilər, Fransa kimi dövlətlər media qurumlarına, informasiya sahəsində çalışan şəxslərə qarşı addımlar ata bilər. Bu baxımdan, hesab edirəm ki, bu tendensiya çox təhlükəlidir və necə deyərlər, yoluxucu xəstəlik kimi bütün dünyaya yayıla bilər. ABŞ prezidentinin qisasçılıq məqsədilə sərgilədiyi sərt mövqe dünya üçün təhlükəli, mənfi presedentə çevrilə bilər” - deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzinin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinada bir bazadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ