Rusiya ABŞ-a Donbas və Zaporojye bölgələrində nadir torpaqlar və digər qiymətli metallar üzərində mülkiyyət hüquqlarını ehtiva edən müqavilə təklif edib. Bu barədə məlumat yayan NBC telekanalı mənbələr istinadən bildirir ki, bu təklif fevralın 18-də Səudiyyə Ərəbistanında keçirilən Rusiya-ABŞ danışıqları zamanı gündəmə gəlib.
ABŞ nümayəndə heyəti təklifə qəti cavab verməsə də, mümkünlüyünü tamamilə istisna da etməyib. Keçmiş amerikalı bir diplomat Trampın sövdələşmələrə açıq olduğunu və Putinin də buna qarşılıq bir addım atdığını deyib.
Qeyd edək ki, Rusiya prezidenti Putin də fevralın 24-də verdiyi açıqlamada “Biz tarixən bizə məxsus olan və Rusiyaya qayıdan yeni ərazilərdə mədən layihələrinə xarici tərəfdaşları cəlb etməyə hazırıq” deyib.
ABŞ prezidenti Tramp isə fevralın 26-da mövzu ilə bağlı açıqlama verərək, Rusiyadan da nadir metallar almaq istədiklərini deyib: "Mümkün olsa, Rusiyadan da nadir torpaq metalları almaq istərdim. Həm Rusiyanın, həm də Ukraynanın bu mövzuda əhəmiyyətli qaynaqları var".
TAHİR