çərşənbə günü, 11 noyabr 2026
     

Paşinyan Rusiyanın hərbi bazasını ölkədən çıxarmağa başladı...

Image


Rəsmi İrəvanın anti-Rusiya siyasətinin getdikcə daha açıq müstəviyə keçməsi müşahidə edilir və bu, “Milli Demokratik Qütb” siyasi hərəkatının ötən bazar keçirdiyi aksiya fonunda özünü bir daha qabarıq büruzə verdi. Özünü müxalifət adlandıran bu hərəkat, əslində, hakimiyyət rəhbərliyinə yaxınlığı ilə tanınır. Qurum yanvarın 8-də Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası qarşısında aksiya təşkil edib. Keçirilən aksiyada 100-dən çox adamın saxlandığı bildirilir.

Aksiyanın təşkilatçısı kimi çıxış edən “Milli Demokratik Qütb” siyasi hərəkatının məlumatına  görə, aksiyaçılar Rusiya hərbi bazasından Laçın yolunda nəqliyyatın hərəkətini bərpa etməyi tələb ediblər. O da qeyd olunur ki, aksiyaçılar bəyan ediblər ki, Rusiya sülhməramlıları fəal addımlar atmasalar, nümayişçilər onları “işğalçı” elan etməyə hazırdır. “Milli Demokratik Qütb”ün üzvü Vahe Qasparyan bildirib: “Biz bütün dünyaya göstərəcəyik ki, Ermənistan Rusiyanın 102-ci baza ilə təmsil olunan rus qoşunları tərəfindən işğal edilib”. Gümrüdəki etirazçılar əllərində “Rusiya düşməndir”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma”, “Rusiya işğalına yox” yazılı plakatlar tutublar. Etirazçılar Rusiya prezidenti Vladimir Putinin ünvanına ağır söyüşlər səsləndiriblər. Bununla yanaşı, ermənilər “Slava Ukrainı” şüarını səsləndirərək Ukraynaya dəstəklərini ifadə ediblər.

Aksiyanın iştirakçıları həmçinin bəyan ediblər ki, Ermənistan KTMT-dən çıxmalı və “Rusiya işğalına yox” deməlidir. Ermənistan polisi etirazçıların Rusiya hərbi bazasına yaxınlaşmasına imkan verməyib. Polis aksiya iştirakçılarına “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarını pozduqları ilə bağlı xəbərdarlıq edib. Burada bir daha xatırladaq ki, ötən il dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər. Rəsmi Bakı bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar. Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, İrəvan Azərbaycan ərazisində qanunsuz fəaliyyətini davam etdirmək üçün beynəlxalq tərəfdaşları bilərəkdən çaşdırır. Bakı Qarabağda separatçı qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır. Bu durumdan istifadə etməyə çalışan Ermənistan hakimiyyəti isə anti-Rusiya fəaliyyətini genişləndirir. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır: “Laçın dəhlizindəki vəziyyət və rus sülhməramlılarının hərəkətləri ilə bağlı hakimiyyətin, xüsusən də baş nazir Nikol Paşinyanın səsləndirdiyi bəyanatların, yumşaq desək, problemlə heç bir əlaqəsi yoxdur. Laçın yolunda baş verənlər 2020-ci ildə imzalanan 10 noyabr razılaşmasının nəticəsidir. Artıq əminliklə demək olar ki, Nikol Paşinyan noyabrın 10-da sənədi imzalamaqla İlham Əliyevlə müəyyən razılaşmalar əldə edib və sonradan Vaşinqton, Nyu-York, Brüssel və Praqada keçirilən görüşlərdə bu razılaşmalar formalaşıb. Soçidə Ermənistan və Azərbaycan artıq Rusiyanı Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi kimi tanıması və “öz müqəddəratını təyinetmə hüququ” olmadan Azərbaycanın bir hissəsi hesab etməsi faktı ilə üzləşdirib. Paşinyan, həmişə olduğu kimi, bu yeni biabırçılığı özündən uzaqlaşdırmağa çalışır və vəziyyətlə heç bir əlaqəsi olmayan bəyanatlar verir. Hamı başa düşür ki, sülhməramlı missiyası olan ərazidə heç bir dövlətin silahlı qüvvələri silahsız etirazçılara qarşı silahlı mübarizəyə başlaya bilməz. Laçında isə, dəhlizi kimin kəsməsindən asılı olmayaraq, o insanlar silahsızdır və sülhməramlıların həyatına heç bir təhlükə törətmirlər. İyirmi ildən artıqdır aparılan danışıqlar Rusiyaya qalır. İlham Əliyev  uğurlu taktiki addım atıb. Bu arada Paşinyanın Rusiyaya çağırışı, güc tətbiqi də daxil olmaqla, istənilən yolla dəhlizin açılmasını nəzərdə tutur. Yəni Paşinyan çox gözəl bilir ki, Rusiyanı Azərbaycana qarşı təcavüzə sövq edir. Çünki ilk atəşdən sonra Azərbaycan Rusiya sülhməramlılarından ölkəni tərk etməyi tələb edəcək”.

Ermənistanın Respublika Naminə Partiyasının sədr müavini Ruben Mehrabyan isə bildirir ki, Rusiyadan mütləq şəkildə xilas olmaq lazımdır: “Ermənistan Rusiyanın yaratdığı problemlərlə üz-üzədir”. Onun sözlərinə görə, Ermənistan Rusiyanın hibrid proseslərini ciddi şəkildə məhdudlaşdırmaq üçün addımlar atmağa borcludur: “Moskva dörd sözdən üçünü yalan deyir. Ermənistan faşist Rusiyası ilə münasibətlərinə strateji baxış keçirməlidir. Ermənistanın KTMT-dən çıxması xəbəri məntiqlidirsə, deməli, bu mümkündür. KTMT-dən çıxmaqla Ermənistan özünü şok proseslərdən sığortalamalıdır”.
Erməni siyasi xadim vurğulayıb ki, dövlət sistemində böyük miqdarda rusiyapərəst zibil yığılıb, həmin zibildən qurtulmaq lazımdır: “Bizim əks-kəşfiyyat xidmətimiz Ermənistanda fəaliyyət göstərənlərə qarşı əks-kəşfiyyat aparmır”. Erməni politoloq Stepan Danielyan isə bildirir ki, Laçın yolunda baş verənlərə görə Ermənistanın heç Qərbə də ümid etməsinin anlamı yoxdur: “Anladığım qədər, sivil Qərbə “vicdan”ına lazımsız yerə yük götürməmək üçün Qarabağı qan olmadan ermənilərdən təmizləmək gərəkdir. Laçın dəhlizinin bağlanması onların planıdır və buna görə də böyük sükut hökm sürür. Onlar “insan haqlarını” qorumaqla geosiyasi problemləri həll etmək istəyirlər və onların Ermənistanda fəal analitiklər də daxil olmaqla çoxlu alətləri var. Qarabağa gəlincə, bu plan uğursuz olmalıdır. Nə qədər ki, insanlar orada qalıb, bu plan baş tutmayacaq. Psixoloji güc indi təyinedici amildir. İndi rəqabət oyunu psixoloji sahədədir, kimin ruhu güclüdürsə, o qalib gələcək”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ