çərşənbə günü, 11 noyabr 2026
     

Naxçıvanda köhnə Talıbovçular Nümayəndəyə qarşı təxribatlara başlayıblar...

Image


Prezident Fuad Nəcəfli adlı gənc bir kadrı Naxçıvanda özünün xüsusi nümayəndəsi kimi təsdiq edərək MR-ə  göndərib. Bu o deməkdir ki, Naxçıvanın bundan sonrakı rəhbərliyi sırf ona tapşırılıb. Ölkə başçısının bu seçiminin doğruluğu  ilə bağlı bir çox yazılara, əsaslandırılmış arqumentlərə rast gəlmişik.

Ölkə başçısının Naxçıvanda post-Talıbov dönəmi üçün oranın daxilindəki məmurlardan kimisə rəhbər  təyin etməməsi də olduqca düşündürücüdür. Görünən budur ki, bu  seçimdə bir sıra parametrlər nəzərə alınıb. Yeni nümayəndənin gənc olması, indiyə qədər adının  hansısa qruplaşmada və korrupsiya qalmaqalında hallanmaması, əslən Naxçıvandan olması və ən əsası, Muxtar Respublikanın məmur kontingenti ilə heç bir əlaqələrinin olmaması onun personasını daha da cəlbedici edib.  Ölkə başçısı xüsusi nümayəndəni Naxçıvana  göndərməzdən əvvəl qəbul etdi. Ona xüsusi tövsiyələrini verdi. Fuad Nəcəfli həmin tapşırıqları yerinə yetirmək potensialında olan bir gənc kadr təsiri bağışlayır. Ancaq hiss olunur ki, o, Naxçıvanda köhnə talıbovçu məmurlar tərəfindən sərt sipərlə əhatəyə alınıb. Təbiidir ki, birdən-birə hamını işdən çıxarmaq da olmaz. Görürük ki, dünən Vasif Talıbovun avtomobilinin qapısını açan bu gün eyni xidməti Fuad Nəcəfliyə göstərir. Eyni sözü yeni Nümayəndənin hazırda oturduğu Ali Məclis binasındakı aparata rəhbərlik edənlərə və ən əsası, hazırda Vasif Talıbovu postunda əvəz edən  Azər Zeynalova aid edə bilərik. İndiyə qədər Naxçıvanda xüsusi nümayəndəlik institutu  olmadığı səbəbindən Fuad Nəcəfli idarəetməni Ali Məclis binasındakı aparat vasitəsilə həyata keçirir. Ancaq kənardan etdiyimiz müşahidələr onu deməyə əsas verir ki, başdan-ayağa kimi korrupsiya çirkabında çabalayan  və despot idarəçiliyə öyrəşmiş köhnə məmurlardan ibarət  bu aparat bacardığı qədər Fuad Nəcəflinin gördüyü işləri sabotaj edir.

Gəlin, bu sabotajın nədən ibarət olduğunu konkret faktlarla diqqətə çatdıraq. Demək olar ki, hər gün Ali Məclisin qarşısında müxtəlif sosial tələblərlə bağlı fərqli zümrələrin etiraz aksiyası keçirilir, daha doğrusu təşkil edilir. Üzr istəyirəm, hətta evində həyat yoldaşı ilə yola getməyən adam da şikayət üçün yeni Nümayəndənin üstünə yönəldilir. Buna niyə yol verilir? Başa düşürük ki, xalq 27 illik idarəçiliyə inanmadığı üçün öz nicatını yeni Nümayəndədə görür. Bəs onda bu qədər dövlət qurumları, rayondakı icra başçıları nə işlə məşğuldur? Bəlli ki, Vasif Talıbovun zamanında həmin məmurlar xalqdan uzaq düşmüşdüsə, hazırda onlardan xalqa xidmət tələb olunur. Niyə bunu etmirlər? Sanki köhnə talıbovçular belə etməklə, yeni Nümayəndənin diqqətini yalnız kiçik  sosial narazılıqlara yönəltməyə çalışırlar ki, daha ciddi məsələlər: kadr islahatı, korrupsiya ilə mübarizə arxa plana keçsin.

Xüsusi nümayəndə rayonlarda əhali ilə görüşlərə gedərkən onunla görüşün keçirildiyi zala xüsusi öyrədilmiş adamlar buraxılır ki, rayonlardakı yerli rəhbərliyə bəy tərifləri deyilsin.  Tədbirin sonunda isə məlum olur ki, əsl narazı vətəndaşlar kənarda saxlanılaraq, tədbirin keçirildiyi inzibati binaya belə buraxılmayıb.

Başqa bir fakta diqqət edək. Xüsusi nümayəndə bayram gəzintisində xalq arasına çıxarkən Vasif Talıbovun bütün yan-yörəsi, ən əsası da xalqa edilən zülmlərin başında dayanan adamlar onun ətrafında görünür. Əslində həmin adamıarın özlərinin siyasi etikası olmalıdır  ki, təmiz bir kadrın yanında durmaqla, ən azı, atmosferi çirkləndirməsinlər. Bu azmış kimi, özlərinə yaxın olan, cəmiyyət içində heç də yaxşı reputasiyası olmayan adamları belə sadə şikayətçi kimi yeni Nümayəndəyə sırımağa çalışırlar.

Belə “ssenari”lərin birində Prezidentin xüsusi Nümayəndəsi ilə "təsadüfi" görüşə cibində kasetlə gələn biri hamının diqqətini cəlb etdi.  Bəs görəsən həmin adam kimdi və onda Heydər Əliyevlə bağlı hansı məxfi  kaset ola bilər ki, həmin kaseti  xüsusi Nümayəndəyə təhvil verir?

Tanıyanlar deyir ki, həmin adam Şahbuzun Qışlaq kəndindəndir. Əvvəl taksi fəaliyyətilə məşğul olub. Əsl adı Bəyməmməd olan həmin adama el arasında Urman deyirlər. Oğlu Şükür Culfa gömrüyündə mayor rütbəsi daşıyır. Nəvəsi  Sərhəd Xidmətində işə düzəlib və  leytenant rütbəsi alıb. Hətta Vasif Talıbovun taxın ətrafından olan bir adamla kirvə olduğu da bildirilir.

Görünən budur ki, bu cür insanları yeni rəhbərliyə təqdim etməklə, onun dəyərli vaxtını alaraq,  mövcud problemlərin həllini ləngitmək istəyirlər.

Əslində istisna deyil ki, “köhnə qurdlar” öz adamlarını yeni rəhbərliyə ictimaiyyət nümayəndəsi kimi təqdim etməklə  köhnə rejimi bacardıqları qədər ayaqda saxlamağa çalışacaqlar. Buna görə də Fuad Nəcəfli təcili şəkildə yaxın ətrafını sadiq talıbovçulardan təmizləməlidir ki, gördüyü işlər sabotaj edilməsin.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ