Dekabrın 26-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutu və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Media Menecmenti” təlimi başlayıb. 26-29 dekabr tarixlərində keçiriləcək təlimlərin ilk iki günü çap mediasını, digər günləri isə elektron medianı əhatə edir.
Marketinq təlimini C səviyyəli marketinq və kommunikasiya strateqi, mədəni iqtisadiyyat üzrə ekspert Ornela Ramasauskas aparır.
Təlimin ilk günündə əsasən qəzetlərin marketinqi və reklam bazarı mövzusu ətrafında fikir mübadiləsi aparıldı.
Çap mediası üzrə təlimin davamı dekabrın 27-si günün birinci yarısını əhatə edəcək.
SAMİRƏ