çərşənbə günü, 11 noyabr 2026
     

Rusiyadan Ermənistana hədə mesajı - “sülhməramlıları Qarabağdan çıxararıq”

Image


Rusiya və Ermənistan arasında gərginləşən münasibətlər İrəvanda getdikcə daha çox narahatlıq predmetinə çevrilir. Xüsusən də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada azərbaycanlı və rus həmkarı ilə üçtərəfli görüşdən imtina etməsi fonunda fikirlər səslənir ki, Kreml bunun əvəzini mütləq çıxacaq.

Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Deyəsən, buz qırılıb. Rəsmi İrəvan nəhayət özündə güc və cəsarət tapdı və Rusiyaya gurultulu “Yox!” dedi. Hələ ötən həftə baş nazir Nikol Paşinyan hökumətin iclasında Rusiya sülhməramlılarına qarşı sərt iddialar səsləndirib ki, bu da Moskvanın ünvanına açıq-aşkar qınaq olub. Bunun ardınca Mirzoyan Rusiya Federasiyasının paytaxtında Lavrov və Bayramovla ilkin olaraq planlaşdırılan üçtərəfli görüşə getməyib. Ermənistan hakimiyyətinin demarşı İrəvana baha başa gələ bilər. Azərbaycan tərəfinin Laçın dəhlizində keçirdiyi aksiyaya  Rusiya sülhməramlılarının müdaxilə etməməsi İrəvanı narazı salıb. Bu vəziiyətdə Moskva İrəvanı ittiham edib. Belə ki, Lavrov Ermənistan XİN rəhbərinin Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti əldən verdiyini bildirib”. O da qeyd edilir ki, Moskvada İrəvanın xarici işlər nazirlərinin üçtərəfli görüşündən imtina etməsi barədə məlumatın diplomatik kanallarla çatdırılmamasından təəccübləniblər. Rusiya xarici işlər naziri Sergey Lavrov  azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bu xüsusda bildirib:  “Elə biz də sizin kimi bu imtina barədə mətbuat xidmətinin məlumatından xəbər tutmuşuq. Belə hallarda istifadə olunan hər hansı diplomatik kanallardan isitfadə olunmayıb. Ermənistan tərəfinin tədbirdə iştirakı barədə məlumatı bu şəkildə verməsi suallar doğurur”. Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti qaçırıb: “Hər dəfə hər hansı hadisədən sonra tərəflərdən biri danışıqlar raundunda iştirakdan imtina edərsə, münaqişələr daha uzun müddət davam edəcək. Bu, heç vaxt heç kimə xeyir gətirməyib. Ermənistanlı həmkarımız öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq fürsətini əldən verdi”. Lavrov onu da vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında möhkəm və ədalətli sülhdə ən maraqlı olan ölkədir: “Əgər Bakı və İrəvan Rusiya sülhməramlılarından imtina etmək istəyirlərsə bunu da müzakirə etmək olar. Biz əlbəttə, hazırda ən çox maraq doğuran məsələyə - Laçın dəhlizindəki vəziyyət məsələsinə də baxmışıq. Biz razılaşmışıq ki, Rusiya sülhməramlıları vəziyyətin tənzimlənməsi üçün müvafiq tərəflərlə az qala saatbasaat işləyirlər”. Sergey Lavrov Qarabağdakı faydalı qazıntı yataqları və bununla bağlı yaranmış qarşıdurmadan da danışıb. O deyib ki, yataqlara baxış barədə razılaşmanı nə sülhməramlılar, nə də Azərbaycan tərəfi pozub: “Ceyhun Əzizoviçin dediyi kimi, bir-iki həftə, on gün bundan əvvəl Rusiya sülhməramlılarının vasitəçilik səyləri nəticəsində bir qrup ekoloqun Qarabağ ərazisindəki yataqlardan birinə səfəri barədə razılaşma əldə olunmuşdu...Çox təəssüf ki, bu razılaşma nə Azərbaycan tərəfinin, nə də rusiyalı sülhməramlıların təqsiri olmadan pozulub. Bizə deyilib ki, “Qarabağ rəhbərliyi hazırkı vaxtda belə bir nümayəndə heyətinin region ərazisinə səfərinə razılıq vermək istəmir”. Mən bilmirəm bunu kim edib? Ceyhun Əzizoviç cənab Vardanyanın adını çəkir. Hazırda söhbəti gedən o yataqlar da sovet vaxtlarından işlənir. Başqa sözlərlə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində olanda, burada, görünür indi biznesmenlərə çevrilmiş müəssisələr işləyib. Belə başa düşürəm ki, həmin biznesmenlər hələ də ordadırlar. Yəni bu miras qalmış problemin bir hissəsidir. Bu problemi, əlbəttə, sülh müqaviləsi imzalamaqla birdəfəlik həll etmək və bu hüquqi məsələyə böyük bir nöqtə qoymaq olar”.

Erməni politoloq Armen Vardanyan bununla bağlı qeyd edir ki, Sergey Lavrovun sözlərində Ermənistan üçün gizli təhdidlər var. O bildirib ki, Lavrov burada diplomatik hiylə işlədib: “Bu arada Rusiya həmişə bütün postsovet ölkələrində münaqişələr yaratmaq və orada öz sülhməramlılarını yerləşdirmək istəyib. Əvvəllər onun Moldovada, Ukraynada, Gürcüstanda sülhməramlıları olub, indi isə 44 günlük müharibədən sonra o, arzuladığı başqa məqsədə nail olub, sülhməramlılarını Qarabağda yerləşdirib. Bu da Rusiyaya Ermənistan üzərində əlavə təsir rıçaqlarını verib. Hazırki vəziyyət ümumilikdə müəyyən riskləri ehtiva edir.Çünki yaxşı müharibədənsə pis danışıqlar daha üstündür. Amma heç bir şübhə yoxdur ki, tərəflər arasında danışıqlar prosesində çoxdan ciddi problemlər var”. Əslində, Ermənistan Laçın yolundakı vəziyyəti bəhanə eləsə də, İrəvanın Rusiyanın bu məsələdə vasitəçiliyindən imtina etdiyi ortaya çıxır. Bu o deməkdir ki, Ermənistan bu məsələnin həllində Rusiyanı vasitəçi kimi görmür. İrəvanın bu addımı və ya mövqeyi fərqli nəticələrə və ya müşahidələrə səbəb olur. İrəvanın Moskvanın vasitəçiliyindən imtina etməsi, onun yeni vasitəçilər axtardığını göstərir. Lakin Rusiyanın vasitəçilik təklifindən imtina Moskvanın sərt reaksiyasına səbəb olacaq. Bu mənada Ermənistanı qarşıdakı dövrdə daha çətin günlər gözləyir. Bunu Ermənistanın “Alternativ layihələr” araşdırma qrupunun eksperti Vahe Ovannnisyan da xüsusi olara qvurğulayır: “Lavrov artıq bizi danışıqlardan yayınmaqda ittiham edir, biz  isə sakit yaşamağa davam edirik. Lavrov açıq şəkildə bildirdi ki, Rusiya sülhməramlılarını geri çəkə bilər, biz səssiz dayanmışıq. Əliyev Makrona bildirib ki, Ermənistan 8 Azərbaycan kəndini işğal altında saxlamaqda davam edir. Yenə də heç nə etmirik və heç bir nəticə çıxarmırıq. Bunun səbəbi bəllidir: Ermənistanın gücü birtərəfli qərarlar qəbul edən və heç kimə hesab verməyən bir şəxsdən ibarətdir. O, xalqı, cəmiyyəti, dövlət institutlarını vecinə almır. Bu başqa bir fəlakətə səbəb olacaq. Birtərəfli qərarlar yüksək, kobud səhv riskini ehtiva edir. Bir şəxs bütün dövlətin gələcəyinin taleyini həll edir. Bu, son dərəcə kəskin problemdir. Biz bomba üzərində oturmuş bir ölkəyik”. Beləliklə, hazırda görünən budur ki, Rusiyanın öz sülhməramlı qüvvələrini geri çəkmək niyyəti artıq Ermənistanda ciddi ajoitaja səbəb olub.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ